GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əməkdar artistin porno videosu, 2 minlik "tumuş", bir milyonluq Bilal Əliyev

Əməkdar artistin porno videosu, 2 minlik "tumuş", bir milyonluq Bilal Əliyev

Tarix: 7-09-2015, 14:04 Bölmə :Ölkə Baxış: 0
Əməkdar artistin porno videosu, 2 minlik "tumuş", bir milyonluq Bilal Əliyev

gundemxeber.az Milli.Az-a istinadən jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (43-cü say) təqdim edir.

Ötən həftə becərdiklərimə şərh yazan hər kəsə təşəkkürümü bildirib, keçirəm 43-cü "Həftəbecər"ə.

Xalq artisti Bilal Əliyev xüsusi hörmətim olan sənət adamlarındandır. Elə ki sənət aləmində azacıq durğunluq yaranır, qalmaqallar, söz-söhbətlər səngiyir, Bilal müəllim bircə əndrəbadi açıqlamayla gündəm yaratmağı bacarır. Bu dəfə də bir balaca dilxoşluq edib. Deyib ki, bundan sonra Azərbaycan toylarında mahnı oxumayacam.

Camaat da elə bilib ki, Bilal Əliyev daha toylara getməyəcək. Mahnı oxumayacam deyib də, niyə narahat olursuz ki? Yəqin bundan sonra toylarda ancaq muğam oxuyacaq. Yox e, zarafat-zarafat, deyəsən, məsələ ciddidir. Görün nə deyib:
"Artıq belə qərara gəldim ki, Azərbaycanda toylara getməyim. Bütün diqqətimi yönəltmişəm xarici estradaya. İyirmi yeni mahnı yazdırmışam. Hazırda aranjman işləri gedir. Bundan sonra yalnız xarici ölkələrdə olan toylara gedəcəm. Yeni mövsüm üçün toy qiymətimi də ilk dəfə açıqlayıram, bir milyon. Bəlkə də buna bir çoxları inanmayacaq, amma həqiqətdir. Məni toyunda görmək istəyənlər bir milyonundan keçməlidir".
Bu açıqlama yadıma bir əhvalatı saldı. 2007-ci ildə Şəkidə hərbi xidmətdəyəm. Həmişə 10 qəpiyə "semiçka" aldığımız Maya xala benzinin qiyməti qalxan kimi məhsulunun qiymətində dəyişiklik elədi. Əsgər yoldaşımız Əliyev Elnur soruşdu ki, Maya xala, sən niyə qiyməti qaldırmısan? Cavab verdi ki, can bala, benzin qalxıb, xiyar qalxıb, badımcan da qalxhaqalxdadır, ona görə mən də öz malımın qiymətini qaldırdım. Deyəsən, Bilal Əliyevə kimsə deyib ki, yaxınlarda benzinin qiyməti yenə qalxacaq. Ona görə sənətkar da toyun qiymətinə "əl gəzdirib". Amma mən bilən Bilal Əliyev benzinlə işləmir.

Yadınızdadırsa, ötən həftə türkiyəli prodüser Kemal Cenk İçtenlə azərbaycanlı model Minarə Allahverdiyevanın boşanmaq ərəfəsində olduğunu yazmışdım. Elə iki gün əvvəl prodüser özü deyib ki, ayrılıblar. Sitat:

"Çox dəyərli dostlar. Artıq bu gündən sonra həyatımda yeniliklər və yeni bir səhifə açaraq davam edəcəm. Sizlərdən rica edirəm, kimsə mənə özəl həyatımla bağlı soğru-sual etməsin.
Təqribən 18 ay bərabər keçirdiyim və canım qızım Məryəm Nur İçtənin anası ilə yollarımızı ayırmaq qərarına gəldik. Ona bir yerdə olduğumuz müddət yaşadığımız hər dəqiqə üçün çox-çox təşəkkür edirəm. Allah yeni həyatda ona hüzur, xoşbəxtlik, can sağlığı və uzun ömür versin. Allaha əmanət olun".
"Həftəbecər" yumorla bağlı layihə olsa da, nə illah edirəm, məsələyə zarafatyana yanaşa bilmirəm. Belə yerdə rəhmətlik Nəsibə Zeynalovanın "Qaynana" filmində evlənmək istəyən qardaşı oğlu Əliyə dediyi sözlər yadıma düşür. Kim istəsə, o sözləri xatırlasın. Məncə, bu durumda ən yaxşı şərh o sözlərdir.

Ötən həftə müğənni Rəqsanənin qızı Aysunun verdiyi bir açıqlama sosial şəbəkələrə və saytlara bomba kimi düşdü. Çünki bomba kimi açıqlamaydı. 17 yaşlı Aysun demişdi ki, geyiminə ayda 60 min xərcləyir. Hamı da başlamışdı yazıq usağı qınamağa. Guya onun bu açıqlaması, onsuz da, başını güclə dolandıran camaatda ruh düşkünlüyü, qəzəb, sinir-əsəb pozuntusu yaradırmış. Əşşi, hələ bir məsələnin mahiyyətinə varın da. Aysun demək istəyib ki, ayda qiymətlər çox bahadır. Ona görə də, məsələn, yerdə 3 manata olan tumuş, ayda 2 min manatdır. Yəni söhbət göydəki aydan gedir. Zarafat edirəm, hər halda bu, mənim fantaziyamdır. Yeri gəlmişkən, Rəqsanə keçmiş sevgilisi tərəfindən məhkəməyə verilib. Sevgilisi Rəqsanəyə 300 min dollarlıq təzminat davası açıb. Bu, orta hesabla Aysunun 5 aylıq geyiminin qiymətidir.

Axırda sizə ustad sənətkar Habil Əliyevlə bağlı bir əhvalat yazmaq istəyirəm. Deməli, günlərin birində Habil Əliyevə bir sənətçinin porno videosunu göstərirlər. Videosu göstərilən də əməkdar artist imiş. Habil Əliyev videoya baxır-baxır. Videonu göstərən adam da düşünür ki, sənətkar nəsə bir təhqiramiz söz işlədəcək. Habil müəllim bir xeyli baxandan sonra deyir ki, əməkdar artistə qarşı belə eləyirlərsə, gör xalq artistini nə günə qoyarlar e.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan oğlunu Azərbaycanda gizlədir?

    Ərdoğan oğlunu Azərbaycanda gizlədir? ...

    8-01-2014, 02:15

  • 
  • Bilal Əliyevin qohumu döyüldü- İDDİA

    Bilal Əliyevin qohumu döyüldü- İDDİA ...

    23-01-2014, 10:34

  • 
  • Bilal Hai: “Pakistan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”

    Bilal Hai: “Pakistan şirkətləri Qarabağın ...

    5-02-2021, 14:25

  • 
  • Canlı efirdə ANS-in aparıcısından əməkdar artistə sərt təpki- fotolar

    Canlı efirdə ANS-in aparıcısından əməkdar artistə ...

    16-09-2014, 13:37

  • 
  • Tanınmış jurnalist oğluna mahnı bəstələdi - özü də oxudu - VİDEO

    Tanınmış jurnalist oğluna mahnı bəstələdi - özü ...

    17-01-2017, 17:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu