GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hacıməlikdəki “mələklər” qeybəmi çəkilib?

Hacıməlikdəki “mələklər” qeybəmi çəkilib?

Tarix: 19-10-2015, 19:24 Bölmə :Ölkə Baxış: 0
Hacıməlikdəki “mələklər” qeybəmi çəkilib?

Təəssüf hissi doğuran hal odur ki, icra hakimiyyəti rəsmləri problemin əmələ gəlməsinə səbəb olan şəxsi tənbeh etmək, yaxud da müvafiq addımlar atmaq əvəzinə, redaksiyamıza başaldadıcı cavab məktubu ünvanlamağı üstün tuturlar

“Gündəm Xəbər”in ötən saylarının birində, Göygölün Hacıməlik kəndində yaşanan olaylardan bəhs etmişdik. Yazıb bildirmişdik ki, həmin kənddə Polad adlı şəxsə məxsus olduğu bildirilən kafenin fəaliyyət göstərməsi, əslində yaşanan faciələrimizdən biridir. Çünki, Hacıməlik kənd sakinlərindən bəziləri redaksiyamıza zəng vuraraq bildiriblər ki, “bu kafe bizim üzqaralığımızdır. Hər gün axşam saatlarında, təqribən saat 21-dən sonra kafedə elə bir vurhavur başlayır ki, gəl görəsən. Yəni, həmin kafedə yaş həddindən asılı olmayaraq ora gələn, yaxud da gətirilən qadınlar cinsi istismara məruz qalırlar. Buna səbəb, kafeyə sahiblik edən şəxs tərəfindən, kafenin arxa hissəsindəki otaqlarda yaradılmış şəraitin varlığıdır” deyirlər.

Kənd sakinləri onu da vurğulayırlar ki, “həmin kafe milli-mənəvi əxlaqımızın tapdaqlar altına atıldığı, adət-ənənələrimizin unudulduğu, minbir xəstəliyin tüğyan etdiyi, yaş həddindən asılı olmayaraq ora gələn, yaxud da gətirilən qadınların cinsi istismara məruz qaldıqları bir ünvandır. Biz sadə kənd sakinləriyik, istəməzdik ki, bizim kənddəki fafe belə bir yöndə fəaliyyət göstərsin. Çünki, oğul böyüdürük, qız tərbiyyə edirik. İstənilən halda həmin kafenin kafe kimi deyil, əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməsi, övladlarımızın tərbiyyəsinə dolayı yolla olsa da, pis təsir edir”.

Bəli, bütün bunlar sadə kənd sakinlərinin redaksiyamıza bildirdikləri iradlar, kafenin fəaliyyətinin dayandırılmasına köməklik göstərilməsi üçün etdikləri çağrışlar idi. Biz isə, bir redaksiya olaraq qəzetimizin ötən saylarında problemlərin varlığını aradan qaldırmaq üçün, aidiyyəti qurumlara, o cümlədən Göygöl rayon İcra Hakimiyyəti Aparatına da məktub ünvanlamışdıq. Təəssüf hissi doğuran hal odur ki, icra hakimiyyəti rəsmləri problemin əmələ gəlməsinə səbəb olan şəxsi tənbeh etmək, lazımi tədbirlər görmək əvəzinə, redaksiyamıza başaldadıcı cavab məktubu ünvanlamağa qərar verirlər. Yəni, Göygöl rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini daşıyan T.H.Əliyevin imzaladığı cavab məktubunda bildirilir ki, “həmin yeməkxanaya aidiyyəti şəxslərin iştirakı ilə 14.09.2015-ci il tarixdə saat 13:45-də baxış keçirildi və qəzetdə qeyd olunan faktlar öz təsdiqini tapmadı”. Çox maraqlı və təəssüf doğuran cavab deyilmi? O, halda sual oluna bilər ki, axı həmin kafenin fəaliyyəti, yaşanan problemlərin varlığı axşam saat 21 radələrindən sonra başladığı halda, səbəb nə olub ki, qeyd olunan ünvana gündüz saatlarında baxış keçirilib? Deməli,.....

Diqqəti bir məqama da yönəltmək istəyirik ki, hələ ölkə rəhbərinin 06 fevral 2009-cu il tarixli 133 saylı sərəncamı ilə, “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” (2009-2013-cü illər) ilə əlaqədar Prezident Administrasiyasına, aparılan mübarizənin nəticəsi ilə bağlı geniş hesabat təqdim olunmuşdur. Və 2014-2018-ci illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması istiqamətində, yeni “Milli Fəaliyyət Planı” da imzalanmışdır. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə Polad adlı şəxsə məxsus olduğu bildirilən kafedə və yerli hüquq-mühafizə orqanı əməkdaşlarının, digər vəzifə sahiblərinin əməllərində, irəli sürülən tələblərə əməl olunmadığı açıq-aydın görünür. Bu belə olduğu halda səbəb nədir ki, ortada müvafiq sərəncam və qəbul olunmuş prinsiplər olsa da, Polad adlı şəxs nə sərəncamı sayır, nə də ki, prinsipləri qəbul edir. Axı, hər kəs qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdiyi kafedə qadınların cinsi istismarına şərait yaratmaqla, vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, işçilərlə əmək müqaviləsi bağlamamaqla, daha çox isə milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqla, Polad adlı şəxsin yerinə yetirdiyi “şərəfli vətəndaş” borcu budurmu? Bax, bu haqda düşünmək, belə bir olaylar haqda götür-qoy etmək lazımdır ki, onun qol qoyduğu əməllərdən xəbər tutmaq mümkün olsun.

Növbəti açıqlamamızda, Polad adlı şəxsin başqa-başqa əməllərindən, hansı ki, bu günədək ictimaiyyətə bəlli olmayan qaranlıq məqamlarından bəhs etməyə çalışacağıq

Araşdırmamız davam edir, bizi izləməyi unutmayın.

Mirzə

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Qızıldağ” kafesi xəstəlik mənbəyidir

    “Qızıldağ” kafesi xəstəlik mənbəyidir ...

    17-09-2015, 19:39

  • 
  • “Maral” restoranı və milli-mənəvi əxlaq məsələsi

    “Maral” restoranı və milli-mənəvi əxlaq məsələsi ...

    21-06-2015, 07:42

  • 
  • Aynar Məmmədovun həbsi təsdiqləndi

    Aynar Məmmədovun həbsi təsdiqləndi ...

    12-10-2015, 13:19

  • 
  • Xətaidə seyid övladları “Günəş” əxlaqsızlıq ünvanından gün ərzində nə qədər pul qazanırlar?

    Xətaidə seyid övladları “Günəş” əxlaqsızlıq ...

    22-02-2018, 16:01

  • 
  • Binəqədinin “Dağlar”ında “şimşək” çaxır...

    Binəqədinin “Dağlar”ında “şimşək” çaxır... ...

    27-12-2016, 20:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (417)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu