Qafqazinfo xəbər verir ki, bu sözləri millət vəkili İqbal Ağazadə Milli Məclisin 2016-cı ilin dövlət büdcəsinə həsr edilən iclasında çıxışı zaman deyib.
Millət vəkili, həmçinin qeyd edib ki, ölkədə müəllimlərin, həkimlərin də maaşı artırılmalıdır: "Böhranın nə vaxta qədər davam edəcəyini heç kim proqnoz verə bilməz. Ona görə də hökumət bu məsələləri ciddi şəkildə nəzərə almalıdır".
İ.Ağazadə, həmçinin qeyd edib ki, büdcənin keçən ilki büdcəyə nisbətən azaldılması dünyada baş verən hadisələr baxımdan olduqca obyektivdir: "Bu da onu göstərir ki, artıq real büdcə işləyəcək.
Tikinti sektorunu ayaqda saxlamaq üçün işlər görülməlidir. Bu sektorda yeni layihələri həyata keçirmək üçün iş adamlarına dəstək vermək lazımdır. Belə olan halda Azərbaycanda iş dayanmaz".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?