GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Aybəniz Haşımova: "Qız uşaqlarına sərbəstlik vermək olmaz"

Aybəniz Haşımova: "Qız uşaqlarına sərbəstlik vermək olmaz"

Tarix: 12-10-2015, 19:35 Bölmə :Ölkə Baxış: 0
Aybəniz Haşımova: "Qız uşaqlarına sərbəstlik vermək olmaz"

"Gənclik qəzetinin" "Mənim balam" rubrikasının budəfəki qonağı əməkdar artist, sevilən ifaçı Aybəniz Haşımovadır. İfaçı bizimlə söhbətində gənc xanımlara tövsiyələr etməyi də unutmadı. Beləliklə, əməkdar artistin qız analarına deyəcək sözü var.

- Aybəniz xanım, sizi yeni layihəmizdə xoş gördük. İstərdik bizə, gənc xanımlarımıza öz tərbiyə üsulunuzdan danışasınız. Ümumiyyətlə, övladınızın tərbiyəsində nələri əsas götürürsünüz?

- Çox sağ olun. Əvvəla, bu çox gözəl bir layihədir. Hazırda belə bir mövzunu cəmiyyətimizə təbliğ etmək özü təqdirəlayiq haldır. Bunun üçün ilk növbədə sizə və rəhbərliyinizə təşəkkür edirəm. Bilirsiniz ki, mən musiqiçiyəm. Sənət adamlarının ailədə övladları ilə mütəmadi birlikdə olmaları bir qədər mümkünsüzdür. Bu, bizim işimizlə bağlıdır. Ancaq mən istənilən halda, heç zaman vacib bir vəzifənin daşıyıcısı olduğumu unutmamışam. Bu vəzifənin də adı "ana"dır. Nə qədər məşhur, xalqın sevimlisi olsam da, heç zaman üzərimə düşən vəzifədən yayınmamışam. Hər şeydən öncə övladıma dost olmuşam. Bu, valideyn üçün çox önəmli amillərdəndir. Övladlarınız sizə inanmasa, güvənməsə, onlar həmin güvəni, dostluğu başqa yerdə axtaracaqlar. O zaman da bilmək olmaz ki, uşaqların qarşısına hansı tərbiyədən yararlanmış həmyaşıdı çıxacaq. Belə olan halda, onlar övladlarınızın zəif yerindən istifadə edib onlara zərər yetirəcəklər. Belə hadisələrin baş verməməsi üçün sadaladığım amillər mütləq şəkildə valideynlə övlad arasında baş verməlidir. Qeyd edim ki, incəsənət adamlarının övladları ilə gərək özləri məşğul olsunlar. Bilirsiniz ki, biz sənət adamlarının vaxtı çox az olur. Mən dünyanın ən məşhur ifaçısı ola bilərəm. Ancaq evdəki vəzifəmi doğru yerinə yetirmirəmsə, deməli, mən bu dünyada ən yararsız adamam. Bu günə qədər qətiyyən övladımı nəzarətsiz qoymamışam. İndinin özündə də qızımın nə yeyib-içdiyi ilə maraqlanıram. Baxmayaraq ki, mənim taleyim yaxşı gətirmədi. Ancaq mən qızımla hər zaman fəxr etmişəm. Bütün hallarda özümü xoşbəxt hiss edirəm. Uşaq yaşımdan məşhur olmuşam. Amma şükürlər olsun Allahıma ki, bu günə qədər o ulduz havasında olmamışam.

- El arasında məşhur bir deyim var: "Qızını döyməyən dizini döyər". Sizcə, döymək tərbiyə üsuludurmu?

- Övladı döyməyə ehtiyac yoxdur. O, uşaqlara böyük psixoloji zərbə yetirir. Uşağı döydükdən sonra bu, öz acı fəsadlarını göstərir. Övladı döyəndə o həm fiziki, həm də mənəvi olaraq travmalar alır. Uşağı döymək olmaz, onu başa salmaq lazımdır. Səhvsiz insan yoxdur, hamının səhvi var. Uşaqların beyni ağ vərəq kimidir. Ona hər şeyi uşaqların dili ilə başa salmaq lazımdır. Onlara səhvlərini elə şəkildə izah etməlisən ki, övladınız ikinci dəfə nəyisə etdikdə anadan qorxaraq deyil, həqiqətən də etdiyi əməlin səhv olduğun anlayaraq bunu etməsinn. Anlasın ki, onu bir daha təkrarlamasın.

- Qız övladını tərbiyə etmək daha çətindir deyirlər. Çox valideyn isə qız uşağını sərbəst buraxmağa ehtiyat edir.

- Müəyyən vaxta qədər qız uşaqlarına sərbəstlik vermək olmaz. Övladınız etimadı doğruldandan sonra ona sərbəstlik vermək lazımdır. Çünki hər bir övlad ayağı üstə sərbəst dayanmağı öyrənməlidir. Əgər o, öz ayaqları üzərində dayanmağı öyrənməsə, gələcəkdə valideynsiz yaşamaq onun üçün çətin olacaq. Həyatın qanunu budur ki, valideynlər ömür boyu övladlarının yanında ola bilmirlər. Hər kəsin həyatının tükənən, dayanan bir nöqtəsi var. Biz valideynlər övladlarımıza elə bir şərait yaratmalıyıq ki, biz olmayanda onlar öz ayaqları üzərində dayana bilsinlər. Özünü sərbəst həyatın ağuşuna atanda özlərini itirməsinlər. Həyatda sağlam addımlarla irəliləsinlər. Mənim oğlum olmayıb, ancaq buna baxmayaraq, bilirəm ki, oğlan uşaqlarını tərbiyə etmək qız uşaqlarından daha çətindir. Oğlanları daha fərqli - qorxmaz, igid böyütmək lazımdır. Qız uşağını böyütmək o qədər də çətin deyil. Oğlan uşaqlarını böyütmək çox çətindir. Bunu ətrafımda olan valideynlərdən görmüşəm.

- Cəmiyyətimizdə tək qadının qız övladı böyütməsi, yəqin ki, çətin olar.

- Burada elə də bir çətinlik yoxdur. Ailəmdən aldığım tərbiyəyə əsasən övladımı o cür böyütdüm. Deyirlər ki, "uşaqlarınızı başqa cür tərbiyə etməyə çalışmayın. Onsuz da o böyüyəndə sizin özünüzə oxşayacaq". Məhz buna görə gənc xanımlara məsləhət görürəm ki, ilk növbədə tərbiyə etməyi özlərindən başlasınlar. Valideyn özünü tərbiyəli apararsa, o övladın gələcəkdə heç bir qorxusu olmayacaq. Tələbəlik illərində kimlərsə məni qonaq çağıranda düşünürdüm ki, evdə valideynlərim xəbərsizdir. Onlardan xəbərsiz necə gedə bilərəm? O zaman mobil telefonlar yox idi. Bizim tələbəlik illərimizdə telefonlar ancaq poçt məntəqələrində olurdu. Evlə əlaqə saxlamaq üçün poçta gedib zəng etməli idim. Əgər kiməsə zəng edirəmsə, poçta pul salmalı olurdun. Mən də tələbə adam idim və o qədər də pulum yox idi. Ona görə də dəvət aldığım yerlərin 99 faizinə getmirdim. Tələbəlik illərindən birgə gəzdiyim, günümü keçirdiyim yeganə insan dəyərli sənətçimiz Nuriyyə Hüseynova olub. Nuriyyəyə o qədər inanıram ki, övladımı ona həvalə edə bilərəm. Hər zaman çalışmışam ki, özünə hörmət edən insanlarla münasibət qurum. Bir insan ki, öz ruhunu əqidəsinə qıyır, o insanlardan qorxmuşam. Qətiyyən o insanlara yaxın getməmişəm. Əqidəsinə hörmət edən insanlar ətrafdakı adamlara da hörmət edər, cəmiyyətə ancaq xeyir verərlər.

- Müğənnilər müsahibələrində ifaçılıq sənətinin çətinliyindən gileylənirlər. Qızınızın bu keşməkeşli yolda addımlaması ilə bağlı narahat olursunuzmu?

- İnsanın adına ləkə gətirən onun sənəti deyil, davranışıdır. Heç bir sənət insanın adına ləkə gətirə bilməz. Övladlarımız hansı sənətin yiyəsi olarsa-olsun, unutmasınlar ki, onun adını yüksəldən öz əqidəsinə, ruhuna olan münasibətidir. İnsan istəsə özünü alçalda da bilər, ucalda da. Dünyanın ən məşhur insanı ola bilərsən. Əgər ruhun zədəlidirsə, heç vaxt hörmətli qala bilməyəcəksən. Bütün övladlarımıza cəmiyyətə yararlı olmağı arzu edirəm. Əslində, Aynişan uşaqlıqdan bu sənətdə olub. Bilirsiniz ki, o, "Bülbüllər" qrupunun solisti olub. Həmin qrupda fəaliyyət göstərməsinin də səbəbi vardı. Açığı, onu evdə kimsəsiz, dayələrin yanında qoymamaq üçün hara gedirdimsə, yanımda aparırdım. Özümlə aparırdım ki, gözümün qabağında olsun. Aynişanı gözümün qabağından bir dəqiqə də olsun kənara buraxmamışam. Ömrümdə bir dəfə onun özümdən kənarda yaşamasına imkan vermişəm. O da universiteti bitirdikdən sonra magistraturaya Türkiyədə qəbul olandan sonra. Aynişan ona qədər mənim yanımda özünü doğrultdu, mən də ona bu etimadı göstərdim. Qızıma kənardan nəzarət etdim və anladım ki, dünyanın ən ucqar nöqtəsinə belə qızımı tək göndərə bilərəm. O, mənim bütün xarakterlərimi mənimsəyib.

Kaspi.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Aybəniz Haşımova: "Ölümdən döndüm"

    Aybəniz Haşımova: "Ölümdən döndüm" ...

    19-12-2015, 01:21

  • 
  • Aybəniz Haşımova hamilədir? (FOTO)

    Aybəniz Haşımova hamilədir? (FOTO) ...

    1-06-2013, 01:22

  • 
  • Aybəniz Haşımova şəhid olan əri ilə fotosunu paylaşdı

    Aybəniz Haşımova şəhid olan əri ilə fotosunu ...

    4-10-2013, 13:26

  • 
  • Aybəniz Haşımova ƏSƏBLƏŞDİ: "Vəzifə əbədi deyil..."

    Aybəniz Haşımova ƏSƏBLƏŞDİ: "Vəzifə əbədi ...

    17-02-2017, 20:13

  • 
  • "İlhamə Quliyeva 7 aylıq hamilə idi..." - Aybəniz Haşımova

    "İlhamə Quliyeva 7 aylıq hamilə idi..." ...

    2-03-2016, 21:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (400)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu