GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Mehriban Vəzir Milli Şura üzvlüyündən çıxarılmasının səbəblərindən danışdı – SKANDAL!

Mehriban Vəzir Milli Şura üzvlüyündən çıxarılmasının səbəblərindən danışdı – SKANDAL!

Tarix: 5-05-2016, 15:17 Bölmə :Siyasət Baxış: 0
Mehriban Vəzir Milli Şura üzvlüyündən çıxarılmasının səbəblərindən danışdı – SKANDAL!

Yazıçı – publisist: “İzahat istədiyimə görə də məni üzvlükdən çıxarıblar”
Milli Şuranın bu gün keçirilən Koordinasiya Mərkəzinin iclasında, yazıçı-publisist Mehriban Vəzir şura üzvlüyündən çıxarılıb. Məsələ ilə bağlı yayılan məlumata görə, M. Vəzirin Milli Şuradan kənarlaşdırılmasının səbəbi onun şuranın Əsasnaməsinə və fəaliyyət prinsiplərinə zidd hərəkətlərə yol verməsidir.

Yayılan məlumatla bağlı Mehriban Vəzirin fikirlərini aldıq. M. Vəzir musavat.com-a açıqlamasında qərarın hansı səbəbdən verildiyini aşağıdakı kimi izah etdi:
“Məsələnin kiçik tarixçəsi ondan ibarətdir ki, aprelin 30-da Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının ümumi yığıncağı baş tutdu. Bu yığıncaqda şuraya və monitorinq qrupuna yeni seçki keçirildi. Namizədlərin sayı 30 nəfərdən çox idi. Eyni zamanda burada iştirakçıların da sayı 140 nəfərdən yuxarı oldu. Yəni çox möhtəşəm tədbir keçirildi. Şuraya seçkinin nəticələri isə əlbəttə, çox təəccüb doğururdu. Çünki sahə üzrə çox məşhur mütəxəssislər bir yana qaldı, onlar 20 səs topladılar. Lakin ilk dəfə bu prosesə qatılan adamlar 100-ə yaxın səs aldılar. Bu bir qədər təəccüblü idi. Ancaq heç bir pozuntu da yox idi. Seçkilərin nəticəsi demokratik qaydalara uyğun idi. Buna görə, nəticə bizi düşündürürdü. Buna baxmayaraq, heç bir etiraz etmədən, nəticələri tanıdıq. Bildiyiniz kimi Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüyəm və bu şəbəkədə də varam. Səhəri gün isə öz elektron poçtumda bəhs etdiyimiz şəbəkə üzrə Oqtay Gülalıyevin Milli Şura rəhbərliyinə verdiyi bir raportu oxudum. Raportda deyilirdi ki, hökumətin 400 min vəsait xərclədiyi prosesi darmadağın etdik və onların Milli Şuranı QHT edib nəzarət altına almaqlarına icazə vermədik. Eyni zamanda bildirilirdi ki, artıq şuranın əlli plyus biri (50 +1) bizim adamlardır. Bu qələbəyə, dəstək verənlərə təşəkkür edirəm və sairə. Yəni bu məktub, Milli Şuranın daxili işlərinə, Oqtay Gülalıyevin şəxsi həyatına aid deyildi. Bu, yalnız bizə- koalisiyaya aid idi. Eyni zamanda koalisiyanın üzvləri və namizədləri kimi mənə də aid idi”.

M. Vəzir bildirib ki, bu məktubu götürərək, koalisiya şəbəkəsində çıxış edib:
“Keçmiş koordinator Əliməmməd Nuriyevdən izahat istədim ki, 400 mini hökumət kimə verib? Şuraya hakim olmuş “50+1” kimlərdir? Bu kimi suallar ünvanladım. 150 nəfərin təmsil olunduğu koalisiya şəbəkəsində poçtuma gəlmiş məktubu yönləndirərək, açıq şəkildə bu suallarıma cavab istədim. Bizi böhtana salırlar. Eyni zamanda bir sual da qoydum ki, şura bu şəkildə hansı rolu oynayıb. Bununla da vəziyyət qarışdı. Eyni zamanda yeni seçilən şuranın və Monitorinq qrupunun legitimliyi artıq şübhə altındadır. Nəticə də bəllidir ki, Milli Şura məni üzvlükdən çıxardı. Ancaq gərək heç olmasa, məndən də izahat istəyərdilər. Çünki əslində Oqtay Gülalıyev bu cür yalan raportla, Milli Şuranın rəhbərliyini aldatmışdı. Burada tam bir böhtan var. Milli Şura çox təəssüf ki, bu yalanlarla bağlı izahat istəməkdənsə belə bir qərar çıxardı. Qərarlarını da anlayışla qarşılayıram. 400 min məsələsini koalisiyanın adına yazıblar və mən də Əliməmməd müəllimdən bunun izahatın istəmişəm. İzahat istədiyimə görə də məni üzvlükdən çıxarıblar”.

Əli Rais, musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mehriban Vəzir Milli Şuradan çıxarıldı

    Mehriban Vəzir Milli Şuradan çıxarıldı ...

    5-05-2016, 15:09

  • 
  • Mehriban Vəzirin anası vəfat edib

    Mehriban Vəzirin anası vəfat edib ...

    19-01-2015, 17:35

  • 
  • Milli Şura üzvü İbrahimbəyovu “ermənipərəst” adlandırdı

    Milli Şura üzvü İbrahimbəyovu “ermənipərəst” ...

    29-07-2013, 13:52

  • 
  • QHT Koalisiyasında qalmaqal səngimir

    QHT Koalisiyasında qalmaqal səngimir ...

    5-02-2017, 20:27

  • 
  • "Mehriban xanım heç özü bilmir nəyin üstünü açıb"

    "Mehriban xanım heç özü bilmir nəyin üstünü ...

    5-05-2016, 18:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu