GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kərəm Həsənovun rayonunda üsyan təhlükəsi

Kərəm Həsənovun rayonunda üsyan təhlükəsi

Tarix: 25-02-2013, 10:07 Bölmə :Ölkə Baxış: 1 863
Kərəm Həsənovun rayonunda üsyan təhlükəsi

Əziz Əzizovun idarəçiliyi Komitə sədrinə problemlər yaradılır

Cəlilabad da başqa rayonlar kimi gözdən uzaq bir məkana çevrilib. Rayon sakinləri ilə onca dəqiqə söhbət etmək kifayət edər ki, problemlərdən hali olasan. İşsizlik, kommunal problemlər, rayonda olan hərc-mərclik... sayı-hesabı olmayan, dizəcən problemlər məngənəsində boğulan cəlilabadlıların dadına çatan yoxdur...
Vəziyyət gündən-günə ağırlaşır...
Bizimlə söhbət edən Cəlilabad sakinləri bildirirlər ki, hazırkı məqamda rayonda əksər müəssisələr fəaliyyət göstərmədiyindən, işsizlik problemi yaşayırlar. Sovet dövründə xeyli sayda istehsal sahələrinin olması ilə ad çıxarmış Cəlilabadda isə indi belə sahələrin sayını barmaqla saymaq olar. Hələ SSRİ dağıldıqdan sonra sıradan çıxarılan həmin müəssisələrin yenidən bərpası isə mümkün olmayıb.
Sakinlər deyirlər ki, əsas ümidləri son illər rayonda salınmış kartof və üzüm sahələridir. Onlar deyirlər ki, mövsümi olsa da, əkin sahələrində çalışmaqla güzaranlarını qismən qura bilirlər. Belə ki, günəmuzd fəaliyyət nəticəsində gündəlik 7-8 manat zəhməthaqqı alan cəlilabadlılar əslində, güzaranlarını deyil, gündəlik qarınlarını doyurmaqla kifayətlənməli olurlar. Onlar deyirlər ki, əgər Rusiya və Bakıda işləyən qohum-əqrabaları olmasaydı, rayonda çoxdan aclıq fəlakəti yaşanardı.
Ancaq bir başqa problem də yerli məmurların özbaşınalığı və qeyri-qanuni hərəkətləri ilə bağlıdır. Rayon camaatı deyir ki, ən kiçik dövlət müəssisəsindən tutmuş İcra Hakimiyyətinə qədər görüləcək hər bir iş üçün rüşvət tələb olunur. Cəlilabadlılar deyirlər ki, bəzən adi arayışı almaq üçün onlardan 2-3 manat pul tələb olunur. İlk baxışdan bu rəqəmin elə də böyük olmadığını deyən sakinlər toplam halında aylıq belə haqların böyük rəqəmlərlə ifadə edildiyini vurğulayırlar.

Kəndlər işıqsız qalırlar

Cəlilabadın mərkəzində fasiləsiz elektrik və təbii qaz olsa da, bunu kəndlərinə aid etmək olmaz. Bakı-Astara şossesinin üzərində yerləşən belə bir rayonun, həm də əsas magistral kəmərlərə də öz ərazisindən yer verən rayon hələlik kəndlərinin problemlərini həll edə bilmir. Məsələ belədir ki, dağətəyə və İranla sərhəd kəndlərdə durumun daha da ağırdı.
Zəhmətabad, Həziabad, Komanlı, Bəcrəvan və digər kəndlərin yollar illərdən bəri asfalt örtüyü gözləsə də, hələlik bu arzular reallaşmayıb. Kənd camaatı isə deyir ki, onlar arzularının reallaşacağına ümid də bəsləmirlər. Səbəb kimi isə rayon rəhbərliyinin başının özünə qarışmasını göstərirlər.
Rayonun mərkəzindən Ağdaş kəndinə uzanan yola gəldikdə isə vəziyyət daha dəhşətlidir. Çünki rayonda əhalinin sayına görə və strateji əhəmiyyətinə görə, ən mühüm və iri kəndlərindən biri olan Bəcrəvana doğru uzanan yol illərdən bəri təmirini gözləyir. Halbuki bu kəndlərin birləşdiyi nöqtələrdə bir zamanlar böyük su anbarının inşa edilməsi nəzərdə tutulurdu. Eyni zamanda, Bəcrəvanda Azərbaycanda və İranda məşhur olan pir var. “Pir Həsən” adlanan inam ocağına isə hər il minlərlə insan axın edir.
Təbii ki, elektrikin verilməsində də sıxıntılar yaşayan Cəlilabad kəndləri bu problemlərinin həlli üçün dəfələrlə müvafiq qurumlara müraciət etsə də, hələlik heç bir nəticə əldə etməyib. Cənub bölgəsinə verilən elektrik enerjisinin paylaşdırılması funksiyasını həyata keçirən yarımstansiyanın bu rayonda yerləşməsinə baxmayaraq, Cəlilabadda vaxtaşırı işıqların kəsilməsi adi hala çevrilib.
Rayon əhli deyir ki, SSRİ dağıldıqdan sonra bu cür vəziyyətlərə adət etsələr də, son dövrlər artıq dözə bilmirlər. Onlar deyirlər ki, işıqsız qaldıqlarında əsəbləri korlanır və şikayətlərinə də baxmamaları lap hövsələdən çıxmalarına səbəb olur.

15 min manatlıq direktor

Rayonda təhsilin səviyyəsi də çox aşağıdır. Başqa rayonlarda olduğu kimi, repetitor yanına gedərək təhsil almağa çalışan uşaqların illik davamiyyəti də bərbad haldadır. Hərçənd Cəlilabadın Təhsil Şöbəsi hər yerdə «böyük uğurlar»dan bəhs edir. Lakin bircə dəfə rayonda olub, kənd məktəblərini gəzmək kifayətdir ki, durumun nə yerdə olduğunu asanlıqla görmək mümkün olsun.
Cəlilabadda da orta məktəblərdə tabaşirdən tutmuş, fond puluna qədər şagirdlərdən tələb olunur. Jurnal satışı, müəllimlərin əmək haqqlarından tutulmalar isə öz yerində. Hətta vaxtaşırı hansısa konsert və ya tədbirlər üçün müəllimlərdən zorla alınan vəsaitləri isə sadalamağa dəyməz. Hamısının da tapşırığı birbaşa rayon Təhsil Şöbəsindən gəlir.
Cəlilabadda isə orta məktəb direktoru olmaq elə də çətin məsələ sayılmır. Rayonda dolaşan söz-söhbətlərə görə, direktor olmaq üçün 15 min manat lazımdır.

Hər şey ələ keçirilir

Cəlilabadda yaşanan ən əsas problemlərdən biri də ticarət obyektləri ilə bağlıdır. Vəziyyət belədir ki, rayonun icra başçısı Əziz Əzizov ayrı-ayrı iş adamlarına məxsus olan ticarət obyektlərini “özəlləşdirmək”lə məşğuldur.
Belə ki, icra başçısının rayonda iri ticarət və iaşə obyektlərini öz əlinə keçirdiyi bildirilir. Sakinlərin dediyinə görə, Əzizovun yaxın adamları iş adamlarından əvvəlcə icra başçısının adından müəyyən məbləğdə rüşvət istəyirlər. Əgər bu məbləğ icraya çatdırılarsa, həmin iş adamı rahat öz biznesi ilə məşğul ola bilər. Əks halda obyekt ya bağlanacaq, ya da sahibkarın əlindən alınacaq.
Bəzi hallarda sahibkarın iştirakı ilə məcburi şəkildə obyekt satışa çıxarılır və başçının öz adamları tərəfindən maya dəyərindən aşağı qiymətə alınır. Bu obyektlərdən bir neçəsi barədə məlumat verən rayon sakini deyir ki, Cəlilabadın mərkəzində yerləşən “Tut bağı” restoranı və çörək sexi bu yolla icra başçısının adamlarının əlinə keçib.
Hazırda rayonda “İran Bazarı” adıyla tanınan bazar uğrunda da çəkişmələrin getdiyi bildirilir. Bazarın yaxın günlərdə tam icra başçısının yaxın qohumlarının əlinə keçəcəyi istisna edilmir.
Mənbə onu da bildirir ki, Əziz Əzizovun yaxın adamları çox vaxt isə heç bir təklif etmədən istənilən obyekti sahibkardan alaraq öz mülkiyyətinə çevirirlər. Onun sözlərinə görə Cəlilabadda yerləşən ən böyük ticarət obyektləri bu gün icra başçısı və onun yaxın ətrafına məxsusdur. Onlar bildirilir ki, şikayət etmək istəyən şəxslərə müxtəlif yollarla təzyiqlər edilir.

Komitə sədrinin adamları “at oynadır”

Qeyd edək ki, hər bir rayonun hakimiyyət tərəfindən təyin olunmuş kuratoru var. Məsələn, Quba hadisələrindən sonra açıq şəkildə bəlli oldu ki, bu rayonun kuratoru nəqliyyat naziri Ziya Məmmədovdur. Cəlilabadda isə həmin funksiyanı Əmlak Komitəsinin sədri Kərəm Həsənov icra edir. Əslən, bu rayondan olan Həsənovdan əvvəl isə sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyev kuratorluq missiyasını həyata keçirirdi.
Ancaq Kərəm Həsənov Fərhad Əliyevdən fərqli olaraq, rayonda gözə kül üfürmək üçün olsa da iş görmür. Bu azmış kimi, onun qohumları da özbaşınalıqla məşğuldurlar. Kərəm Həsənovun qardaşı Malik Həsənovun rayonun deputatı olması isə qohum-əqrəbanın əl-qolunu bir qədər də açıb.
Rayonda olduğumuz müddətdə maraqlı bir hadisəyə də şahidlik etdik. Bakı-Astara trasının 40 km-ə yaxın hissəsi Cəlilabadın ərazisindən keçir. Ancaq bu yolun cəmi bir və ya iki kilometri rayon mərkəzinin içindən keçir ki, oranı da Heydər Əliyev prospekti ediblər. “İran Bazarı” deyilən ticarət məkanının giriş hissəsini əhatə edən yolun həmin girişi hər gün sürücülərə cəhənnəmi yaşadır. İri tıxacların yaranması, maşınların hərəkətsizliyi, yolun kənarına bir neçə sıra avtomobillərin yığılması nəticədə hərəkəti keçilməz edir.

Vüsal Hüseynli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsmət Abbasova görə Cəlilabadda total yoxlamalar

    İsmət Abbasova görə Cəlilabadda total yoxlamalar ...

    20-05-2014, 10:03

  • 
  • Cəlilabadda talan var

    Cəlilabadda talan var ...

    7-05-2013, 00:39

  • 
  • Tovuz sosial problemlər məngənəsində

    Tovuz sosial problemlər məngənəsində ...

    15-09-2013, 17:39

  • 
  • Əziz Əzizovun Cəlilabad gestaposu

    Əziz Əzizovun Cəlilabad gestaposu ...

    15-12-2012, 14:14

  • 
  • Beyləqan, Füzuli və Ağcabədi sakinləri ayağa qalxdı: “Suyumuzu verin!”

    Beyləqan, Füzuli və Ağcabədi sakinləri ayağa ...

    18-11-2013, 14:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu