GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Saatlıda məmur özbaşınalığı

Saatlıda məmur özbaşınalığı

Tarix: 3-02-2013, 11:12 Bölmə :Ölkə Baxış: 1 479
Saatlıda məmur özbaşınalığı

Rayon sakinləri səfalətdən xilas olmaq üçün
çıxış yolunu kütləvi aksiyalarda görürlər


Əyalətlərdə məmur özbaşınalığının baş alıb getməsi artıq heç kim üçün sirr deyil, xüsusilə də Saatlıda. Bu rayonun demək olar ki, ayrıca özəllikləri var. Allahın bəxş etdiyi ən elementar insan hüquq və azadlıqları Saatlının məmurları üçün mücərrəd bir anlayışdır. Yaxşı xatirimdədir, bir neçə il əvvəl Banditizm və Terrorizmə Qarşı Mübarizə İdarəsinin məsul əməkdaşı ilə söhbət edərkən o, mənə dedi: «Bilirsən kimlər bərk getməlidir?» Doğrusu, o, tərəddüd içində olduğumu görüb bildirdi: «Yalnız və yalnız məmurlar». Bu haqqın, ədalətin, ictimai asayişin, bir sözlə, qanunların keşiyindən olan yüksək rütbəli zabitin dediyi sözlərdir. Nə qədər acı olsa da, bəli, bu bir həqiqətdir.
Düz, 20 ildən çoxdur ki, Saatlı məmurları özlərini bax beləcə, qanunlardan üstün tuturlar. Yalan, saxtakarlıq, soyğunçuluq və talançılıq bu məmurların gündəlik iş və əsas prinsiplərindən biridir. Məsələn, elə götürək Su Təsərrüfatı İdarəsinin müdiri Tahir Rzayevi. Adından göründüyü kimi, bu idarə kənd təsərrüfatının inkişafı üçün ən başlıca sahələrdən biri olsa da, lakin T.Rzayev dövlət idarəsini özünün şəxsi mülkiyyəti hesab edərək, ancaq pul sandığını doldurmaqla məşğuldur. T.Rzayevin qəbuluna düşmək hər adama müyəssər olmur, qaranlıq otağında gözəgörünməzə çevrilir. Rayon sakinləri deyir ki, məmurların özbaşınalığından olunan şikayətlərə baxılmır. Çünki özlərini Saatlının kiçik padşahı kimi aparan həmin bu məmurlar yığdıqları çirkli pulları ilə «yuxarılar»ı ram edirlər. Nə isə...…
Keçək əsas mətləbə. Bu ayın 7-də xəstəxananın doğum şöbəsində tükürpədici ölüm faktı qeydə alındı. Bu hadisə rayon sakinlərini əməlli-başlıca şoka salmışdı. Doğum şöbəsinin baş həkimi Arzu Əliyeva müayinəyə gəlmiş qadının doğuşunu vaxtından əvvəl həyata keçirmək istəyib. Bu da qadının və dünyaya gələcək uşağın ölümü ilə nəticələnib. Puldan ötrü A.Əliyeva belə ağır cinayətlərə dəfələrlə imza atıb. Lakin yüksək məbləğdə rüşvətlərin müqabilində həm Səhiyyə naziri Oqtay Şirəliyev, həm də ki, rayonun hüquq-mühafizə orqanları işi ört-basdır ediblər. Doğum şöbəsinə bu gün üz tutan hamilə qadınlar ya uşaqlarını itirir, ya da ki, özlərini. A.Əliyeva üçün belə ölümlər əlbəttə ki, heç də fərq etməz, təki pul olsun.
Belə cinayət əməllərinə görə 2010-cu ildə Mərkəzi Xəstəxananın baş həkimi Ələkbər Məmmədov onu tutduğu vəzifədən əmrlə azad etsə də, gəl ki, Şirvan Məhkəməsi A.Əliyevanın xeyrinə qərar verərək işinə bərpa edib. Necə ki, 34 saylı Tibbi Sosial Ekspertiza Komissiyasının müdiri Məmmədəli İbrahimov demişkən: «Polis rəisinin, prokurorun, icra başçısının aylıq pullarını verib işimi görürəm.» Maraqlıdır, deyilmi? Xatırladaq ki, 1996-2007-ci illərdə rayonun Mərkəzi Xəstəxanasında yerləşən 34 saylı Tibbi Sosial Ekspertiza Komissiyasının müdiri vəzifəsində çalışıb. Səhhəti ilə bağlı, qaraciyər serrozundan əziyyət çəkdiyi üçün işindən azad olunan M.İbrahimov Türkiyədə cərrahiyyə əməliyyatı olunub, birinci qrup əlildir. 4 illik fasilədən sonra M.İbrahimov yenidən Tibbi Sosial Ekspertiza Komissiyasının müdiri kreslosunda otuzdurulub. Baxmayaraq ki, tələbə yoldaşı olan TSEK-ın sədri Hüseyn Tahirovun M.İbrahimovun həmin bu vəzifəyə gəlməsində danılmaz xidmətləri olub, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova 160 min manat rüşvət verdiyi bildirilir. TSEK-nı açıq bazara döndərən M.İbrahimov xəstəlik və əlillik dərəcələrini açıq-aşkar hərraca çıxarıb. Hər bir sənədin və qrupun demək olar ki, öz qiyməti var. M.İbrahimovun məntiqinə görə, «iti görüm, qurdu görüm, amma xəstə və şikəst adamları görməyim». O, daha çox sağlam adamlarla işləməyə, ünsiyyət yaratmağa üstünlük verir. Xəstələrin sənədləri illərlə M.İbrahimovun dəmir seyfində saxlandığı halda, sağlam adamların sənədlərini 3500-4000 manat pulun müqabilində qəbul edib, qısa müddət ərzində qruplar təyin edir. Ötən il belə bir məlumat daxil oldu ki, mart ayında dünyasını dəyişmiş İmişli rayon sakinini M.İbrahimov noyabr ayında təkrar komissiyadan keçirib. Analoqu olmayan belə cinayət işinin açıldığını görən M.İbrahimov çirkin əməllərini ört-basdır etmək üçün rayonun hüquq-mühafizə orqanlarına ümumilikdə 250 min manat, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova isə 200 min manat pul peşkəş edir və bütün məsuliyyəti yanında həkim işləyən Mirzəyevin üzərinə ataraq, ona da 60 min manat pul verdiyi bildirilir.
Göründüyü kimi, hüquq-mühafizə orqanlarının dırnaqarası əməkdaşları ancaq məmurların cinayətlərini ört-basdır edib, onların mühafizəsini həyata keçirirlər. Bir soruşan yoxdur ki, ay Məmmədəli həkim, axı bu qədər pullar səndə hardandır? Cinayətə və çirkaba bulaşmış məmurların bax, belə cəzasız qalması. Təbii ki, bu da rayon sakinlərinin hiddətinə səbəb olur.
Aranın qarışıb, məzhəbin itdiyi Saatlıda bu nədir ki. «Aqrolizinq»in müdiri Şakir Həsənovu Saatlıda tanımayan yoxdur. Qara əməllərdə ad çıxarmış bu şəxs ancaq pula sitayiş edir. 2010-cu ildə Maliyyə Nazirliyinin «Aqrolizinq»in Saatlı filialında apardığı yoxlamalar zamanı məlum oldu ki, Ş.Həsənov 1 milyon 200 min manat pulu həzm-rabedən keçirib. İş mahiyyəti üzrə Respublika Prokurorluğuna verilsə də, lakin dövlətə, xalqa xəyanət etmiş Ş.Həsənovun cinayət əməlləri cəzasız qalır. Yenə də vəzifə və cinayət başında o, işini davam etdirir. Belə faktları sadalamaqla qurtarası deyil. Əgər belə davam edərsə, birmənalı olaraq Quba və İsmayıllı hadisələri Saatlıda da gözlənilə bilər. Bunu aclıqdan, səfalətdən, bürokrat məmurlardan, vətəndaşları həm mənəvi, həm də ki, maddi girovluqda saxlayan, faizlə pul verən şəxslərin, hansı ki, bu adamlar bu gün meydan sulayırlar. Ən əsası isə Rayon Polis Şöbəsi əməkdaşlarının özbaşına və heç bir əndazəyə sığmayan əməllərindən əziyyət çəkən sakinlər deyir.
Saatlının ən aktual problemlərindən biri də uşaq bağçasıdır. Bu sahə demək olar ki, tam gözdən-könüldən uzaqdır. Əvvəllər Təhsil Şöbəsinin nəzdində olan uşaq bağçaları ötən ildən etibarən İcra Hakimiyyətinin tabeçiliyinə verildi, amma yenə də heç nə dəyişməyib. Uşaqların təhsil alması üçün heç bir şərait yoxdur. Məktəbə qədər olan həmin bu təhsil müəssisələrində savadlı və ixtisaslı kadr problemi yaşanır. Uşaqlara gün ərzində bir dəfə yemək verilir, o da ki, yağsız, duzsu su. Valideynlərin dediyinə görə, uşaqları iki hissəyə bölüblər: varlı və kasıb. Yəni ki, sinfi ayrı-seçkilik yaradılıb. Maraqlıdır, görünür, bizlər hələ də cəmiyyəti məhvə sürükləyən quldarlıq psixologiyasından qurtula bilməmişik. Görəsən, uşaqların qida rasionuna nə daxildir? Və bir uşağın bir günlük yeməyinə nə qədər pul ayrılır? Bu sual rayonun hər bir sakinini düşündürsə də, lakin Maliyyə İdarəsinin müdiri Namiq Bağırovu bu, heç vaxt ilgiləndirməyib. Rayonun müxtəlif sahələrinə ayrılan maliyyə vəsaitlərini ciddi-cəhdlə qaranlıq saxlayan N.Bağırov rəhbəri olduğu idarəni qapalı bir obyektə çevirməklə açıq-aşkar informasiya azadlığına qənim kəsilib. Uşaq bağçalarında təsərrüfat işlərinə baxan şəxslər deyir ki, bir uşağın günlük yeməyinə ayrılan pul hardasa, 20 qəpikdir. Maraqlıdır, görəsən, N.Bağırov bu qəpik-quruşla günlük yeməyini təmin edə bilərmi? Halbuki, uşaqların çörəyinə göz dikən N.Bağırovun bəllidir ki, bir aylıq gəliri 50-100 min manata durur. Bu maxinasiyalarını tək elə kağız üzərində olan kiçik müəssisələrlə həyata keçirir.
N.Bağırovun bu və ya digər qaranlıq işlərinə, eləcə də Saatlıda baş verənlərə növbəti saylarımızda aydınlıq gətirəcəyik.
Tural
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saatlıda ezamiyyə fırıldağı yalan çıxdı

    Saatlıda ezamiyyə fırıldağı yalan çıxdı ...

    4-07-2015, 11:25

  • 
  • Saatlıda məmur özbaşınalığı

    Saatlıda məmur özbaşınalığı ...

    11-09-2015, 16:02

  • 
  • Saatlıda qadın özünü güllələyib

    Saatlıda qadın özünü güllələyib ...

    30-12-2015, 18:08

  • 
  • Əbülfəz Qarayevin Saatlı sərgüzəştləri

    Əbülfəz Qarayevin Saatlı sərgüzəştləri ...

    29-05-2013, 15:01

  • 
  • Saatlıda 3 otaqlı ev yanıb

    Saatlıda 3 otaqlı ev yanıb ...

    27-04-2016, 08:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu