Nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətlərinin məhdudlaşdırılması və ailə biznes-imperiyasının aktivlərini əldən verməsi prosesi davam edir.
Son məlumata görə, nazirin oğlu Anar Məmmədovun şirkəti olan və bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı olan “Transgate” MMC-yə məxsus bütün avtobus marşrutları şirkətdən alınıb.
Bunu Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “Report” agentliyinə bildiriblər.
Mərkəzdən bildirildiyinə görə, şirkətə məxsus avtobuslar istifadəyə yararsız olub və nəticədə xətdən uzaqlaşdırılıb.
“Bu yaxınlarda “Transgate”ə məxsus avtobusda yanğın baş verib və digər texniki nasazlıqlar da qeydə alındığı üçün həmin avtobuslar xətdən çıxarıldı. Bunun əvəzində başqa daşıyıcılara məxsus daha müasir və keyfiyyətli avtobuslar xəttə çıxarılıb, yəni hazırda eyni xətlə başqa daşıyıcıların yeni avtobusları hərəkət edir”- mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.
Məlumata görə, “Transgate” MMC-yə məxsus 11 marşrut xəttinin 1-i ləvğ edilib, qalanları isə başqa daşıyıcılara verilib.
Virtualaz.org saytının mötəbər qaynaqlardan əldə etdiyi digər məlumata görə, Məmmədovların daha bir biznes aktivi - Qubadakı “Rixos Quba” oteli də əllərindən alınıb. Otelin bu günlərdə başqa mülkiyyətçiyə keçdiyi bildirilir.
Xatırladaq ki, prezident İlham Əliyev nəqliyyat sektorundakı problemləri bir neçə dəfə tənqid edib. İki gün əvvəl prezident iqtisadi məsələlərə və büdcə layihəsinə həsr olunmuş müşavirədə də nəqliyyat sahəsində ciddi problemlərin olduğunu qeyd edib. Bu sahədə bəzi səlahiyyətlərin artıq ASAN xidmətə verildiyini xatırladıb.Nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətlərinin məhdudlaşdırılması və ailə biznes-imperiyasının aktivlərini əldən verməsi prosesi davam edir.
Son məlumata görə, nazirin oğlu Anar Məmmədovun şirkəti olan və bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı olan “Transgate” MMC-yə məxsus bütün avtobus marşrutları şirkətdən alınıb.
Bunu Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “Report” agentliyinə bildiriblər.
Mərkəzdən bildirildiyinə görə, şirkətə məxsus avtobuslar istifadəyə yararsız olub və nəticədə xətdən uzaqlaşdırılıb.
“Bu yaxınlarda “Transgate”ə məxsus avtobusda yanğın baş verib və digər texniki nasazlıqlar da qeydə alındığı üçün həmin avtobuslar xətdən çıxarıldı. Bunun əvəzində başqa daşıyıcılara məxsus daha müasir və keyfiyyətli avtobuslar xəttə çıxarılıb, yəni hazırda eyni xətlə başqa daşıyıcıların yeni avtobusları hərəkət edir”- mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.
Məlumata görə, “Transgate” MMC-yə məxsus 11 marşrut xəttinin 1-i ləvğ edilib, qalanları isə başqa daşıyıcılara verilib.
Virtualaz.org saytının mötəbər qaynaqlardan əldə etdiyi digər məlumata görə, Məmmədovların daha bir biznes aktivi - Qubadakı “Rixos Quba” oteli də əllərindən alınıb. Otelin bu günlərdə başqa mülkiyyətçiyə keçdiyi bildirilir.
Xatırladaq ki, prezident İlham Əliyev nəqliyyat sektorundakı problemləri bir neçə dəfə tənqid edib. İki gün əvvəl prezident iqtisadi məsələlərə və büdcə layihəsinə həsr olunmuş müşavirədə də nəqliyyat sahəsində ciddi problemlərin olduğunu qeyd edib. Bu sahədə bəzi səlahiyyətlərin artıq ASAN xidmətə verildiyini xatırladıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?