GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Müqavimət gücü sıfırın altındadır” - MÜSAHİBƏ

“Müqavimət gücü sıfırın altındadır” - MÜSAHİBƏ

Tarix: 25-08-2015, 01:49 Bölmə :Ölkə Baxış: 0
“Müqavimət gücü sıfırın altındadır” - MÜSAHİBƏ

Mehriban Vəzir: Allah da göydən bu çirkin halımıza baxar və deyər ki, olmağınızdan olmamağınız yaxşıdır”
“Bu xalqa yazığınız gəlmirmi? Bu xalq üzünü hara tutsun, kimə inansın, kimə güvənsin?”


Yazıçı-publisist Mehriban Vəzir “Yeni Müsavat”a maraqlı müsahibə verib. O, ölkənin indiki durumu, baş verən hadisələr, ictimai-siyasi həyatda yaşananlarla bağlı sualları cavablandırıb.

- Mehriban xanım, nə baş verir, nədir bu gördüklərimiz?


- İki kəlmə ilə desək, çökmüş mənəviyyat. “Qalaları dururkən mənəviyyatı çökmüş xalq” əhvalatı. Məncə, bir xalq olaraq mənəviyyatın çöküş dövrünü yaşayırıq.

- Hardan başladı bu çöküş?

- İdarəetmədən. Çox demişəm, yeri gəldi, bir daha təkrar edim, dövrünün böyük dövlət adamı və hər zamanın böyük filosofu Nəsrəddin Tusinin belə bir fikri var - idarəetmə xeyirxah adamların əlində olarsa, xalq xeyirxahlaşar. Əksi də məlum... Yəni bugünkü durumun mentalitetə qətiyyən aidiyyəti yoxdur. Bu, pis idarəetmədən doğan ictimai-mənəvi böhrandır. Mənəviyyat varlığın dayağıdır. İnsan da, dövlət də mənəviyyatı ilə dik dura bilir. Əgər mənəviyyat çökübsə, hər ikisi çökər. Bunu təkcə yerli idarəetmə etmədi. Xalqların sərvətini daşıyan dünya güclərinin proqramı belə olur. Vətəndaşı ram edib oyuncaq hala gətirmək, ictimai müqaviməti, həmrəyliyi, milli ruhu zəiflətmək. İctimai fəallığı, təhsili, səhiyyəni, hüququ çökdürməklə cəmiyyətin gələcəyini çökdürmək. Çox təəssüf, bunu həyata keçirə bildilər. Düzdür, millətin ruhu Allaha bağlıdır, insan onu öldürə bilməz. Allah milləti qoruduqca, o, var olur. Amma Allah da göydən bu çirkin halımıza baxar və deyər ki, olmağınızdan olmamağınız yaxşıdır. Çox millətlər ömrünü yaşayıb, tarixin səhnəsindən gedib. Hər şeyin ömrü olduğu kimi millətin də ömrü olur. Biz bu böhrandan çıxa biləcəyikmi, davam etmək haqqı alacağıqmı. Bilmirəm. Bu günümüzü görmək çox acıdı. Təxminən 20 il öncə ümidlərimiz çox böyük idi. Onda oğlum azyaşlıydı.

- Yeri cənnət olsun...


“Arada gənc şairlərin, yazarların bir-birlərinə münasibətlərinə, çəkişmələrinə baxıram, hərəsi özünə bir büt düzəldib kölgəsinə qısılıb yaşayır, öz ağaları uğrunda ölümünə savaşırlar. Azadlıqları yoxdur. Çünki azad olsalar acından öləcəklər”




- Bir gün dedi ki, 18 yaşım olan kimi çıxıb gedəcəm Amerikaya. Dedim, yox, ehtiyac olmayacaq, çünki sənin 18 yaşın olanda bizim ölkəmiz elə Amerika kimi olacaq. Orda sənin istədiyin nə varsa – demokratiya, insan haqları, ədalətli quruluş burada da qurulacaq. Onda vətənimiz haqqında bu cür düşünürdük. Ağıla gəlməzdi ki, fərd olaraq bizim hər birimizin və vətənimizin gələcəyi talanacaq. Talanan nədirsə onun adına sərvət deyirik, əslində onun adı sərvət deyil, bir xalqın işıqlı gələcəyi, bir dövlətin gücüdür.

- Milli qüvvələr də, sizcə, ən müxtəlif vasitələrlə buna görəmi yox edilir?


- Milli qüvvələr... bu söz özü bu gün absurd səslənir. Qüvvə deyilən bir şey yoxdur, pərən-pərəndir. Müqavimət gücü sıfırın altındadır. İstər hakimiyyətin, istər müxalifətin, istər vətəndaş cəmiyyətinin durumu göz önündədir. Vətəndaş cəmiyyəti bir-birinin axırına çıxdı, müxalifət bir-birini yedi, hakimiyyət didişmə içində. Son vaxtlar məni ən çox sarsıdan məsələ vətəndaş cəmiyyətinin durumu oldu. Əlbəttə, onlardan bəzilərinə hakimiyyətin münasibəti, zorakılığı, şəri, böhtanı məlumdur. Amma hansını tərpədirsən, yüz minlərlə vergi borcu çıxır. Bu nə deməkdir? Hökuməti büdcəni dağıtmaqda tənqid edənlər özləri vergidən yayınıblar. Bu xalqa yazığınız gəlmirmi? Bu xalq üzünü hara tutsun, kimə inansın, kimə güvənsin?

- Mehriban xanım, mənəviyyatdan, millətin ruhundan danışdınız? Millətlər üçün çətin dönəmlərdə mənəviyyatı, milli ruhu qoruyan kiçik bir kəsim olur. Axır dönəmlərə qədər azərbaycanlılar “odqoruyan” obrazında ziyalıları görürdülər. Ancaq indi onların da səsi eşidilmir. Niyə belə susqunluqdu?

- Azərbaycanda ziyalı kimdir?

- Xalq üçün ziyalı yazarlar, şairlər, bəstəkarlar...

- İctimai rəy belədir. Amma yanlışdır. Yazıçı, şair, bəstəkar ziyalı deyil, saydığınız kimi yazıçıdır, şairdir, bəstəkardır. Bizdə `tanınmış adam` sözü ilə `ziyalı` sözünün yeri səhv düşüb. Bunlar müxtəlif məna kəsb edir. Az qala 2000 ildir “ziyalı kimdir” sualına cavab axtarılır. Mən Jan Pol Sartrın yanaşmasını bəyənirəm. Sart belə izah edir, dünyanın 5 alimi bir araya gətirilib nüvə tədqiqatları aparır. Məhsulun dağıdıcılıq gücü, bəşərə ziyanı bəlli olanda o 5 alimdən biri geri çəkilir, deyir ki, mən bu işdə yoxam, o puldan da imtina edirəm. Həmin anda o alim olur ziyalı. Zərəri düşünmədən təqdiqatı aparıb, silah yaradıb, pulunu alan 4 nəfər qalır alim. Bizim yazıçılar, şairlər, bəstəkarlar və bir çox məşhurlar bütün zərərli proqramlarda iştirak etdilər, dəstək verdilər və qonorarlarını alıb `alim` qaldılar, ziyalı ola bilmədilər. Bizim ünlü yazıçılarımızın, şairlərimizin hansı ziyalı ola bildi ki? Sadəcə, cəmiyyətin hörmət etdiyi bir neçə nəfər susub, durub kənarda.


“Sovetlər dönəmi bəşərin xərçəng xəstəliyi idi. İndi yaşananlar onun metastazıdır”



- Soruşanda deyirlər, abrımıza qısılıb susmuşuq. Düz edirlər?

- Abrımıza qısılmışıq deyirlər, ancaq əslində prezident təqaüdünə qısılıblar. Yaxınlarda yolda bir gənc, gözəl qız məni saxladı, salamlaşdı, yazılarımı oxuduğunu dedi, xoş sözlər söylədi, axırda da özünü təqdim elədi – mən də yazaram. Çox gözəl, dedim. Davamını gətirdi - prezident təqaüdçüsüyəm. Prezident təqaüdü almaq bir ölçüyə çevrilib... Nə bir əsərinin adını dedi, nə hansı mövzuda yazdığından, nə qədər tirajla çap olunduğundan danışdı, eləcə dedi ki, prezident təqaüdçüsüyəm. Bu şəkildə cəmiyyət parçalandı. Arada gənc şairlərin, yazarların bir-birlərinə münasibətlərinə, çəkişmələrinə baxıram, hərəsi özünə bir büt düzəldib kölgəsinə qısılıb yaşayır, öz ağaları uğrunda ölümünə savaşırlar. Azadlıqları yoxdur. Çünki azad olsalar acından öləcəklər.

- Hakimiyyətin ziyalıları öz yanına çəkməsini, onları ev, maşın, mükafatlarla belə demək mümkünsə, zərərsizləşdirməsini sovetlər dönəminin gələnəyi sayanlar çoxdur. Bu gün Azərbaycan hakimiyyətində sovetlər dönəminin yetirmələri ən üst məqamlardadır. Bu həmin modeldirmi?

- Sovetlər dönəmi bəşərin xərçəng xəstəliyi idi. İndi yaşananlar onun metastazıdır.

- Öldürücüsü...

- Bəli, öldürücüsü. Bu gün Azərbaycan hakimiyyətində təmsil olunanların təhsil səviyyəsini incələsək görərik ki, yüksək məqamları tutanlar 40-50 yaşında hansısa bayır-bucaq universitetin hüquq fakültəsini qiyabi bitiriblər. Rəis olandan sonra hüquq oxuyublar. Bu gün Azərbaycanda pis oxuyanların hakimiyyətidir. Arada internetdə nazirliklərdə yüksək vəzifə tutmuşların təhsil xronologiyasına və doğulduqları yerlərə baxıram. Siz də baxın, maraqlı mənzərə var.


Deputat olandan sonra dəbdi, hamı doktorluq dissertasiyası müdafiə edir. Onların doktorluğunu ləğv eləmək 10 dəqiqəlik işdir – elmlərinin canı cəmi 2 suala bağlıdır.
Dediyiniz kimi, indi bizdə sovet dönəmi yetirmələrinin, eləcə də yarımsavadlı adamlarıın idarəetməsidir. Düzdü, savad da hələ hər şey demək deyil. Alimin şəri daha təhlükəlidir. Bütün şər liderlər böyük zəka sahibləridir, bilgilidirlər, ağır kitablar oxuyublar. Terror təşkilatları liderlərinin şəkillərini paylaşırlar, hamısının arxasında zəngin kitabxanalar görünür. Ona görə də “bilikli adam dürüst adamdır” fikri də yanlışdır. Həzrəti Mövlanə deyir ki, ən böyük şeytan camidən çıxar. Lakin dürüstlük və peşəkarlıq idarəetmənin stimullaşdıracağı bir nəsnədir. Bu stimulu yaratmaq yaxşı idarəetmə deməkdir. Cəmiyyəti dürüstlüyə və peşəkarlığa yönləndirmək hakimmiyyətlərin Allah qarşısında olan ən mühüm borcudur. Başqa sözlə, vicdan borcudur.

- Siz bayaq müxalifət məsələsinə toxundunuz. Bir dönəm cəmiyyətin fəal, düşünən, keyfiyyətli kəsimi müxalifətdə təmsil olunurdu. Ancaq indi sıralar çox seyrəlib. Niyə belə keyfiyyət itkisi yaşandı? Niyə, düşərgə bir-birini didir?

- Yol çox uzandı. Sınaq ağır oldu. Cəmiyyət çörək imtahanına çəkildi. Cəzalar dözülməz hala gəldi. Qorxu mühiti yarandı. Hakimiyyət sıralara pozuculuq saldı, liderlərdən sıravilərə kimi satın aldı. Səbatsızlıq baş alıb getdi. Hər kəs özünü birinci bildi, mənəm-mənəmlik, bir-birini əzmək ehtirası meydan suladı. Bununla da liderlərin mənəvi gücü zəiflədi. Daha hansını deyim. İnsanları bir arada saxlayacaq liderin yalnız dili sözlə deyil, ürəyi də şəfqətlə dolu olmalıdır. Şəfqət əskikliyi var.


“Deputat olandan sonra dəbdir, hamı doktorluq dissertasiyası müdafiə edir. Onların doktorluğunu ləğv eləmək 10 dəqiqəlik işdir – elmlərinin canı cəmi 2 suala bağlıdır”



- Görünür, bütün bunlar müxalifət düşərgəsinin 23 ildə özünü heç cür reallaşdıra bilməməsinin fəsadlarıdır. Siz necə düşünürsünüz?

- O da var, lakin o da birmənlı deyil. Kofi Anan 27 il həbsxanada yatdı. Azadlığa çıxdı, mübarizəsini davam etdirdi, sonra prezident oldu, BMT-yə qədər gəldi. İllərin sayı bəzən önəmlidir, bəzən də önəmli deyil. Bizim bir hədəfimiz var, o hədəfə çatmaq istəyirik. Ancaq çatdıq-çatmadıq, getdiyimiz yolu ləyaqətlə getməliyik. Müxalifətin düşərgələşməsi və bir-birinə qarşı amansızlaşması təəssüf doğurur. Mən müqavimət olan bütün tərəfləri dəstəkləyirəm. Müqavimət ocaqlarını cəmiyyətin nəbzi sayıram. O ocaqlar olmasa xalq ölmüş sayılır.

- Mehriban xanım, bu gün Azərbaycandan mühacirət edənlər, eyni zamanda hakimiyyətlə problemlər yaşadıqları üçün ölkəyə gələ bilməyən insanların Azərbaycana yönəlik mesajlarını necə qiymətləndirirsiniz? Məsələn, keçmiş səfir Arif Məmmədovun ağ qərənfilli etiraz çağırışları sizdə hansı asossasiyanı doğurur?

- Naşılıqdı. Bu çağırışçılar xalqın və idarəetmənin indiki durumunu hiss etmirlər. Avropada yaşayıb Azərbaycandakı vəziyyəti anlamaq olmaz. Orda ürəkləri sıxılır, oturub xalqın ayağa qalxmasını arzulayırlar. Bilmirlər ki, bu ölkənin bu zülmü çəkən hər bir vətəndaşı sizdən çox o `ayağa qalx` gününü arzulayır. Amma olmur, məqam yetişmir, xalq meydana çıxmır, şərtlər, şəraitlər müsaid deyil.

- Passiv mövqe tutanların bəzisi deyir ki, mübarizə imkanları çox məhduddur, biz özümüzü qoruyuruq, ona görə də susmuşuq. Bu sizə hərəkətsizliyə haqq qazandırmaq kimi görünmürmü?

- Birmənalı fikrim yoxdur. Bəlkə cəsarətin də zamanı var. Bəlkə zamanından əvvəl olanda cəsarət olur? Bütün hallarda fürsət yetişəndə çoxları qəhrəman olacaq. Bu günün ən murdar yaltaqları belə özlərinə haqq qazandırmaq üçün söz tapacaqlar.

Aygün Muradxanlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mehriban Vəzir Milli Şuradan çıxarıldı

    Mehriban Vəzir Milli Şuradan çıxarıldı ...

    5-05-2016, 15:09

  • 
  • Milli Şura üzvü İbrahimbəyovu “ermənipərəst” adlandırdı

    Milli Şura üzvü İbrahimbəyovu “ermənipərəst” ...

    29-07-2013, 13:52

  • 
  • "Mehriban xanım heç özü bilmir nəyin üstünü açıb"

    "Mehriban xanım heç özü bilmir nəyin üstünü ...

    5-05-2016, 18:32

  • 
  • Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü

    Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz ...

    26-12-2019, 15:04

  • 
  • Mehriban Vəzir Milli Şura üzvlüyündən çıxarılmasının səbəblərindən danışdı – SKANDAL!

    Mehriban Vəzir Milli Şura üzvlüyündən ...

    5-05-2016, 15:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu