GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Prokurorluq qayınatasının pulunu oğurlayanın həbsini tələb etdi

Prokurorluq qayınatasının pulunu oğurlayanın həbsini tələb etdi

Tarix: 9-09-2015, 22:50 Bölmə :Ölkə Baxış: 0
Prokurorluq qayınatasının pulunu oğurlayanın həbsini tələb etdi

Qayınata kürəkənindən şikayətçi olmadı, amma məhkəmə onu həbs etdi

Şəki Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayıl Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, İsmayıl Tahirov 27 avqust 2014-cü il tarixdə, saat 16 radələrində Kürdəmir rayonu Qarabucaq kəndiərazisində yerləşən “Qızıl Tac” restoranının həyətində meyvələrin satışı üçün qoyulmuş piştaxtanınarxasında olan masanın üzərindən Rəşad Pirverdiyevə məxsus 140 manat dəyərində“SamsungGalaxy S4 mini” markalı mobil telefonu və telefonun üzərində olan ümumilikdə 15 manatdəyərində 2 ədəd sim kartı oğurlayıb.

O, oğurluq hadisəsini törədəndən sonra Bakı şəhərinə gəlib və oğurladığı telefonu Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanında yerləşən “İnteqral Plyus” telefon mağazasına satıb. İsmayıl Tahirov daha sonra növbəti oğurluq hadisəsini Oğuz rayonunda törədib. O, 2014-cü ilin noyabr ayının 15-dən 16-na keçən gecə Oğuz rayonuSincan kəndində arvadı Süsən Məmmədovanın atası Məmmədhəsən Məmmədovun müvəqqəti yaşamaq üçün onlara verdiyi, lakin uzun müddət yaşamadığı evə gecələyib. Ertəsi gün evdən gedərkən Məmmədhəsən Məmmədova məxsus olan1000 manatı ələ keçirib.

İsmayıl Tahirov Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü (oğurluq) maddəsi ilə ittiham edilib. Oğuz Rayon Məhkəməsinin hökmü ilə İsmayıl Tahirovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək 4 il müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək İsmayıl Tahirovun həbs edilməsini istəyib.

Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən İsmayıl Tahirov bildirib ki, Süsən Məmmədova ilə 27 fevral2014-cü ildə rəsmi qaydada evləniblər: “Evləndikdən sonra əvvəlcə bir müddət Yevlaxrayonu Havarlı kəndində, daha sonra isə Mingəçevir şəhərində kirayədə yaşamışıq. Sonradan Süsəninatası Məmmədhəsən Məmmədov Oğuz rayonu Sincan kəndində müvəqqəti yaşamaq üçün bizə evverdi. Buna görə də Sincan kəndinə köçdük. Lakin iş tapa bilmədiyimə görə Bakı şəhərinə gedərəkavtomobil yuma salonunda işləməyə başladım”.

“Otluq sahədə telefon olduğunu gördüm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 27-də Bakışəhərindən avtobusla Mingəçevir şəhərinə yollanıb. O, qeyd edib ki, avtobus yolda Kürdəmir rayonunun Qarabucaqkəndi ərazisində yerləşən “Qızıl Tac” restoranının yanında dayanıb: “Avtobusdan düşərək restoranınsağ tərəfinə doğru getdim. Orada olan otluq sahədə işlək vəziyyətdə telefon olduğunu gördüm. Həmintelefonu götürərək içərisində olan iki ədəd nömrəni çıxardım və telefonu söndürərək cibimə qoydum. Həmin telefonu açmamışam və telefona başqa nömrə qoyaraq işlətməmişəm. Ertəsi gün Bakı şəhərinəqayıtdıqdan sonra pula ehtiyacım olduğu üçün telefonu satmaq qərarına gəldim. “Nərimanov” metro stansiyasının yaxınlığında yerləşən “İnteqral Plus” mağazasına getdim, oradaişləyən tanışım Nicat Paşayevə işlənmiş telefonu olduğunu, həmin telefonu satmaq istədiyimibildirdim. Bakı şəhərində avtomobil yuma salonunda işləyərkən Nicat öz avtomobilini oradayudurtduğu üçün həmin vaxtlardan onu tanımışam. Nicata həmin telefonun qohumuma məxsus olduğunu demişəm. Telefonu tapdığımı Nicata bildirməmişəm. Həmin telefonu 140 manata Nicata satmışam”.

“Arvadıma baş çəkmişəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, telefonu satarkən sənəd kimi sürücülük vəsiqəsini təqdim edib: “Bundan bir müddət sonra həmintelefonun sahibinin müraciəti əsasında Kürdəmir rayon Polis Şöbəsinə dəvət olundum. PolisŞöbəsində izahat verərkən telefonu tapdığımı bildirdim. Sonradan Bakı şəhərində işlədiyim yerdənişdən çıxaraq atamın yanına gəldim və balıq satmağa başladım. Hərdənbir Qəbələ rayonunun Nicqəsəbəsinə həftəlik bazara balıq satmaq üçün gedəndə Oğuz rayonu Sincan kəndinə gedərək arvadım Süsənə baş çəkmişəm”.

“Borc istəmək üçün gəldiyimi bildirdim”

İsmayıl Tahirov bildirib ki, noyabrın 2-də Nic bazarından qayıdarkən evə gəlib və həminvaxt bəzi paltarlarını da götürərək özü ilə aparıb: “Bundan sonra qarşıdan gələn bayram üçün balıqaldım. Alver edərək gəlir əldə etməkdən ötrü pul tapmaq qərarına gəldim. Bu məqsədlə Oğuz rayonPolis Şöbəsində işləyən tanışım Sübhandan borc ala biləcəyimi fikirləşdiyim üçün noyabrın 15-də, saat 17-də avtobusla Mingəçevir şəhərindən çıxdım və Oğuz rayonuna gəldimərək Sübhanın yaşadığı evə gəldim. Əvvəllər bir dəfə öz avtomobilim ilə Sübhanı evə düşürmüşəm və orada birlikdə yemək yediyimiz üçün onun yaşadığı evi tanımışam. Sübhanın yaşadığı evin qapısı açıq olduğu üçün evə girdim. Lakin evdə heç kimin olmadığını gördüm. Ona görə də evdə dayanaraq Sübhanı gözləmək qərarına gəldim. Sübhan təxminən 10-11

radələrində evə gələrək məni gördü və məndəm evdə nə etdiyimi soruşdu. Sübhana 200-300 manat borc istəmək üçün gəldiyini bildirdim. Sübhan isə o qədər pulunun olmadığını dedi. Gec olduğu üçün Sübhanın evində qalmaq istədim. Lakin Sübhan evinə qonaq gələcəyini bildirdi. Pulum olmadığına görə Sübhandan məni Sincan kəndinə aparmasını xahiş etdim. Sübhan avtomobili ilə məni Sincan kəndinə gətirdi. Evin yaxınlığında avtomobildən düşdüm və Sübhanda geri qayıtdı”.

“Arvadım məndən polisə şikayət edib”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Sincan kəndində qayınatasının onlara verdiyi evə gəlsə də, qapının bağlı olduğunu görüb: “Evin mətbəx kimi istifadə edilən otağının pəncərəsini sındıraraq əvvəlcə evə girdim. Lakin orada yatmaq üçün döşək olmadığına görə həmin otaqdan çıxdım və yataq otağının pəncərəsini sındıraraq ora girdim. Sobanı qaladım və bir stəkan çay içdimş Çay içəndən sonra yatdım. Səhər yuxudan oyandıqdan sonra pulum olmadığına görə pul saxlanılan şüşəli dolabda olan çaynikin içərisinə baxdım. Orada 1000 manat olmasını gördüm. Həmin pulun qayınatama məxsus olduğunu bildim və maddi ehtiyacım olduğu üçün həmin pulu götürdüm. Arvadım Süsənin yaşadığımız evin yanında olan bağdan yığdığı, evdə karton qutunun içərisində olan fındıq məhsulunu da selofan torbaya yığaraq götürdüm. Noyabrın 16-da, saat 08 radələrində evdən çıxaraq Şıxəhmədli dayanacağı adlanan yerdə yol ilə keçən VAZ-21011 markalı avtomobili saxladaraq Qəbələ rayonunun Nic qəsəbəsinə gəldim. Nic qəsəbəsində balıq satanlarla görüşdüm və balığın qiyməti ilə maraqlandıqdan sonra bazardan çıxdım. Yol ilə keçən avtomobillərdən biri ilə Oğuz rayonu Kərimli kəndinə, oradan da Mingəçevir şəhərinə gəldim. Bakı şəhərindəki “Keşlə bazarı”nda ucuz balıq olduğuna görə balıq almaq üçün həmin gecə Bakı şəhərinə gəldim. Lakin oradan satın almaq üçün münasib balıq tapa bilmədim və Mingəçevir şəhərinə qayıtdım. Yevlax rayonunun Xanabad kəndi ərazisindən hər kiloqramı 3,20 manat olmaqla 300 kiloqram sazan balığı aldım və həmin balıqlara görə cəmi 960 manat ödədim. Balıqları Xanabad kəndində yaşayan tanışı Dilqəm adlı şəxsin həyətinin qarşısında olan gölə buraxdım. Noyabrın 20-də polis əməkdaşları məni həbs edərək Mingəçevir şəhər Polis Şöbəsinə, oradan isə Oğuz rayon Polis Şöbəsinə gətirdilər. Polis Şöbəsinə gəldikdən sonra məlum oldur ki, arvadım mənim evdən pul götürməyim ilə əlaqədar barədə şikayət edim”.

“Maddi imkansızlıq üzündən cinayət törətmişəm”

İsmayıl Tahirov ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət törətdiyi üçün cəzasının yüngülləşdirilməsini məhkəmədən xahiş edib:

“Maddi imkansızlıq üzündən cinayət törətmişəm və zərərçəkmiş şəxslərə vurduğum maddi ziyan məbləğlərini sonradan könüllü olaraq ödəmişəm. Himayəmdə bir azyaşlı uşağı var və həmin uşaq cəmi 6 aylıqdır. Anam vaxtsız vəfat edib və atam başqa qadınla ailə qurduğu üçün bacım və xəstə qardaşım ilə birlikdə nənəmin evində yaşayıram. Hazırda bacım və özümdən kiçik qardaşım, həmçinin 1939-cu ildə anadan olmuş nənəm Vəsilə Zeynalova da mənimlə birlikdə yaşayır. Onlara da özüm diqqət və qayğı göstərirəm”.

Zərərçəkmiş Rəşad Pirverdiyev bildirib ki, avqustun 27-də idarə etdiyi avtomobillə bacısı oğlu Elvin Manafovla birlikdə Ucar rayonuna gedərkən “Qızıl Tac” restoranında çay içmək üçün dayanıblar: “Orada olarkən özümə məxsus “Samsung Galaxy S4 mini” markalı mobil telefonunun enerjisi bitdiyindən telefonu restoranın qarşısında olan piştaxtanın arxasında olan masaya qoyaraq enerjiyə qoşdum. Çay içdikdən sonra telefonu qoyduğu yerdən götürmək istədim. Amma telefonunun orada olmadığını gördüm. Orada olan şəxslərdən telefonunu görən olub-olmaması ilə maraqlandım. Lakin heç kim telefonu kimin götürdüyünü bilmədi. Buna görə də telefonumun itməsi ilə bağlı polisə şikayət etdim”.

Digər zərərçəkmiş Məmmədhəsən Məmmədovun sözlərinə görə, İsmayıl ailəsinə diqqət və qayğı göstərməyib: “Məcbur olaraq qızımı yaşadığım Sincan kəndinə gətirdim və həmin kənddə oğluma inşa etdirdiyim evi müvəqqəti yaşamaları üçün onlara verdim. Lakin İsmayıl yenə də ailəsinə baxmadı və günlərlə evə gəlmədi. Kənd camaatından kömür alaraq özümə məxsus avtomobillə aran rayonlarında satmaqla məşğul olmuşam. Həmin vaxtlarda 2-3 gün evə gələ bilmirdim. Noyabrın 14-də Zərdab rayonuna kömür satmağa gedərkən 1000 manat pulumu saxlamaq məqsədi ilə qızıma verdim. Həmin gecə Süsən səhhəti ilə bağlı bir gün xəstəxanada qaldı. Süsən ertəsi gün xəstəxanadan çıxaraq bizim evə gəldi. Noyabrın 16 da qızım və arvadım Ağgün onların yaşadığı evə gediblər. Evin pəncərələrinin sındırılmasını, pulun oğurlanmasını görüblər”.

Tərəfləri dinləyən hakim kollegiyası sonda prokurorluğun protestinin təmin edilməsi barədə qərar elan edib. Qərara görə, İsmayıl Tahirovun barəsində olan şərti məhkum etmə hpkmü ləğv edilib. Məhkəmə kollegiyası İsmayıl Tahirovu 3 il 5 ay 6 gün müddətinə azadlıqdan məhrum edib. O, məhkəmə zalından həbs edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Oğurluq edən gənc həbs edildi

    Oğurluq edən gənc həbs edildi ...

    18-05-2016, 01:18

  • 
  • Cəlilabadlı dostların oğurluq palanları

    Cəlilabadlı dostların oğurluq palanları ...

    13-09-2017, 17:00

  • 
  • Prokuror oğurluq edən polisi azadlığa buraxan hakimi “topa tutdu”

    Prokuror oğurluq edən polisi azadlığa buraxan ...

    7-12-2015, 15:59

  • 
  • Oğurluq edən məhkəmə zalında həbs edildi

    Oğurluq edən məhkəmə zalında həbs edildi ...

    1-08-2017, 14:33

  • 
  • Bakıda qadınların qorxulu yuxusuna çevrilmiş qadın qandallandı

    Bakıda qadınların qorxulu yuxusuna çevrilmiş ...

    13-10-2014, 14:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (133)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu