GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Kəndlərdə iş aparırlar ki, guya soydaşlarımız Elat tədbirini istəmir, gələn ildən bu keçirilməsin”

“Kəndlərdə iş aparırlar ki, guya soydaşlarımız Elat tədbirini istəmir, gələn ildən bu keçirilməsin”

Tarix: 12-10-2015, 18:07 Bölmə :Ölkə Baxış: 0
“Kəndlərdə iş aparırlar ki, guya soydaşlarımız Elat tədbirini istəmir, gələn ildən bu keçirilməsin”

Zəlimxan Məmmədli: “Soydaşlarımız var ki, “parçala və hökm sür” siyasətinə uyğun olaraq gürcülərin bu konsepsiyası ilə iş birliyindədir”

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə müsahibəni təqdim edirik.

- Zəlimxan bəy, hamı gözləyirdi ki, sizin Gürcüstana girişinizə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq. Ancaq indi bəlli olur ki, sizi gürcü mediası terrorçu, separatçı kimi təqdim edir. Bunu necə şərh etmək olar?

- Əslində biz elə bu məsələni təhlil etməklə məşğuluq. Regionda durum, milli təhlükəsizlik məsələsi, müstəqilliyin saxlanılması bizim birliyimizi, daha liberal davranmağımızı diktə edir. Saakaşvilinin dönəmindən sonra atılan demokratik addımlar ümid verirdi ki, Gürcüstan Azərbaycanla daha yaxın münasibətlər qurmağa çalışacaq. Təəssüflər olsun ki, yeni komanda hakimiyyətə gələndə məni daha çox İvanaşvili və Rusiya ilə bağlayırdılar. Mən də bunu təkzib edirdim. Amma görünür bu faktor mühüm rol oynayır. Bölgədə etnik zəmində qarşıdurma yaratmaq hər zaman imperiyanın siyasəti olub. Gürcü hakimiyyətinin bu davranışı mən dediyim siyasətin konsepsiyasına daha çox oxşayır. Çünki mən bu yaşımda təqdir etdiyim düşərgədən şəxsimə qarşı bu qədər aqressiv münasibət gözləmirdi. Mən Gürcüstana hər zaman aydın formada, separatizmin əleyhinə, Gürcüstanın ərazi bütövlüyünün təbliği, soydaşlarımızı bu dövlətçiliyə bağlamaq xəttini irəli sürmüşəm. Soydaşlarımızın bir hissəsinin məni ittiham etməsinə baxmayaraq Gürcüstan siyasi hakimiyyəti ilə daha cazibəli davranmağa təşviq etmək bizim işlərimiz olub. O cümlədən regional təhlükəsizliklə bağlı-Azərbaycan, Gürcüstan və Türkiyə strateji tərəfdaşlığına ictimai dəstək vermişik. Siyasi proseslərə, Gürcüstanın daxili işlərinə qarışmamışıq. Gürcüstanın milli dövlət quruculuğunda mütərəqqi məqamları təbliğ etmişik. Gürcüstanın Azərbaycan və türk dünyasında tanınması, onun mədəniyyətinin, dilinin, tarixinin təbliği üçün müstəsna xidmətlərimiz olub. Gürcüstanla bağlı Türkiyə mediasında 20-yə qədər proqram müəllifi olmuşuq. Və buna görə təmənna güdməmişik. Çünki soydaşlarımız orada yaşayır, Gürcüstanda bizə doğma dövlətdir, ona xidmət etməyi şərəf işi bilmişik. Və buna görə, minnətdarlıq istəməmişik. Ancaq şəxsimizə qarşı belə aqressiv yanaşma da gözləməmişik. Heç ağlıma gəlməzdi ki, bu aqressiya açıq müstəviyə keçə bilər.

- Bu anlaşılmazlığın nəticəsi ola bilərmi?

- Əgər anlaşılmazlıq olmuşdusa, aradan qaldırılmalı idi. Bizim müraciətlərimizə münasibət bildirməli idilər. Azərbaycanın notasına cavab verməli idilər. Əgər bunlar yoxdursa, deməli indi Gürcüstanın koalisiya hökumətində Borçalı türklərinə, “Borçalı” Cəmiyyətinə, eləcədə Azərbaycan aurasına aqressiv yanaşan zümrə var.

- Sizə elə gəlmirmi ki, bütün bunlar VII elat tədbirindən sonra başlandı?

- Bildiyiniz kimi məni VII Elat mədəniyyət tədbirinə buraxmadılar. Hətta tədbir zamanı virtual olaraq çıxışımı belə yasaqlamaq istədilər. Təəssüflər olsun ki, bəzi soydaşlarımız da, buna razılaşmaq istəmişdi. Lakin çoxluğun iradəsi öz işini gördü və mən çıxışımı virtual olaraq tədbir iştirakçılarına çatdırdım. Çıxışımda ondan ibarət idi ki, mən niyə doğulduğum vətənimdə deyiləm. Ancaq görünür bu hakimiyyətin niyyəti bizim Gürcüstanda apardığımız etimad mühitini iflasa uğratmaq, iki toplumun qarşılıqlı imteqrasiyasını əngəlləməkdir. Eləcədə regional təhlükəsizliklə bağlı gürcülərin və azərilərin bir modeldə olmağında maraqlı deyillər. Buna qarşı olan da, fars, ermənilər və erməninin ağası ola bilər. Elat bayramından sonra mənim əleyhimə qara piar başlayıb, məni terrorçuluqda, separatçılıqda, Gürcüstanın ərazi bütövlüyünü təhdid etməkdə, ikinci Pankisi dərəsi hazırlamaqda, Rusiya adamı olmaqda ittiham edirlər. Gürcü mediasına görə, mən Qəbələ şəhərinə tez-tez gedirəm və orada Rusiya adamları ilə görüşürəm. Bəli, Dinamo Tbilisi-Qəbələ futbol oyunu zamanı mən Qəbələyə getmişdim. Verdiyim proqnozda özünü doğrultdu və Qəbələ komandası da rəqibə layiqli cavabı verdi. Biz bundan oyana getməmişik. Təəssüf edirəm ki, indi Gürcüstan hökumətində mənə qarşı belə dəhşətli aqressiv münasibəti var. Mənə elə gəlir ki, gürcü xalqı bu hakimiyyətlə tez bir zamanda vidalaşmaq haqqında düşünməlidir. Əks təqdirdə bölgədə daha ağır gərginliklər yarana bilər.

- Mümkündürmü ki, Borçalıda yaşayan və ictimai fəaliyyət göstərən soydaşlarımız sizin haqqınızda gürcü hökumətinə donoslar yazsın?

- Əlbət də, mən bunu istisna etmirəm. Bizim soydaşlarımıza yanaşmasında yeganə tək haldır ki, Saakaşvili dönəmində daha liberallaşma, icmalaşmaya yaşıl işıqların yandırılması, soydaşlarımızın təşkilatlanması, Gürcüstana inteqrasiyası, ali təhsillə bağlı yeni modelin tətbiqi kimi addımlar atıldı. Məhz bunun da nəticəsində hazırda Gürcüstan ali məktəblərində iki minə yaxın soydaşımız təhsil alır. Yəni bir liberallaşma getdi, azlıq olaraq Borçalı türklərinin haqqı tanınırdı. Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər bir yana, Gürcüstanın inteqrasiya olunduğu demokratik Avropanın tələblərinə uyğun bir model sərgiləndi. Biz də, bundan çox məmnun idik və ona görə də, Saakaşvilinin təqdir etmək bu baxımdan mənəvi borcumuz oldu. Lakin indi bu istiqamətdə fərqli yanaşmalar gördük. Hazırda Gürcüstanın milli təhlükəsizlik konsepsiyasında soydaşlarımızın icmalaşması, təşkilatlanması, Gürcüstanın iç siyasətində daha üstün mövqe qazanmasını yasaq edən düşüncə tərzi var. Yəni bu milli-strateji təhlükəsizlik konsepsiyasında indiki hakimiyyət fərqli yanaşma ortaya qoyur. Saakaşvilinin dönəmində hüquq mühafizə orqanlarından, siyasi sistemdən kənarlaşdırılan şəxslərin yenidən hakimiyyəti təmsil etməsi soydaşlarımıza qarşı kommunist təfəkkürünün yenidən tətbiq edilməsinə gətirib çıxarıb. Bu da nədir? Elat tədbirini ələ almaq və urvatsız etmək. Elat bir inteqrasiya modelidir, iki toplumun və mədəniyyətin yaxınlaşma prosesidir. Bundan əndişələnirlər. Çünki, bu milli strateji təhlükəsizlik konsepsiyasıdır, soydaşlarımız bir araya gəlməməlidir. Başqa sözlə, parçala və hökm sür siyasəti həyata vəsiqə qazanmalıdır. Bu hakimiyyətdə hazırda belə bir xətti həyata keçirməklə məşğuldurlar.

- Hazırda sizin Gürcüstana buraxılmamanızla yanaşı, gürcü mediasında haqqınızda fərqli bir kampaniya aparılır. Bütün bunlara qarşı hansı addımlar atmağı düşünürsünüz?

- Əslində sizdən əvvəl biz fikir dartışmasında idik. Təbii ki, bizim daha səbirli davranmaq, hadisələri izləmək, təhlil etmək düşüncəmiz var. Qeyd etdiyiniz kimi bir neçə saytda, bəzi özəl televiziya kanallarında və o cümlədən hakimiyyətə yaxınlığı ilə seçilən “İmedia” kanalında bəlli süjetlərin hazırlanması, Elat mədəniyyət tədbirini çoban yığıncağı adlandırılması, təhqirlərin yağdırılması, Pankisi dərəsi ilə Borçalının müqayisə olunması kimi hallar var. Təbii ki, bütün bunlar bir mərkəzdən idarə edilir və baş verənlər bütün bu tezislərin siyasi hakimiyyət və milli təhlükəsizlik orqanları tərəfindən hazırlanmasına işarə verir. Təbii ki, biz burada məsuliyyətsiz etməyəcəyik ki, qarşıdurma baş versin. Hər yerdə, hər kənddə, ziyalılar birliyində bu məsələlər müzakirə edilir. Üç gün əvvəl kəndlərdə, kənd icra nümayəndələrinə tapşırılıb ki, guya bizim soydaşlarımız Elat tədbirinin əleyhinədir və gələn ildən belə bir tədbir keçirilməsin. Nəzərə alın ki, kənd icra nümayəndələri də yerli icra hakimiyyəti orqanlarına tabedir. Şübhəsiz ki, bu avantürist bir şeydir. Ancaq bizim soydaşlarımız var ki, “parçala və hökm sür” siyasətinə uyğun olaraq gürcülərin bu konsepsiyası ilə iş birliyindədir. Ziyalı qiyafəsində, siyasətçi rolunda və ya ictimai fəaliyyətlə məşğul olmaq konteksində belə rollara rast gəlmək olar. Əlbəttə, bütün bunlar təbii hallardır. Başqa sözlə, buna görə təəccüblənmək də qeyri mümkündür. Ona görə də, parçalanan cəmiyyətdə üzə gülən, altda bu işi görən insanlar var. Orada mənim daha yaxın çevrəmdən də, bu cür adamlar ola bilər. Konkret olaraq bundan sonra biz hansı addımlar atacağıq? Şübhəsiz ki, mən soyuq qanlıqla bütün bu prosesi izləyirəm. Bizim müəyyən addımlarımız olacaq. Fikirlərimizi deyəcəyik. Hazırda bizə qarşı olan bu konsepsiyanın mənşəyini araşdırmaqla məşğuluq. Gürcüstan siyasi hakimiyyətindən tələblərimiz olacaq, Gürcüstanın ölkəmizdəki səfirliyinə müraciətlərimiz ola bilər, səfirliyi dinc qoymayacağıq. Yəni Azərbaycanla bu cür davranmaq olmaz. Eyni zamanda barəmizdə saxta uydurmalar səsləndirən saytların redaksiyasına nümayəndə heyətimiz gedəcək, onlardan təkzib tələb ediləcək. Hazırda təkzib mətni üzərində işlənilir. Həmçinin mümkündür ki, Tiflisdə mətbuat konfransı keçirək, bu avantürist və qara piar kampaniyasının mahiyyətini gürcü cəmiyyətinə çatdıraq. Onlara erməni separatizmi bəs etmədi, Abxaziya və Osetiya bəs eləmədi, indi də bizdən separatçı düzəltmək istəyirlər. Məndə bəyan edirəm ki, türk tarixində kiminsə əlində alət olmaq, separatçılıqla bağlı fəaliyyət göstərmək kimi ənənə yoxdur. Bizim haqqımız olarsa, bunu istəyirik. Biz də soydaşlarımızın bu dövlətin daxilində daha yüksək şəkildə vətəndaşlıq hüququnun təminindən savayı bir şey istəmirik. Ancaq indiki tendensiya davam edəcəksə, buna uyğunda nəticə ola bilər.

- “Borçalı” Cəmiyyəti fəaliyyətini davam etdirəcəkmi?

- Şübhəsiz ki, davam etdirəcək. Həm də, daha əzmlə davam etdirəcək. Mən cəmiyyətin İdarə Heyətinin üzvlərinə və fəallarına təşəkkür edirəm. Hətta ən ixtiyar yaşında olan elmlər doktoru deyir ki, əvvəl bir qat işləyirdimsə, indi beş qat işləyəcəyəm. Üzərimizə ağır yük düşür. Biz vəziyyəti bu cür buraxmarıq. İndi beşinci kalona xidmət edən çoxdur, çoxları canişin olmaq arzusundadır. Azərbaycan və Gürcüstanın müstəqilliyi qanlar hesabına əldə edilib. Müstəqilliyi ucuz şəkildə qurban vermək olmaz. Əksinə, Borçalı insanı təmərküzləşəcək və Gürcüstanı bu cür yıxmaq istəyənlərə layiqli cavab verəcək ki, Gürcüstan sənin vətənin olduğu qədər də, mənim vətənimdir. Sən təəssübkeş olduğun qədər də, mən təəssübkeşəm. Gürcüstan dövləti isə şəxsən məndən zərər, xəyanət görməz. Biz xəyanət mənbəyi ola bilmərik. Bunu birdəfəlik bilsinlər. Bu coğrafiyada 90 milyona yaxın türk yaşayır, onlarında ən sədaqətli dostu gürcülərdir. Bu reallığı dərk etmək, unutmamaq lazımdır. Borçalını, borçalı insanına təcavüz etmək Qafqazın birliyini təhdid etmək istəyən mənbələrə pas ötürməkdir.

HÜSEYN ABBASOĞLU

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Zəlimxan Məmmədli rəsmi Tiflisə üsyan etdi...

    Zəlimxan Məmmədli rəsmi Tiflisə üsyan etdi... ...

    19-12-2014, 00:25

  • 
  • Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə tikanlı sözlər...

    Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə ...

    23-01-2015, 23:54

  • 
  • ZƏLİMXAN MƏMMƏDLİ XARİCİ İŞLƏR NAZİRİNƏ BIR DAHA MÜRACİƏT ETDİ

    ZƏLİMXAN MƏMMƏDLİ XARİCİ İŞLƏR NAZİRİNƏ BIR DAHA ...

    12-10-2016, 22:10

  • 
  • Millət vəkili Zəlimxan Məmmədliyə Azərbaycan XİN-dən dəstək tələb etdi

    Millət vəkili Zəlimxan Məmmədliyə Azərbaycan ...

    21-12-2014, 10:44

  • 
  • Zəlimxan Məmmədli 18 oktyabr günü ilə bağlı xalqı təbrik edib

    Zəlimxan Məmmədli 18 oktyabr günü ilə bağlı xalqı ...

    17-10-2018, 20:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (400)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu