GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ABŞ kəşfiyyatı təsdiqlədi: beş rayon Azərbaycana qaytarılır

ABŞ kəşfiyyatı təsdiqlədi: beş rayon Azərbaycana qaytarılır

Tarix: 17-11-2015, 16:07 Bölmə :Ölkə Baxış: 0
ABŞ kəşfiyyatı təsdiqlədi: beş rayon Azərbaycana qaytarılır

ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi “Dağlıq Qarabağ münaqişəsinin həlli qaçılmazdır” başlıqlı məqalə yayımlayıb.

Publika.az xəbər verir ki, mərkəz onilliklər sonra Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik irəliləyişə nail oluna biləcəyini yazır: “Hər iki ölkə bu bölgəyə iddia edir, lakin o da faktdır ki, 1994-cü ildə altı illik müharibədən sonra Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və yeddi rayonunu öz nəzarəti altına alıb. 15 il ərzində Azərbaycan Rusiyanın Ermənistana dəstəyi nəticəsində bu əraziləri geri qaytara bilməyib. Buna baxmayaraq, Qərblə Rusiyanın arasında yaranan kövrək vəziyyət tezliklə Dağlıq Qarabağ ətrafında bir neçə rayonun Azərbaycana qaytarılması ilə nəticələnə bilər”.

Moskva ərazilərin qaytarılmasında Bakı üçün lobbiçilik edir

“Stratfor” yazır ki, müharibədən sonrakı dövrdə münaqişə bölgəsində nisbi sakitlik hökm sürürdü: “Lakin ötən ildən başlayaraq sərhəd boyu toqquşmalar gücləndi. Noyabrın 9-da Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana gözlənilməz səfərini yerli media Dağlıq Qarabağla bağlı məxfi müzakirələrin aparılması ilə əlaqələndirdi. Ola bilsin ki, bu, münaqişədə irəliləyişin müjdəsidir. Ermənistanın faktiki təhlükəsizlik qarantı olan Rusiya münaqişədə hər iki ölkə arasındakı siyasi danışıqlarda əsas vasitəçi rolunu oynayıb. Lakin indiki halda Qərbin təzyiqləri altında olan Rusiya Ermənistanın müdafiə tələblərinin artması fonunda Azərbaycanla danışıqlar aparmağa açıq görünür. Eyni zamanda, Azərbaycan avropalılar üçün potensial enerji tədarükçüsüdür. Bakı isə Dağlıq Qarabağda vəziyyəti dəyişmək üçün Moskvanın lobbiçiliyindən istifadə edir”.

Məqalədə qeyd olunur ki, Azərbaycan iqtisadiyyatını inkişaf etdirib və Rusiya ilə təhlükəsizlik və diplomatik sahəsindəki əlaqələri aktiv şəkildə genişləndirib: “Eyni zamanda, Azərbaycan torpaqlarını geri qaytarmaq üçün Ermənistana ciddi təzyiqlər edir”.

Beş rayon Azərbaycana qaytarılır

“Stratfor” münaqişənin həlli üçün yeni imkanların yaradılması haqda bundan əvvəl apardığı analizi xatırladaraq yazır ki, problemin həllində razılıq əldə oluna bilər: “Əgər diplomatik marşrut uğursuz olacaqsa, Azərbaycanın hərbi yola əl atacağı variantı həmişə gündəmdədir. Bu yaxınlarda baş verən proseslər münaqişənin diplomatik həll yolunu mümkün edir. Noyabrın 11-də bir neçə erməni qəzeti öz mənbələrinə istinadən məlumat verdi ki, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun beşi Azərbaycana qaytarılır. Lavrovun İrəvan səfərində də bu məsələ müzakirə olunub. Plana görə, beş rayonun qaytarılması əvəzində Rusiya müharibənin yenidən başlamamasının zəmanəti olaraq öz qoşunlarını bölgəyə yerləşdirir, həmçinin, Azərbaycanı Ermənistanın iqtisadi blokadasını aradan qaldırmağa inandırır. Rusiyanın “Kommersant” nəşri də diplomatik mənbələrə istinad edərək yazdı ki, Laçın rayonu dəhliz olaraq saxlanılmaqla digər ərazilər qaytarılır”.

İddiaların ciddi qəbul olunması üçün bir neçə səbəb...

Mərkəz diqqətə çatdırır ki, heç bir ölkə bu məlumatları rəsmi olaraq təsdiq etməsə də, bunu ciddi qəbul etmək üçün bir neçə səbəb var. “Əvvəllər də münaqişə ilə bağlı aparılan danışıqların haqda mətbuata sızmalar olmuşdu. Lakin onların heç biri bu qədər təfsilatlı deyildi. Bundan başqa, Rusiya bu yaxınlarda Ermənistanın hava məkanının təhlükəsizliyini tamamilə öz üzərinə götürdü. Bunun Dağlıq Qarabağ münaqişəsində ərazi güzəştlərinə qarşılıq olduğu deyilir. Həmçinin, bölgədə yaradılmış “DQR” liderləri rus hərbiçilərinin terrorizmə qarşı mübarizədə Xankəndi aeroportundan istifadə edə biləcəyini açıqladılar”, - deyə məqalədə bildirilir.

Oyuna Ankara və Vaşinqton da qoşulur

“Stratfor” onu da əlavə edir ki, mediada yayılan məlumatlar hələlik Ermənistanın əraziləri geri qaytarmağa razı olacağı demək deyil: “Çünki bu məsələ ölkədə hələ də siyasi problemdir. Sonuncu dəfə status-kvonun dəyişməsinə razılıq verən Levon Ter-Petrosyan istefa verməyə məcbur edildi. Ermənistanın indiki hökumətinin irəliyə doğru istənilən addımı ölkənin daha təhlükəsiz şəraitdə yaşaması deməkdir. Lakin münaqişənin sülh yolu ilə həllinə nail olunsa da, bölgədə yaşayan ermənilərin statusu daxil olmaqla loqistik problemlər olacaq. Danışıqlara digər xarici oyunçular, xüsusən Türkiyə və Birləşmiş Ştatlar da qoşula bilər. Onlar istənilən diplomatik həllin tərəfdarı kimi çıxış edəcək. Çünki Ankara və Vaşinqton getdikcə diqqətini Qafqaz regionuna cəmləşdirir. Türkiyədə yeni hökumət formalaşan kimi bu ölkənin Baş naziri Əhməd Davudoğlu ilə ABŞ hərbi-dəniz qüvvələrinin rəhbərinin Bakıya səfəri də bu kontekstdə diqqət çəkdi. İnkar edilə bilməz ki, bu, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli ilə bağlı idi. Rusiya və Ermənistan da münaqişədə qeyri-müəyyən status-kvonun qalması ilə öz mövqelərini tam qoruyub saxlaya bilmir. Buna görə də Dağlıq Qarabağ münaqişəsində dəyişikliklərin olması ehtimalı getdikcə daha aydın və şəffaf olur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İtaliyalı senator: "Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətrafdakı yeddi rayonunu işğal altında saxlayır"

    İtaliyalı senator: "Ermənistan Azərbaycanın ...

    1-03-2019, 10:24

  • 
  • Lavrovla Kerri görüşür - Mövzu: Dağlıq Qarabağ

    Lavrovla Kerri görüşür - Mövzu: Dağlıq Qarabağ ...

    15-07-2016, 13:30

  • 
  • "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır"

    "Dağlıq Qarabağ münaqişəsinin həlli ...

    15-11-2017, 15:16

  • 
  • Mövlud Çavuşoğlu: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəal şəkildə çalışır”

    Mövlud Çavuşoğlu: “Türkiyə Dağlıq Qarabağ ...

    15-05-2019, 17:21

  • 
  • Rusiya Qarabağla bağlı baltanı kökündən vurdu

    Rusiya Qarabağla bağlı baltanı kökündən vurdu ...

    13-10-2016, 22:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu