GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Vilyam Hacıyevin rayonunda kapitalizm qanunları

Vilyam Hacıyevin rayonunda kapitalizm qanunları

Tarix: 17-02-2013, 11:07 Bölmə :Ölkə Baxış: 948
Vilyam Hacıyevin rayonunda kapitalizm qanunları

Prezidentə abad təqdim edilən İmişlidə tər tökənlərin haqqı yeyilib

İmişlidə abadlıq işləri dayanıb. Səbəb – rayon mərkəzində abadlıq işləri aparan fəhlələrin 4-5 aydan bəri maaşlarının verilməməsidir. Bir neçə gündür ki, pullarını ala bilməyən fəhlələr işi dayandırıb iş icraçısından, icra hakimiyyətindən pullarını tələb edirlər. Etirazçılardan birinin – Fərahim Məmmədovun AzadlıqRadiosuna dediyinə görə, hələ ki, onların müraciətlərinə müsbət cavab verən yoxdur.
İş icraçısı icra hakimiyyətindən pul ala bilmədiyi üçün fəhlələrin də pulunu verə bilmədiyini deyir, icra hakimiyyəti də bildirir ki, pul ödənilib: «Bir kilometr uzunluğunda hasar çəkmişəm, muzeyin pilləkənlərini hörmüşəm, digər işlər də görmüşəm. İcra başçısı da gəlib, müavinləri də gəlib. Hamısı işlə tanış olublar. 3 230 manat alacağım var. 8 fəhləyik. Hamımıza veriləcək məbləğ ümumilikdə 28 min manata yaxındır. Hər gün gedirik icra başçısının qəbuluna. Sonuncu dəfə bizə demişdi ki, 3 gün möhlət verin. O 3 gün 1 həftə olub, hələ də bizim pulumuzu vermirlər. Uşağım Bakıda xəstəxanada müalicə olunur. Bir manat tapa bilmirəm gedim yanına, belə iş olar? Bu nə zülmdür bizə verirlər? Heç kimdən 1 manat da əlavə pul istəmirəm, halal qazancımı versinlər».

«Prezidentin rayona gəlişinə görə gecə saat 3-dək işləmişik»

Fərəhim Məmmədov deyir ki, prezident rayona gələn ərəfədə gecə-gündüz işləyiblər və onlara söz verilib ki, dövlət başçısı gedən kimi maaşları tam ödəniləcək. Prezidentin İmişli səfərindən 4 ay vaxt ötsə də, fəhlələrə verilən vədə əməl olunmayıb: «Prezidentimiz rayona gələndə, gecə saat 3-də mən beton tökmüşəm, hörgü hörmüşəm, suvaq vurmuşam. Deyiblər prezident gəlib-getsin, pullar veriləcək. Bayraq meydanı hazır olsun, bayraq qoyulsun, pullar ödəniləcək. Prezident də gəldi getdi, bayraq da qoyuldu, yenə pullarımız verilmədi».
Fəhlələr əvvəlcə pullarını iş icraçısından tələb ediblər. Məlum olub ki, iş icraçısı icra hakimiyyətindən pul ala bilmədiyi üçün fəhlələrə pul ödəyə bilmir. Fərəhim Məmmədov: «İş icraçısı Müqayis müəllim icra hakimiyyətindən pulunu ala bilmir. Onun İmişlidə 1 milyon manatdan çox alacağı var. Biz ona da bir söz deyə bilmirik. O, pulu alsa, bizim maaşımızı verəcək. Əvvəllər həmişə pulumuzu vaxtlı-vaxtında ödəyib».
Belə bir durumda 20-dək fəhlə icra hakimiyyətinə üz tutaraq aparılan abadlıq işlərinə görə pullarını tələb edib. İmişli rayonunun abadlaşmasında iştirak edən Kənan Mirzəzadə deyir ki, pullarının verilməsi tələbilə tez-tez rayon icra hakimiyyətinə getdiklərindən sonuncu dəfə onları polislə hədələyiblər:
- Bu gün banka 155 manat kredit ödəməliyəm, pul yoxdur deyə, qalmışam belə. Pul istəməyə gələndə, bizi polislə qorxudurlar, deyirlər sizi həbs etdirərik. Qalmışıq belə, bilmirik nə edək.
- Sizi kim polislə hədələyir?
- Ötən dəfə icra başçısının iclası vardı, biz də girdik içəri pulumuzu istəməyə. Polis rəisi, prokuror – hamısı icra başçısının yanında idi. Onlar bizə vəziyyəti açıqladılar. Ağlınıza başqa bir şey gəlməsin. Bir-iki gün də gözləyəcəyik, pullarımızı verməsələr, Bakıya, prezident aparatına gedəcəyik.

İcra hakimiyyəti məsələdən xəbərsizdir

İmişli rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səfa Ağayev AzadlıqRadiosuna məsələdən xəbərsiz olduğunu deyib: «Fəhləni işlədən, yəqin ki, iş icraçısıdır. İndi mən deyə bilmərəm ki, hansı fəhləni, hansı iş icraçısı işlədib və ya əməkhaqqını verib-verməyib. O fəhlələri görsəm, araşdıraram və onda konkret cavab verə bilərəm».
Müqayis adlı iş icraçısının mobil telefonuna günboyu dəfələrlə zəng etsək də, o, AzadlıqRadiosunun zənglərinə cavab vermədi. Rayonu hansı şirkətin abadlaşdırdığını dəqiqləşdirmək mümkün olmadı. Bu işləri həyata keçirən şirkətin tender qalibi olub-olmadığı da bilinmir.

«Fəhlələr ünvani səhv saliblar»

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov pullarını tələb edən fəhlələrin düzgün ünvana üz tutmadıqlarını deyir. Onun fikrincə, bütün hallarda fəhlələr pullarını iş icrasından, onları işlədən şirkətdən istəməlidirlər: «İcra hakimiyyətinin şirkətə borcu var, ya yoxdur, bu, həmin şirkətlə icra hakimiyyəti arasında olan məsələdir. Bunun fəhlə maaşlarının verilməməsinə heç bir aidiyyəti yoxdur. Fəhlələr yığışıb iş icraçısını məhkəməyə verməli və pullarını tələb etməlidirlər».

«Əmlakın satılmasi hesabına fəhlələrin pulu ödənilməlidir»

Sahib Məmmədova görə, əslində fəhlələri əmək müqaviləsi bağlamadan işə cəlb edən şirkət və ya iş icraçısı bir neçə baxımdan məsuliyyət daşıyır: «Birincisi, əmək qanunvericiliyini pozub, əmək müqaviləsi bağlamadan adamları işə cəlb edib. Buna görə 25 min manat cərimə nəzərdə tutulur. İkincisi, o, işçiləri məcburi əməyə cəlb edib, əməkhaqqı verməyib, bu da başqa məsuliyyətdir».
Sahib Məmmədov hesab edir ki, şirkətin icra hakimiyyətindən pul ala bilməməsi fəhlələrin maaşlarının kəsilməsinə əsas sayılmaz. Liqa rəhbərinə görə, şirkət avadanlığının və ya müəssisənin satılması hesabına olsa da, fəhlələrin pulu ödənilməlidir.
Maarif Çingizoğlu,
Azər Əli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı işlətdiyi fəhlələrin maaşını vermir

    İcra başçısı işlətdiyi fəhlələrin maaşını vermir ...

    5-08-2013, 12:07

  • 
  • Vilham Hacıyevanın qapısına “10 nömrədən” qol

    Vilham Hacıyevanın qapısına “10 nömrədən” qol ...

    9-01-2013, 10:06

  • 
  • Vilyam Hacıyevin yeni korrupsiyası

    Vilyam Hacıyevin yeni korrupsiyası ...

    13-02-2013, 10:05

  • 
  • Lerikdə 50-ə yaxın işçi ayağa qalxacaq

    Lerikdə 50-ə yaxın işçi ayağa qalxacaq ...

    26-01-2016, 16:58

  • 
  • Azərbaycanda icra başçısının məşhur futbolçuya 2 milyon borcu aranı qatdı - Özünü yandırmaq istədi...

    Azərbaycanda icra başçısının məşhur futbolçuya 2 ...

    8-11-2014, 02:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu