GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Neftçala təhsili dərin problemlər çalasında

Neftçala təhsili dərin problemlər çalasında

Tarix: 22-09-2015, 21:52 Bölmə :Ölkə Baxış: 0
Neftçala təhsili dərin problemlər çalasında

Bu gün ölkənin təhsil sistemində yer almış nöqsanların aradan qaldırılması, bu sahədə həyata keçirilən əsaslı dövlət islahatlarının effektivliyinin artırılması məqsədilə bütün ölkə ictimaiyyəti, o cümlədən kütləvi informasiya vasitələri də prosesləri diqqətlə izləyir və zəruri məqamlarda müəyyən müdaxilələrlə hadisələrin inkişafına təsir göstərməyə çalışırlar. Bu baxımdan mətbuat səhifələrində xüsusən bəzi rayon təhsil şöbələrinin yarıtmaz fəaliyyətlərinin ifşasına yönəldilmiş tənqidi materialların dərci də təqdirə layiq hal kimi qiymətləndirilməlidir. Qeyd etməliyik ki, bu mövzu, redaksiyamıza daxil olan çoxsaylı şikayət məktubları nəzərə alınmaqla, bizim də hər zaman diqqət mərkəzində saxladığımız sahələrdəndir. Kütləvi informasiya vasitələri tərəfindən fəaliyyəti, şəxsi və peşəkar keyfiyyətləri mütəmadi olaraq obyektiv tənqidə məruz qoyulan bu kimi müəssisə rəhbərlərindən biri də Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovdur.

DİA.AZ xəbər verir ki, yeni tədris ilinin başlanması ilə, Neftçalanın əksər təhsil müəssisələrində neqativ hallara da paralel olaraq start verilib. Qeyd olunur ki, bu özbaşınalıqlar ucbatından son bir ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti kəskin olaraq aşağı düşüb. Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Məlumatlara görə Neftçala məktəblərində elə müəllimlər var ki, il boyu “işlədikləri” məktəbə ayaq basmırlar. Amma onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Buna görə də bir çox mənbələr iddia edirlər ki, Əjdər Kərimov demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır və bu tendensiya artıq yeni tədris ilində də eynilə müşahidə olunmaqdadır. Həmçinin mənbələr RTŞ müdiri tərəfindən rayonun orta məktəblərinə işə müəllim qəbulu zamanı da ciddi qanun pozuntularına yol verildiyini vurğulayırlar. Bildirilir ki, Əjdər Kərimov müəyyən məbləğlərdə rüşvət almaq müqabilində işə qəbul qaydalarını Təhsil Nazirliyi tərəindən qəbul edilmiş formadan çox fərqli şəkildə təyin edə bilir. Daha dəqiq desək RTŞ müdirinin işə götürdüyü bəzi müəllimlər müvafiq test imtahanları verməyə də bilərlər. Həm də bu kadrlar digər həmkarları ilə müqayisədə müəyyən imtiyazlara da malik olurlar. Belə ki, RTŞ müdiri “öz kadrlarını” işlə təmin etmək məqsədilə digər müəllimlərin dərs saatlarından kəsərək, həmin saatları onlara verir. Bu isə təbii ki, Neftçala məktəblərində dərs deyən müəllimlərin maddi rifahlarının yüksəlməsinə qətiyyən xidmət etmir. Digər tərəfdən də, təqdim olunan açıqlamalarda Əjdər Kərimov tərəfindən rayon təhsilinin ehtiyacları üçün ayrılan dövlət vəsaitlərinin də mənimsənilməsi hallarına yol verildiyi bildirilir. Qeyd olunur ki, xüsusilə yay tətili dövründə bir çox məktəblərin təmir olunması bəhanəsilə külli-miqdarda mənimsəmələrə yol verilmişdir. İddialara görə, RTŞ rəhbərliyi bu məqsədlərlə bəzi şirkətlərlə müqavilələr bağlayaraq, vəsaitlərin onların bank hesablarına köçürülməsini təmin etmişdir. Lakin reallıqda bu şirkətlər heç bir iş görməmişlər. Köçürülən pullar isə, nağdlaşdırılaraq müəyyən faiz çıxıldıqdan sonra, yenidən Əjdər Kərimova qayıtmışdır...

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Müəllimlərin qurultayında hansı təhsil şöbələrinin müdirləri nazirin qəzəbinə tuş gəldi?-Siyahı

    Müəllimlərin qurultayında hansı təhsil ...

    15-12-2013, 00:22

  • 
  • Zəngilanın təhsil sahəsi ili uğursuz başa vurur

    Zəngilanın təhsil sahəsi ili uğursuz başa vurur ...

    25-12-2014, 23:03

  • 
  • Tərtər təhsilində “savadlı” maxinasiyalar

    Tərtər təhsilində “savadlı” maxinasiyalar ...

    26-07-2013, 16:21

  • 
  • "Kütləvi informasiya vasitələri haqqında" qanun dəyişdi

    "Kütləvi informasiya vasitələri ...

    20-10-2015, 15:07

  • 
  • Bərdədə təhsil rəzaləti

    Bərdədə təhsil rəzaləti ...

    16-01-2014, 12:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu