Təhsil naziri Misir Mərdanovun ətrafında baş verənlər hələ iki il əvvəl onun vurulacağı anın heçdə uzaqda olmadığını hər bir vətəndaş özü üçün yəqin etmişdi. Bu yəqinlik ilk əvvəl nazirlikdə yaranmışdı və ona sadiq ən yaxın şəxslər gələcək özünü müdafiənin konturlarını belə fikirləşməmiş deyildilər. Mətbuatda yazılan yazıların özündən belə səlist başa düşülürdüki, qeyd olunan bütün məsələlər nazir olmaq istəyən şəxslər tərəfindən dövrüyəyə buraxılır,bu informasiyaları nazirlikdəki infarmatoralarının hesabına əldə edilir.Yoxsa nazirliyin dəhlizlərində dolaşan söz-söhbətlərin belə qəzetlərə sürətlə ötürülməsi mümkünsüz idi. Misir Mərdanovun göstərdiyi dirəniş isə bir anda onun əlehinə işləyib nazirliklə vidalaşacağını və ya buna məcbur edilməsi də baş verə bilərdi. Bunu görüb dərk edən ətrafın isə yavaş-yavaş başqa şəxslərə xidmət etməsi sürətlənirdi. Hətta TQDK sədrinin bir neçə açıqlamalarından sonra təhsil nazirliyində bəzi şöbə rəisləri Məlahət Hacıyevanın, Fərzəli Qədirovun, Aydın Əliyevin və s. kimi şəxslərin Şəmsəddin Haciyevə, Abel Məhərrəmova, Məleykə Abbaszadənin özünə sığınmalarını mətbuat qeyd etmişdi. O, dövr bu kimi halların özünü təhlil edərkən ehtimal etmək olurduki, Misir Mərdanovun vurulacağı gün heçdə uzaqda deyil. Lakin sonradan onuda müəyyən etmək olduki, Misir Mərdanov özünü müvəqqəti də olsa qoruya bildi. Bunun səbəbi ölkə daxili siyasi gərginliyin olması, baş verən ərəb baharları və qarşıdan gələn 2013-cü il prezident seçkilərində ermənistanlıların dəstəyindən kənarda qala biləcək qorxulu şəraitin yaranma ehtimalı ola bilərdi. Bu səbəblər Misir Mərdanovun əl, qolunu açdı. Çünki Mərdanovun bundan sonrakı açıqlamalarında özünə arxayınçılıq hissinin sezilməsi buna əyani sübut idi. Hazırda isə tamam fərqli ictimayyətin hiss etmədiyi gizlin hadisələr baş verir. Nazirlikdəki etibarlı mənbəmizin bildirdiyinə görə axırıncı 4-5 ayda nazirin neçə illərdən bəri vəzifəsini qoruyub saxlaya bilmiş şəxslərin azı 30%-ni dəyişməsi onun ətrafında olan iki əsas fiqurun narahatçılığına səbəb olub. Ilham Pirməmmədov və İlham Mustafayev mövqelərinin itirildiyini görüb qorxuya düşüblər. Onlar təhsil nazirinin 2013-cü ildən oyana qala bilməyəcəyini bilib müəyyən oyun oynamağa, gələcək nazirin kim ola biləcəyi ehtimalının ən maksimum həddini müəyyənləşdirmək məqsədi ilə hərəkətə keçiblər. Hətta hər iki İlham planlı sürətdə işlərkən onlara yaxın kadrların vurulmasına maneə olmağa, əvəzlənən şəxslərin isə onlara yaxın olub, lazım gələndə sədaqət nümayiş etdirə bilmələrini məqsədə uyğun hesab ediblər. Məntiqlə nazirin əlehinə olan qüvvələrin tərəfinə ustalıqla keçməyi bacaran hər iki şəxs hələlik gizli şəkildə fəaliyyət göstərirlər deyə çox-çox etibarlı mənbəmiz bildirdi. Aparıcı bu iki şəxsin nazirə qarşı lazım gəldikdə açıq fəaliyyət göstərməsi belə istisna olunmur. Onlar vaxtaşırı görüşür, müəyyən məsələləri müzakirə edirlər. Diqqət çəkməsin deyə belə bir görüş Ali və Orta ixtisas təhsili şöbənin müdiri İlham Mustafayevə məxsus “Qızıl balıq” restoranında baş tutub. Bu görüşdə tərəflər hər bir məsələni ən xırda detalına qədər müzakirə edə biliblər. Ikitərəfli məsləhətləşmələrdə KİV-də dövrüyəyə buraxılacaq informasiyalar, informasiyalardan məqsədləri üçün faydalanmaq da nəzərdən keçirilib. Bütün bunlardan bir daha aydın olur ki, Misir Mərdanovun ətrafında bir həlqə var, bu həlqəni təşkil edənlər nazirin iradəsini özlərinə tabe etdirə bilmədikdə müəyyən konbinasiyalara əl atırlar. Onuda nəzərinizə çatdıraqki, nazirlikdə məsul vəzifələri tutan hər iki İlham bir zamanlar Misir Mərdanova ən sədaqətli şəxs kimi tanınıblar. Onlar nazirin etibar etdiyi kadrları olmaqla bütün qəliz məsələlərin həllində iştirak ediblər. Bu məqamın özüdə deməyə əsas verir ki, onlar kifayət qədər məlumatlı şəxsdirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?