GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Hakim sübutları araşdırmadan hökm çıxarıb”

“Hakim sübutları araşdırmadan hökm çıxarıb”

Tarix: 26-10-2015, 21:33 Bölmə :Ölkə Baxış: 0
“Hakim sübutları araşdırmadan hökm çıxarıb”

Terrorda ittiham olunanların vəkilləri hakimləri “topa tutdu”

Qəsdən adam öldürmə, terrorçuluq, oğurluq və digər ağır cinayətlərdə ittiham olunan Qusar rayon sakinləri Radif Ağamuradov, Cavid Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elman Musayev, Bağır Azayev, Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayevun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Radif Ağamuradov Qusar şəhərində islam dininin “əhli sünnə və əl-cəmaə” adlandırılan vəhhabilik təriqətinə aid dini baxışları ilə əlaqədar yaxın münasibətdə olduğu “Ömər” ləqəbli Faiq Şahmuradov, “Abu Hənifə” ləqəbli Ramiz Rəhimxanov, “Seyfullah” ləqəbli Edik Rüstəmov, Cavad Məhərov, Şamil Manafov, Tərlan Salmanov, Şamil Qadaşov, Osman Mustafayev və qeyriləri ilə birləşdiyi mütəşəkkil dəstədə islam dininin bəzi müddəalarını qəsdən yanlış ifadə verərək valyuta-dəyişmə və digər biznes sahələrində əldə edilən gəlirlərin guya haram olduğunu iddia etməklə, belə fəaliyyətlə məşğul olan ayrı-ayrı şəxslərə basqın edib, külli miqdarda əmlakı ələ keçirmək qərarına gəliblər.

Bu məqsədlə 2013-cü ilin yanvar-fevral aylarında Rusiya Federasiyasının Dağıstan respublikasında istintaqa məlum olmayan mənbədən, qanunsuz silah-sursat əldə edib və Yalama gömrük sərhədindən qatarla gizli keçirərək Qusar şəhərinə gətiriblər. Dəstə üzvləri oktyabrın 19-dək Radif Ağamuradovun və Faiq Şahmuradovun yaşadığı evlərdə “AKSU” tipli avtomatı, “Makarov” və “Naqan” markalı tapançaları, 3 ədəd “Vzor” markalı tapançaları, 162 ədəd müxtəlif çaplı patronları, “F-1” və “RQD-5” tipli 3 ədəd əl qumbaraları və 2 ədəd soyuq silahı saxlayıblar.

Faiq Şahmuradovun tərtib etdiyi plana əsasən Edik Rüstəmov oktyabrın 16-ı səhər saat 7 radələrində Məlikov küçəsi, 69 saylı evin yaxınlığında, valyuta-dəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə hücum edib və

dəmir parçası ilə baş nahiyəsinə zərbələr vuraraq, üzərində olan 6000 manat məbləğində pulu ələ keçirərək Faiq Şahmuradova verib.

Həmin gün Edik Rüstəmov Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək, saxlanılıb. Araşdırma aparılarkən Edik Rüstəmov qarət edilmiş pulları meşədə gizlətdiyini bildirib və polis əməkdaşlarını aldadıb. Oimkan taparaq Faiq Şahmuradovla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, polis işçilərinə silahlı basqın edilib, onların öldürülməsini razılaşdırıb.

Rayonun Həzrə və Aşağı Ləyər kəndləri arasındakı meşə massivində əvvəlcədən düzəltdikləri mağara tipli sığınacaqdan Faiq Şahmuradov, Radif Ağamuradov, Cavid Məhərov və Ramiz Rəhimxanov tapançalardan çoxsaylı atəşlər açmaqla polis əməkdaşı Qalib Quliyevi qətlə yetiriblər, digər üç polis əməkdaşını yaralayıblar. Atışma zamanı polis əməkdaşı Ceyhun Osmanovun öz xidməti silahından açdığı cavab atəşləri nəticəsində Edik Rüstəmov xəsarət alıb.

19-23 sentyabr tarixində Daxili İşlər Nazirliyi və Daxili Qoşunların xüsusi təyinatlı qüvvələrinə Faiq Şahmuradov və Ramiz Rəhimxanov meşə massivində silahlı müqavimət göstərərkən hər ikisi zərərsizləşdirilib, Edik Rüstəmov Qusar şəhəri, K.Kərimov küçəsinəki 21 saylı sahibsiz evin həyətində təslim olmaq tələbinə tabe olmayaraq, polislərə qumbara atıb, müqavimət göstərərkən öldürülüb, Cavad Məhərrəmov isə tutulub.

İstintaqın gedişatında məlum olub ki, Cavad Məhərov, Şamil Manafov, Şamil Qadaşov və qeyriləri Faiq Şahmuradovun göstərişi ilə 2013-cü il avqustun 13-də maskalardan istifadə etməklə Qabil Həbibovun yaşadığı Qusar şəhəri, Q.Əliyev küçəsi, 43 saylı evin həyətinə qanunsuz daxil olmaqla axtarış aparıblar, “Hyundai” markalı avtomobilin salonundan 720 manat pul oğurlayıblar.

Dəstə üzvlərinə 103 il cəza

Bundan başqa, Faiq Şahmuradovun göstərişləri əsasında “Qayıbulaq” istirahət mərkəzinin direktoru Şövkət Abdurahmanovu onların dini təriqətinə mənsub şəxslərin baxışlarını bölüşmədiyinə görə cəzalandırmaq məqsədi ilə Cavid Məhərrəmov və Şamil adaşovla birlikdə sentyabrın 4-də, saat 21 radələrində zərərçəkənin yaşadığı N.Həbibov küçəsindəki 26 saylı evi qarət ediblər, ümumilikdə 6100 manat məbləğində qızıl-zinət əşyalarını talayaraq, onları ayın 8-də Dağıstanın Dərbənd şəhərində satıb, əldə edilən pulları bandanın üzvləri arasında bölüşdürüblər.

Murad İsayev bandanın üzvü Elxan İsrafilov və yetkinlik yaşına çatmayan, “Xəttab” dini ləqəbli 1998-ci il təvəllüdlü Bağır Azayevlə birlikdə dekabrın 26-da, gecə saat 2 radələrində Qusar şəhərinin N.Şərifov, 21 ünvanda yerləşən “Avtohissələr” mağazasının qapısını sındıraraq, içəri daxil olublar və piştaxtanın saxlanc yerindən Təsvir Camalova məxsus 3000 manat pulu oğurlayıblar.

Qeyd edək ki, Murad İsayev dekabrın 31-də tutularkən onun yaşadığı evdə 48 qram çəkidə marixuana aşkar edilib. İstintaq vaxtı azyaşlı Bağır Azayevin dini vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öldükdə, cənnətə gedəcəyi vədi ilə aldadıb mütəşəkkil dəstədə cinayətkar fəaliyyətə cəlb edilməsi məlum olub.

Bu il mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Radif Ağamuradov və daha beş nəfər 14, bir nəfər 13, bir nəfər 12, bir nəfər isə 9 il müddətinə azadlıqdan məhrum olunublar. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək işlərinə yenidən baxılmasını istəyiblər. Onların şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Dəstə üzvlərinin şikayəti hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Polisi öldürmək üçün bomba hazırlanmasından xəbəri olmayıb”

Proses keçirilən zaman dəstənin üzvləri – Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayev və Radif Ağamuradov apelyasiya

şikayətlərinə baxılmasından imtina ediblər. Buna görə də onların barəsində olan hökm üzrə verilən apelyasiya şikayətinə baxılmayıb. Digər təqsirləndirilən şəxsləribn apelyasiya şikayəti üzrə araşdırma aparılıb.

Elmar Musayev elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O, bildirib ki, 2013-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib, islam dininin “əhli sünnə və əl cəmaə” adlanan təriqətinə etiqad edir, namaz qılaraq oruc tutub: “Faiq Şahmuradov, Ramiz Rəhimxanov və Edik Rüstəmovu tanımıram, onların nə işlə məşqul olduqlarını bilməmişəm. Həmçinin mənimlə birlikdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsləri də tanımamışam, Faiq, Ramiz və Edikin polis əməkdaşlarına qarşı silahlı basqın etdiklərindən xəbərim olmayıb. 17 oktyabr 2013-cü il tarixdə Rusiyaya getmişəm və oktyabrın 26-da Qusara qayıtmışam. Yaşadığım mənzildən aşkar edilən 1 ədəd F-1 tipli əl qumbarası və alışdırıcı mənə aid deyil. Polis əməkdaşı Firudin Kərimovu tanımıram və onu öldürmək üçün bomba hazırlanmasından xəbəri olmayıb. Heç bir cinayətin törədilməsində iştirak etməmişəm”.

“Faiq Şahmuradovun qrupunun üzvü olmamışam”

Digər təqsirləndirilən Cavad Məhərrəmov elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O, bildirib ki, Radif Ağamuradovu uşaq vaxtlarından tanıyıb, Edik Rüstəmov, Faiq Şahmuradov və Ramiz Rəhimxanovun barəsində eşitməyib, onları qiyabi tanıyıb: “Digər təqsirləndirilən şəxsləri isə tutulduqdan sonra tanımışam. Özümü ölüm və quldurluq cinayətlərində təqsirli bilmirəm. Bir dəfə Radiflə çayxanaya gedərkən orada Faiq Şahmuradov və Ramiz Rəhimxanovu görmüşəm. Onlar Edik Rüstəmov barəsində danışıb və Sadiri soyduğunu deyiblər. Faiqgilin Radifə pul verməsini görməmişəm, onlarla dini söhbətlər etməmişəm və Suriyaya gedəcəklərini, həmçinin cinayət törədəcəklərini bilməmişəm. Qabil Həbibovun avtomobilindən oğurluq etməmişəm. Bu barədə yalnız istintaq zamanı bilmişəm. Fərrux Sərdarov Dağıstan Respublikasından çantanın içərisində gətirdiyi avtomat, tapança və iki ədəd qumbaranı saxlamaq üçün

mənə verib. Qorxduğum üçün həmin içərisində silah olan çantanı Radif Ağamuradova vermişəm və Fərrux Sərdarovun götürəcəyini demişəm. Fərrux Sərdarov Qusar rayonunda yaşadığım vaxtlarda mənimlə qəsəbə sakini kimi münasibəti olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ildən Dağıstanda bir neçə dəfə olsa da, oradan silah gətirməyib: “Dağıstana getməkdə məqsədim orada atamın birinci arvadından olan qardaşım ilə görüşmək və apardığım malları satmaq olub. Dağıstana maşınla, qatarla, bəzən isə piyada getmişəm. Faiq Şahmuradovun qrup yaratdığını bilməmişəm və həmin qrupun üzvü olmamışam”.

“Cavid Məhərrəmov mütəşəkkil dəstənin üzvü olmayıb”

Prosesdə çıxış edən dövlət ittihamçısı Teymur Əsədov təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin əsassız olduğunu bildirib. O, apelyasiya şikayətlərinin təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.

Daha sonra Cavid Məhərrəmovun vəkili Bilal Bağırov bildirib ki, hüquqlarını müdafiə etdiyi Cavid Məhərrəmovun əməli Cinayət Məcəlləsinin 228.3 və 228.4-cü maddələrdən 228.1-ci maddəyə tövsif olunmalı, məhkum olunduğu digər maddələr ilə isə barəsində bəraət hökmü çıxarılmalıdır: “Cavid Məhərrəmov mütəşəkkil dəstənin üzvü olmayıb, ona həmin cinayətkar dəstənin fəaliyyətində hansı vəzifənin tapşırılması sübut olunmayıb. Cavad Məhərovun özgəsinin əmlakını ələ keçirmək üçün kimlərəsə hücüm etməyib, hədə qorxu gəlməyib”.

Elmar Musayevin vəkili Radiq Əhmədov qeyd edib ki, müdafiə etdiyi şəxsin təqsiri sübuta yetirilməyib. Onun sözlərinə görə, Elmar Musayevin törədilən əməllərə heç bir aidiyyatı olmayıb: “Bakı Ağır Cinayətlər Məhkəməsi Elmar Musayevin təqsirliliyini və təqsirsizliyini müəyyən edən sübutlara düzgün, obyektiv yanaşmayıb. Belə ki, məhkəmədə ifadələrə alınmış təqsirləndirilən şəxslərin hər biri Elmar Musayevi tanımadıqlarını,

ya da ancaq rayon sakini kimi tanıdıqlarını, onun heç bir cinayətdə iştirak etmədiyini göstəriblər. Təqsirləndirilən şəxs Elxan İsrafilov isə istintaq zamanı Elmar Musayevin polis əməkdaşının qətlə yetirilməsi barədə cinayətə hazırlıq hərəkətlərində iştirakına dair verdiyi ifadələri təkzib edib və həmin ifadələri təzyiq altında verdiyini göstərib. Elmar Musayevin evində əl qumbarası olmayıb, tərtib olunmuş saxta protokol əsasında qumbaranın ona məxsus olduğu qənaəti yaradılaraq, onun cinayət hadisəsi ilə bağlılığı sübuta yetirilmək istənib. Birinci instansiya məhkəməsi Elmar Musayevə qarşı irəli sürülmüş ittihamları heç bir araşdırma aparmadan təsdiq edib. Hökmdən Cinayət Məcəlləsinin 28.214.2.1, 28.214.2.3 və 217.2-ci maddələrin xaric edilməsi, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə bəraət hökmü çıxarılması xahiş edirəm”.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

**

Ali Məhkəmə rüşvətxor hakimə rədd cavabı verdi

Həsən Əliyevin kasasiya şikayəti təmin edilmədi

Ali Məhkəmədə Dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin kasasiya şikayətinə baxılıb. Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Həsən Əliyevin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə azadlıqda olan Həsən Əliyevin barəsində isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında həbsə alınıb.

Həmçinin Ramazan Səlimovun Həsən Əliyevə qarşı qaldırdığı mülki iddia təmin edilib və Həsən Əliyev iş üzrə mülki cavabdeh kimi tanınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Həmçinin zərərçəkmiş Ramazan Səlimovun müdafiəçisi Iradə Cavadova da apelyasiya şikayəti verib. O, dəymiş ziyana görə təqsirləndirilən şəxslərdən əlavə maddi təzminat istəyib.

Bakı Apelyasiya Məhkəməsində, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Həsən Əliyev və digər şəxslər Elman Məmmədov, Taleh Süleymanovun apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılması barədə qərardad qəbul edilib.

İyunun 16-da Gəncə Apelyasiya Məhkəməsində, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə Həsən Əliyevin vəkillərinin kasasiya şikayəti verdikləri məlum olub. Həsən Əliyevin müdafiəçiləri apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində baxılmasını istəyir.

İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov Azərbaycanda işə düzəlmək üçün 2011-ci ildən tanışı Elman Məmmədova müraciət edib. Elman Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev Ramazan Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan nə iş düzəlib, nə də pul geri qaytarılıb.

Bundan sonra Ramazan Səlimov polisə şikayət edib. Sikayət əsasında cinayət işi başlanıb və Elman Məmmədov həbs olunub.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Cabir 012" ləqəbli “avtoş”u kim öldürüb?

    “Cabir 012" ləqəbli “avtoş”u kim öldürüb? ...

    8-04-2019, 16:25

  • 
  • Qusarda polisə hücum edən dəstə zərərsizləşdirilib

    Qusarda polisə hücum edən dəstə zərərsizləşdirilib ...

    21-10-2013, 11:40

  • 
  • Rəqsanənin keçmiş sevgilisi hakim qarşısında

    Rəqsanənin keçmiş sevgilisi hakim qarşısında ...

    30-01-2018, 22:03

  • 
  • Babasını dostu ilə birlikdə öldürdü

    Babasını dostu ilə birlikdə öldürdü ...

    21-12-2016, 15:20

  • 
  • Qusarlı polislərin vəziyyəti kafidir

    Qusarlı polislərin vəziyyəti kafidir ...

    17-10-2013, 15:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (423)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu