Bıçaqlanma hadisəsi şəhərin Heydər Əliyev prospektində, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasınınr qarşısında baş verib.
ANS PRESS-in məlumatına görə, Elmir Əsgərov adlı Gəncə sakini öz dayısı oğlu Ramin Zamanova aralarında yaranmış mübahisə səbəbindən bir neçə bıçaq zərbəsi endirib.
Qarın nahiyəsindən yaralanan 32 yaşlı Ramin qarşısında hadisə baş vermiş xəstəxanada cərrahiyə əməliyyatı olunub. Xəstəxanadan bildiriblər ki, onun vəziyyəti ağırdı. Faktı Gəncə şəhər Baş Polis İdarəsi araşdırır.
Hadisəyə qohumlar arasında olan borc pul söhbətinin səbəb olduğu deyilir. Hadisəni törətməkdə şübhəli bilinən Elmir Əsgərovu polis saxlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?