Avrasiya.net-ə verilən məlumata görə, keçmiş millət vəkili Gülər Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzetinin texniki avadanlığı bir vaxtlar rəhbərlik etdiyi Respublika Uşaq Təşkilatına verilib. Məlumatda o da bildirilir ki, “Mərkəz” qəzeti fəaliyyətini dayandırdıqdan sonra G.Əhmədova redaksiyada olan texniki avadanlıqları aparmaq istəyib. Lakin avadanlıqlar ona verilməyib, Uşaq Təşkilatının balansına verildiyi söylənilib. Bununla razı olmayan keçmiş millət vəkilinin bu texnikanın öz hesabına aldığını iddia etməsi və məhkəməyə üz tutacağı da verilən məlumatlar arasındadır. “Mərkəz” qəzetinin keçmiş əməkdaşlarından birinin verdiyi məlumatda isə deyilir ki, G,Əhmədova qəzetin fəaliyyətini dayandırmazdan bir qədər öncə redaksiyada olan qiymətli avadanlıqların bəzilərini aparmışdı. 7-8 köhnə kompüter qalmışdı ki, onların da ümumi dəyəri heç 3 min manat etməzdi. Qeyd edək ki, Azərbaycan Uşaq Təşkilatının yeni sədri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevadır.
Sorğu
Yeni dizaynımız necədir?