Bu gün səhər saatlarında Gəncə Lokomotiv Deposunda bıçaqlanma hadisəsi baş verib.
ARB Kəpəz xəbər verir ki, naməlum şəxs deponun mühafizəçisi, 24 yaşlı Kərəm Məmmədova 3 bıçaq zərbəsi endirib.
Yaralı Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına aparılıb və əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir. Dəmir Yol Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən verilən məlumata görə, ehtimal edilir ki, gənci Gəncə Lokomotiv Deposunun keçmiş əməkdaşı olan Camal adlı şəxs bıçaqlayıb.
Məlumat tam dəqiqləşdirilmədiyi üçün fakt üzrə araşdırmalar davam etdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?