GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sumqayıtın icra başçısına 160 min manatlıq iddia

Sumqayıtın icra başçısına 160 min manatlıq iddia

Tarix: 3-09-2015, 13:54 Bölmə :Ölkə Baxış: 0
Sumqayıtın icra başçısına 160 min manatlıq iddia

Məhkəmə iddia ərizəsini təmin etdi, icra başçısı kompensasiya ödəməli olacaq

Sumqayıt şəhər sakini Amil Qəşəm oğlu Niyazov Sumqayıt Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Amil Niyazov şikayətində göstərib ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, Çerkassi küçəsi 101 ünvanında yerləşmiş iki bloklu yarımçıq tikili sökülüb. O, icra hakimiyyəti tərəfindən söküntünün bərpa edilməsini, həmçinin 1200 kv.metrlik torpaq sahəsinə bərabər əmlakın geri qaytarılmasını istəyib. İddiaçı həmçinin şəhər icra hakimiyyətinin başçısından 150000 manat məbləğində maddi ziyanın, 10000 manat məbləğində isə mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılmasını istəyib.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində işə baxan hakim Zaur Pirverdiyevin sədrlik etdiyi prosesdə iddiaçının şikayəti qismən təmin edilib. Hakim iddiaçıya dəymiş ziyana görə, 8816 manat məbləğində kompensasiyanın Sumqayıt Şəhər İcra Hakimiyyətindən tutulması barədə qərar qəbul edib. İddianın digər hissəsi isə məhkəmə tərəfindən qəbul edilməyib.

Amil Niyazov bu qərardan apelyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın tam təmin olunması xahiş edib. Həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi də apelyasiya şikayəti verərək iddia ərizəsinin tamami ilə rədd edilməsini istəyib. Hər iki tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya instansiyasında tərəflərin şikayətini hakim Nazim Nəsibov araşdırıb.

Naməlum şəxslər tərəfindən hasara alınan mülk

İddiaçının nümayəndəsi Tural Hacıbəyli bildirib ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 001904 saylı , 25 iyun 2007-ci il tarixli və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 000598 saylı, 25 iyun 2007-ci il tarixli şəhadətnamələrinə əsasən

Sumqayıt şəhəri, 12-ci mikrorayon, Çerkassi küçəsi 101 ünvanında yerləşən iki bloklu yaşayış binasının yarımçıq tikilisi və həmin yarımçıq tikilinin yerləşdiyi 1200 m2 torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada Amil Niyazova satılıb. Onun sözlərinə görə, qeyd olunan qərarlarla həmin ərazi Amil Niyazov xüsusi mülkiyyətinə keçib: “İddiaçıya məlum olub ki, həmin ərazi naməlum şəxslər tərəfindən hasara alınıb, ərazidə yerləşən iki bloklu yaşayış binasının yarımçıq tikilisi sökülüb və orda tikinti-quraşdırma işləri aparılır. Nəticədə iddiaçıya külli miqdarda ziyan vurulub. İddiaçı ona məxsus əmlakın sökülməsi və həmin ərazidə qanunsuz tikinti aparılması faktı ilə bağlı 28 yanvar 2011-ci il tarixdə şikayətlə Sumqayıt şəhər Prokurorluğuna müraciət edib. Həmin qurumun 9 mart 2011-ci il tarixli, 177-1l/259 saylı cavabında şikayətçiyə bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin 2004-2008-ci illər üçün Azərbaycan Respublikası regionlarının inkişafı Dövlət Proqramı haqqında 11 fevral 2004-cü il tarixli Fərmanına əsasən həmin ərazi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 28 avqust 2004-cü il tarixli, 317 saylı sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib”.

İcra hakimiyyəti tərəfindən zəbt olunan ərazidə kim tikinti aparır?

Nümayəndənin sözlərinə görə, iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair Sumqayıt şəhər İcra başçısının 28 avqust 2004-cü il tarixli, 317 saylı sərəncamının ləğv edilməsi, qanunsuz tikintiquraşdırma işlərinin dayandırılması, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edib. Daha sonra Sumqayıt şəhər Məhkəməsi aidiyyat qaydasında iddia ərizəsini Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərib. Mülkiyyət hüququna hər hansı müdaxiləyə o halda haqq qazandırmaq olar ki, həmin müdaxilə cəmiyyətin maraqları naminə və ya ümumi maraqlar naminə həyata keçirilsin. Mülkiyyət hüququna hər hansı müdaxilə, hansı formanın tətbiqindən asılı olmayaraq, qanuni məqsəd daşımalıdır, yəni cəmiyyətin maraqları və ya ümumi maraqlar naminə həyata keçirilməlidir. Həm milli qanunvericilik, həm də beynəlxalq normalar mülkiyyət hüququna yalnız qanunla nəzərdə tutulmuş müstəsna hallarda müdaxiləyə yol verir. Qanunvericilik Sumqayıt şəhər İcra Hakimiyyəti başçısına şəxsi mülkiyyətdə olan əmlaka dair sərəncam vermək hüququ verməyib. Sumqayıt şəhər İcra Hakimiyyəti özünün mülkiyyətində olan əmlak barəsində tikinti aparmaq üçün sərəncam verə bilərdi. Mübahisəli torpaq sahəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin balansında olmasını təsdiq edən sənəd mövcud deyil. Bundan başqa, Sumqayıt şəhəri, 12-ci mkr., Çerkassı küçəsi, 101 ünvanında yerləşən iki bloklu yaşayış binasının yarımçıq tikilisi

və həmin yarımçıq tikilinin yerləşdiyi 1200 m2 torpaq sahəsi iddiaçının mülkiyyətində olub. Sumqayıt şəhər İcra Hakimiyyətinin istinad etdiyi sərəncam iddiaçının mülkiyyətinə aid sənədlərdən üstün qüvvəli sənəd deyil. İddiaçı mübahisəli torpaq sahəsinə və onun üzərindəki yarımçıq tikiliyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsindən çıxarış alıb və o andan həmin əmlak üzərində sərəncam vermək hüququ əldə edib”.

İcra hakimiyyəti məhkəmənin təklifi ilə razılaşmayıb

Tural Hacıbəyli daha sonra qeyd edib ki, cavabdeh isə belə bir sənəd əldə edə bilməz: “Çünki bir sahəyə iki çıxarış verilməsi yolverilməzdir. Əmlakın sökülməsi də cavabdeh tərəfindən qanunsuz aparılıb. Mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə 1200 m2 –lik torpaq sahəsinin bazar qiyməti 109802 manatdan başlayır. İddiaçı ona məxsus əmlakın dəyərini 150000 manat məbləğində qiymətləndirib. Buna görə də iddiaçıya vurulan ziyan cavabdeh tərəfindən tam ödənilməlidir. İnzibati orqan tərəfindən vurulan zərər dövlət büdcəsi hesabına ödənilir. 1 saylı Protokolun 1-cü maddəsi mülkiyyətin müsadirəsi, mülkiyyət hüququna digər formada müdaxilə zamanı kompensasiya ödənilməsi nəzərdə tutur. Məhkəmənin barışıq təklifini də cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti qiymətləndirmədi və bu istiqamətdə heç bir addım atmadı. Məhkəmənin təyin etdiyi məhkəmə ekspertizasının rəyindən də müəyyən olundu ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olub. İddia tələbində qeyd olunan mənəvi ziyanla bağlı Avropa Məhkəməsinin qərarlarına əsasən sübut lazım deyil”.

İddiaçının nümayəndəsi çıxışının sonunda apelyasiya şikayətlərinin təmin edilməsini istəyib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zaur Abbasovun sözlərinə görə, 2007-ci ildə iddiaçı ilə Azərbaycan Respublikası Əmlak Komitəsi arasında alqı-satqı olub: “Həmin müqavilə nəticəsində Sumqayıt şəhəri, 12-ci mikrorayon, Çerkassı küçəsi, 101 ünvanında yerləşən yarımçıq tikili və həmin yarımçıq tikilinin yerləşdiyi 1200 m2 torpaq sahəsi iddiaçıya satılıb. Arxiv sənədlərində həmin ərazi Sumqayıt şəhər Xalq Deputatları Sovetinin qərarı ilə Sintetik Kauçuk zavoduna hündür mərtəbəli binanın tikilməsi üçün ayrılıb. Həmin qərar ləğv olunmayıb və hələ də qüvvədədir. Azərbaycan Respublikası Əmlak Komitəsi torpaq ayırarkən təyinatına fikir vermədən iddiaçıya satıb. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 28 avqust 2004-cü il tarixli, 317 saylı sərəncamı ilə həmin torpaq sahəsi əlillərə yaşayış binasının tikintisi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb. Həmin torpaq sahəsinin balans saxlayıcısı Sumqayıt şəhər İcra Hakimiyyəti olduğu

üçün sərəncam qanunidir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini istəyirik”.

Hakim kollegiyası Sumqayıt İnzibati –İqtisadi Məhkəməsinin qərarını ləğv edib. İddiaçı Amil Niyazovun Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı 20 avqust 2004-cü il tarixli, 317 saylı sərəncamının etibarsız sayılması, iddiaçıya məxsus olan yarımçıq tikili və torpaq sahəsinə bərabər əmlakın verilməsi, bu mümkün olmadıqda dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş yenidən baxılması barədə qərar verilib. Qərara icra olunmasını təsdiqlənməsi üçün iş materialları yenidən baxılması üçün Sumqayıt İnzibati –İqtisadi Məhkəməsinə göndərilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi

    Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi ...

    29-02-2020, 15:04

  • 
  • DSMF ilə şirkət arasında 69 min manatlıq borc iddiası

    DSMF ilə şirkət arasında 69 min manatlıq borc ...

    6-06-2016, 17:18

  • 
  • Hakim qərar verdi: pulu “Azərsu” yox, icra hakimiyyəti ödəsin

    Hakim qərar verdi: pulu “Azərsu” yox, icra ...

    5-02-2015, 01:31

  • 
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08

  • 
  • İcra başçısı məhkəməyə verildi

    İcra başçısı məhkəməyə verildi ...

    19-05-2021, 11:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu