Hasarların inşası abadlıq işləri adı altında məmurların dövlət vəsaitlərini mənimsəməsi üçün bəhanə olub
Şənbə günü polis yerli sahibkarların İmişli rayon İcra Hakimiyyətinin binası önündəki etiraz aksiyasını dağıdıb. Toplaşanlar İmişli rayon mərkəzində yol boyunca hasar tikintisinə etirazlarını bildirməyə cəhd göstəriblər. Bu hasarlar əhalinin mağaza və sosial-məişət obyektlərinə yolunu kəsib. Aksiya dağıdılarkən Regional «Bakunews.tv»nin müxbiri Mehman Məmmədov saxlanılıb. O, aksiyanı videoya çəkərkən saxlanılıb. Lakin sonradan buraxılıb. Rayon administrasiyası hələlik güzəştə getmək istəmir və bunu onunla izah edir ki, hasarlar abadlıq və hərəkətin təhlükəsizliyinin təminatı üçün tikilir. Bakıdan hava limanına qədər yol boyunca çoxkilometrlik daş hasarlar çəkildikdən sonra hər yerdə hasar tikintisi dəb halını alıb. Bu «ideya» müəlliflərinin fikrincə, hasarlar Azərbaycan həqiqətlərinin xoşagəlməz çirkin tərəflərini gizlətməlidir: binaların, yolların yöndəmsizliyini, çirklənmiş əraziləri. Hasarların inşası abadlıq işləri adı altında məmurların dövlət vəsaitlərini mənimsəməsi üçün bəhanə olub. Regionların öz spesifikası var. Hər dəfə rayon İcra hakimiyyətlərinin başçıları dəyişdikdə abadlıq işləri üzrə layihələr və sahibkarların sıxışdırılması yeni vüsət alır. Neftçala rayonunda da belə oldu. Bu yaxınlarda narazı sakinlər rayon memarının avtomobilini yandırıblar. Belə ki, o, abadlıq işləri adı altında əşya bazarının sökülməsini planlaşdırırdı. İnsidentdən sonra memar işdən çıxarılıb, yerli hakimiyyət isə öz planını ləğv edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?