GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hakimiyyətin repressiya maşını işə düşdü

Hakimiyyətin repressiya maşını işə düşdü

Tarix: 21-02-2013, 10:12 Bölmə :Ölkə Baxış: 679
Hakimiyyətin repressiya maşını işə düşdü

Turqut Qəmbərdən rejimə sərt cavab:
“Hakimiyyət elə bilir ki, bu hərəkətlərlə bizi cərimələri
ödəməyə məcbur edəcək. Onlar yalnız özlərini biabır edirlər”


Məhkəmə icraçıları yanvarın 12-də əsgər ölümlərinə qarşı icazəsiz etiraz aksiyasında iştiraka görə inzibati cərimə kəsilmiş gənc fəalların evlərində əmlakın siyahıya alınmasını və müsadiərisini həyata keçirir. Bu aksiyada iştiraka görə 29 nəfər 300-600 manat həcmində inzibati cərimələrə məhkum edilib. Facebook vasitəsilə onların müdafiəsi üçün “5” qəpik” – cərimə üçün ianə toplama aksiyası keçirilib. “Müsbət Dəyişiklik” gənclər təşkilatının idarə heyətinin üzvü Nərmin Rəhimli bildirib ki, ümumilikdə 13 min 600 manat toplanıb. Bu vəsait hesabına aksiyanın 24 iştirakçısının cərimələri ödənilib. Lakin 5 nəfər – Turqut Qəmbər, Rəşad Həsənov, Ülvi Həsənli, Tural Abbaslı və Əbülfəz Qurbanlı prinsipial olaraq cərimələri ödəməkdən imtina etdiklərini bildiriblər. Buna görə qala 3200 manat yaralanmış və ya həlak olmuş əsgərlərin ailələrinə paylanıb.
Dünən məhkəmə icraçıları cərimənin ödənilməsi tələbi ilə Turqut Qəmbərin evinə gəliblər. NİDA gənclər hərəkatının fəalı Turqut Qəmbərə qarşı inzibati cərimə tətbiq edilməsi ilə əlaqədar Nəsimi rayon məhkəmə icraçıları çərşənbə axşamı onun valideynlərinin evində əmlakı siyahıya alıb. Qeyd edək ki, T.Qəmbər Müsavat Partiyasının lideri İsa Qəmbərin oğludur. Müsavat Partiyasının gənclər təşkilatının sədri Tural Abbaslının verdiyi məlumata görə, T.Qəmbərin atası İsa Qəmbər mənzilin ona məxsus olduğunu, oğlunun ümumiyyətlə bu ünvanda qeydiyyatda olmadığını bildirib. Bununla belə, məhkəmə icraçıları əmlakı siyahıya alıblar.
T.Qəmbərin Turan-a verdiyi məlumata görə, valideynlərinin evində 7 əşya siyahıya alınıb və akt tərtib edilib. Bu əşyalar musiqi mərkəzi, televizor, noutbuk, kondisioner, çılçıraq və xalçadır. Müsadirəsi ehtimal olunan bu əşyalara həbs qoyulub. “Hakimiyyət elə bilir ki, bu hərəkətlərlə bizi cərimələri ödəməyə məcbur edəcək. Onlar yalnız özlərini biabır edirlər”, deyə T.Qəmbər bildirib. Onun fikrincə, hakimiyyət bu hərəkətlərlə prezident seçkiləri ilində gənclərin siyasi fəallığını minimuma endirməyə çalışır.
Bundan əvvəl məhkəmə icraçıları Abbaslının evində də əmlakı siyahıya alıblar. Dünən məhkəmə icraçıları AXCP gənclər təşkilatının rəhbəri Əbülfəz Qurbanlının valideynlərinin evindən bir neçə xalını götürüblər. “Azad Gənclik” Gənclər Birliyinin sədri Ülvi Həsənli küçədəcə saxlanılaraq, məhkəməyə gətirilib, burada onun üzərində olan “noutbuk” və mobil telefon alınıb.
Hüquqi Maarifləndirmə Cəmiyyətinin sədri İntiqam Əliyev Turan-ın müxbirinə bildirib ki, cərimə olunan şəxsin adına əmlak yoxdursa onun valideynlərinin, qardaşlarının-bacılarının əmlakını siyahıya almaq, satışa çıxarmaq düzgün deyil. Məsələn, Quliyevin beynəlxalq təşkilat tərəfindən müvəqqəti istifadə üçün ona verilmiş kompüteri əlindən alınıb, mobil telefonu isə dostuna məxsus idi. Onun sözlərinə görə, məhkəmə qərarının icra edilməməsinə görə 500 manat cərimə və ya 10 gün həbs nəzərdə tutulur. Yaxud da, CM-in 306-cı maddəsinə əsasən, 100 manatdan 3000 manata qədər cərimə, 160 saatdan 240 saata qədər ictimai işlər və ya 2 il islah işləri, yaxud da 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Həm də cinayət cəzası vətəndaşın inzibati cəzanın icrasından təkrarən imtina etdiyi halda tətbiq olunur. Sözügedən fəallarla bağlı vəziyyətə gəlincə, onlardan əvvəlki cərimələrin ödənilməməsinə görə təkrarən cərimə tələb etmək məntiqsizlikdir. İctimai işlər haqqında norma isə, faktiki olaraq işləmir, çünki bu işlərin siyahısı yoxdur. Bu qədər çox sayda insanın cinayət məsuliyyətinə cəlb edilməsi hakimiyyət üçün böyük problemlər yaradar, belə ki, geniş beynəlxalq rezonans doğurar. Bu, təkcə cərimələrin qeyri-adekvat ölçüsünə deyil, həm də məhkəmə qərarlarının icrası məsələsində vətəndaşlar arasında ayrı-seçkiliyə də diqqət çəkəcək. Bir çox vətəndaşlar illərlə məhkəmə qərarlarının icrasını gözləyir. 50 belə iş üzrə artıq Strasburq Məhkəməsinin qərarı qəbul edilib, burada isə gənc fəallara qarşı qərarlar dərhal icraya yönləndirilib və siyasi səbəblər açıq-aşkar görünür, deyə ekspert bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “5 qəpik” kampaniyası genişlənir

    “5 qəpik” kampaniyası genişlənir ...

    17-01-2013, 10:58

  • 
  • Tural Abbaslı həbs olundu

    Tural Abbaslı həbs olundu ...

    7-08-2013, 14:23

  • 
  • Tural Abbaslı 4000 manat kompensasiya istəyir

    Tural Abbaslı 4000 manat kompensasiya istəyir ...

    14-08-2013, 16:10

  • 
  • “Əsgər ölümlərinə son” aksiyasında kütləvi həbslər

    “Əsgər ölümlərinə son” aksiyasında kütləvi həbslər ...

    11-03-2013, 09:58

  • 
  • “Bizi bu yolla qorxuda bilməyəcəklər”

    “Bizi bu yolla qorxuda bilməyəcəklər” ...

    13-02-2013, 10:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu