GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Görə bilmədiyimiz möcüzələr

Görə bilmədiyimiz möcüzələr

Tarix: 29-09-2015, 18:19 Bölmə :Ölkə Baxış: 0
Görə bilmədiyimiz möcüzələr

İnsanlar hər zaman Allaha inanmaq üçün möcüzələr axtarıblar. "İman edin" çağırışı qarşısında peyğəmbərlərdən: "Bizə bir möcüzə göstər, iman edək", – deyə tələb ediblər. Peyğəmbərlərdən bu günə kimi xeyli zaman keçsə də, insanların təfəkkürü dəyişməyib. Bu gün də bir çoxları inanclarının daha möhkəm olması üçün müxtəlif möcüzələr axtarırlar. Təəssüf ki, bu möcüzələrin çoxu fotoşopda hazırlanmış saxta şəkillər, müxtəlif tərəvəzlərdə ərəb hərflərinə oxşar cızma-qaralar, ya da şüurlu şəkildə yazılmış hansısa yazılar olur. Bu cür xürafələr isə heç zaman elmli, geniş dünyagörüşlü insanlarda səmimi iman yaratmır, əksinə, ikrah hissi və gülüş yaradır.

Qurandan bixəbər, dini elmdən ayrı hesab edən, Quran möcüzələrini və iman həqiqətlərini bilməyən və kor-koranə xürafələrə inanmağı seçənlərin imanı çox səthi olur. Bu insanlar Allahın sonsuz gücünü bilmədiklərindən nəzərə, gözdəyməyə, hansısa əşyaların və ya günlərin uğur gətirəcəyinə və s. bu kimi batil inanclara inanırlar. Quranı oxumaq yerinə "hörmət" əlaməti olaraq dəsmala büküb evin uca yerinə qoyurlar və Quranın ancaq ölülər üçün oxunan kitab olduğuna inanırlar.

Halbuki Quranın ilk nazil olan ayəsi "oxu" olmuşdur. Quran elmə, düşünməyə və araşdırmağa dəvət edir. Quran bu gün də elmə yol göstərir, bir çox Quran möcüzəsi öyrənilib və hələ də öyrənilməyə davam edilir. Ən mikroskopik ölçülərdən tutmuş nəhəng qalaktikalara qədər kainatda qüsursuz yaradılış nümunələri var və bunlar elmi nailiyyətlərin köməyi ilə daha dəqiq öyrənilir. Məsələn, hüceyrə. Darvin təkamül nəzəriyyəsini iddia etdiyi dövrdə mikroskoplar çox bəsit quruluşda idi və hüceyrə içi maye dolu şar kimi görünürdü, hüceyrənin daxilindəki kompleks quruluşdan, DNT-dən, genetikadan, mikrobiologiyadan Darvin və tərəfdarlarının xəbəri yox idi. Hazırda isə elektron mikroskoplarla hüceyrə araşdırılır və daxilindəki quruluşun böyük bir şəhərin quruluşu ilə eyni olduğu deyilir. Belə ki, hüceyrə daxilindəki enerji istehsal mərkəzləri, xəbərləşmə texnologiyası, tullantı maddələrin təmizlənməsi, laboratoriya funksiyaları (analiz, sintez, nüsxələmə prosesləri) və s. bir çox mürəkkəb funksiyaları ilə əsl möcüzədir. Məşhur genetik F.Kolins DNT şifrlərini araşdırmalarının ardından iman etmiş və Allahın varlığından bəhs edən kitab yazmışdır. Əvvəllər ateist olan Kolins iman etməsinin səbəbini bu şəkildə açıqlayır:

"Elmi irəliləyişlər insanı Allaha daha da yaxınlaşdırır. Laboratoriyada çalışarkən Allahı hiss etdim. Mütləq bizdən daha böyük bir güc var və mən Ona inanıram. DNT-nin şifrini tapmaq məni Allaha daha da yaxınlaşdırdı. Xəstəlikdən ölən insanlar gördüm, elm onlardan ümidini kəsmişdi. Amma möcüzəvi olaraq həyata döndülər, bu da Allahın işidir".

İnsan genomu layihəsinin rəhbəri F.Kolins sözlərinə belə davam edir:

"Önəmli bir kəşf etdiyinizdə onun sevincini yaşayarsınız, çünki onu araşdırıb kəşf edibsiniz. Kəşfim elə bir şey idi ki, daha əvvəl heç kim buna nail olmamışdı, amma Allah onu hər zaman bilirdi".

Bura kimi yalnız mikroskopik ölçüdəki hüceyrəmizdən yazdım. Bədənimizə, flora və faunaya, atmosferə, yer üzündə həyatın davam etməsi üçün lazım olan nisbətlərə, planetlərin quruluşuna, Günəş sisteminə və qalaktikalara nəzər salanda daha da dərin və kompleks nizamlara, yaradılışa rast gəlirik.

Günəş sistemindəki nizamlara qısa nəzər salaq: planetlər arasındakı məsafələr, planetlərin böyüklüyü və çəkidən dolayı yaranan cazibə qüvvəsi, planetlərin Günəşdən uzaqlığı, atmosferi, öz oxu və Günəş ətrafındakı dövrləri və s. kimi onlarla nisbət qorunur. Dünyamız da əsl möcüzədir, Günəş sistemində həyat olan yeganə planetdir. Yer üzündə həyatın davam etməsi üçün bir çox yaradılış möcüzəsi var: havadakı oksigen nisbəti, maqnit sahəsinin mövcudluğu, atmosfer qatlarının qoruyuculuq funksiyası, içməli və təmiz suyun varlığı, istiliyin intervalında qalması (baxmayaraq ki, dünyamız saatda 950 000 km sürətlə hərəkət edir, yenə də bu interval qorunur), havadakı təzyiq və s. Yer üzündə yaşayan canlılar hər biri özlüyündə çox maraqlı xüsusiyyətlərə malikdir. Hansı ki, texnologiyaya ilham qaynağıdır. Məs., işıqlandırma texnologiyasına ilham olan işıldaquş böcəyi, fənərli balıqlar, səssiz sürətli qatarlara ilham olan bayquşlar, uçuş texnologiyası üçün nümunə götürülən iynəcə böcəyi, qartal, yarasalar və s. kimi saysız örnəklər. Bütün bunlar və sadalaya bilmədiyim saysız nümunələr vicdanlı insanların Yaradanı görməsi üçün bir nümunədir.

Din bizə canlıların və kainatın Allah tərəfindən yaradıldığını deyir, elm isə bunun xeyrinə dəlillər gətirir və bu həqiqətləri sübut edir. Maykl Denton "Nature Destiny" adlı kitabının sonunda belə deyir:

"Bir vaxtlar ateizmin və skeptisizmin ən böyük müttəfiqi sayılan elm ikinci minilliyin sonunda nəhayət ki, nə vaxtısa Nyutonun və onun tərəfdarlarının görmək istədikləri kimi antroposentrik dünyagörüşünün ən böyük tərəfdarına çevrilir".


Aysel Vəlizadə

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır - İMAN NAĞIYEV DÖNƏMİ BİTİR

    Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır ...

    26-09-2020, 17:03

  • 
  • İslam dininin nəzərində pozitiv düşüncə

    İslam dininin nəzərində pozitiv düşüncə ...

    4-05-2016, 00:24

  • 
  • 2 nəfərin “tok” vurduğu obyektin sahibi “Qozbel İman” kimdir? - DOSYESİ

    2 nəfərin “tok” vurduğu obyektin sahibi “Qozbel ...

    11-07-2017, 14:26

  • 
  • Bakıda məşhur iş adamını döymək istədilər – TƏFƏRRÜAT

    Bakıda məşhur iş adamını döymək istədilər – ...

    14-07-2014, 01:48

  • 
  • "Qozbel İman" gecə kəsdiyi ağaclara görə 19200 manat cərimələndi

    "Qozbel İman" gecə kəsdiyi ağaclara ...

    4-11-2014, 11:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu