Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Qaynar.info-ya daxil olan məlumata görə sabiq millət vəkilinin səhmləri və pullarının böyük əksəriyyəti “Nikoil” bankın Xətai rayon filialında saxlanılır.
Sabiq millət vəkilinin bu pulları və səhmləri yaxın qohumlarının adına yatırıldığı iddia olunur.
Məlumatla bağlı “Nikoil” bankın baş ofisinə və Xətai rayon filialına zəng edib araşdırma aparmaq istədik. Bankdan bizə mövzu ilə bağlı bir saat müddətində açıqlama verəcəklərini dedilər.
Ancaq üstündən bir saatdan çox vaxt keçməsinə baxmayaraq, heç bir açıqlama verilmədi. Daha sonra etdiyimiz zənglər isə cavabsız qaldı.
Xatırladaq ki, sabiq millət vəkili Gülər Əhmədova Elşad Abdullayevlə aralarında baş verən məlum videoqalmaqaldan sonra həbs olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?