Hələ iki il əvvəl təhsil nazirinin “vurulacağı”nı çoxları özü üçün yəqin etmişdi
Bu yəqinlik əvvəlcə nazirlikdə yaranmışdı. Ona sadiq olan əxslər özünü müdafiənin konturlarını belə fikirləşməmiş deyildilər. Mətbuatda gedən yazıların özündən belə səlist başa düşülürdü ki, qeyd olunan bütün məsələlər nazir olmaq istəyən şəxslər tərəfindən dövriyəyə buraxılır və bu informasiyalar nazirlikdəki infarmatoraların hesabına əldə edilir. Yoxsa nazirliyin dəhlizlərində dolaşan söz-söhbətlərin sürətlə qəzetlərə ötürülməsi mümkünsüz idi. Misir Mərdanovun göstərdiyi dirəniş isə onun əleyhinə də işləyə bilərdi. Yaxud onun istefaya məcbur edilməsi də baş verə bilərdi. Hadisələrin hansı istiqamətdə inkişaf etdiyi görənlər yavaş-yavaş başqa şəxslərə xidmət etməyə də meyillənirdilər. TQDK sədrinin açıqlamaları nazirliyin bəzi şöbə rəisləri - Məlahət Hacıyeva, Fərzəli Qədirov, Aydın Əliyev və digərləri Şəmsəddin Haciyevə, Abel Məhərrəmova, Məleykə Abbaszadənin özünə sığınmağa çalışırdılar. O vaxt bu kimi halları analiz etdikdə, Misir Mərdanovun “vurulacağı”nın qaçılmaz olduğu təsəvvürü yaranırdı. Lakin nə baş verdisə, Misir Mərdanov özünü müvəqqəti də olsa qoruya bildi. Bunun səbəbi ölkədaxili siyasi gərginliyin olması, ərəb ölkələrində bir-birinin ardınca baş verən hadisələr və hakimiyyətin 2013-cü il prezident seçkisində qərbi azərbaycanlıların dəstəyinin zifləyə biləcəyi qorxusu M.Mərdanovu vəzifədə saxladı... Misir Mərdanovun əl-qolu açıldı. Onun sonrakı açıqlamalarından özünə arxayınlıq sezilməyə başladı. Fəqət... Hazırda tamam fərqli - ictimaiyyətin hiss etmədiyi gizli hadisələr baş verir. Nazirlikdəki etibarlı mənbədən verilən məlumata görə, M.Mərdanovun öz vəzifəsini qoruyub saxlaması qurumdakı iki əsas fiqurun narahatlığına səbəb olub. Mənbə iddia edir ki, İlham Pirməmmədov və İlham Mustafayev mövqelərinin itirildiyini görüb qorxuya düşüblər: “İndi onlar çalışırlar ki, nazir heç olmasa bu il dəyişsin. Hətta ümidləri var ki, Misir Mərdanov 2013-cü ildən o yana keçməyəcək. Bu ümidlə də Mərdanovun yerinə kimin təyin oluna biləcəyini hesablayır və buna uyğun oyun qurmağa çalışırlar. Onlar təhsil nazirinin 2013-cü ildən oyana qala bilməyəcəyini bilib müəyyən oyun oynamağa, gələcək nazirin kim ola biləcəyi ehtimalının ən maksimum həddini müəyyənləşdirmək məqsədi ilə hərəkətə keçiblər. Onlar vaxtaşırı görüşür, müəyyən məsələləri müzakirə edirlər. Belə görüşlər adətən İlham Mustafayevə məxsus “Qızıl balıq” restoranında baş tutur”. Mənbə bildirib ki, adıçəkilən şəxslər bir zamanalr Mərdanova yaxın şəxslər kimi tanınıblar. Onlar nazirin etibar etdiyi kadrlar kimi bütün qəliz məsələlərin həllində iştirak ediblər. Bu isə onu deməyə əsas verir ki, onlar həm də kifayət qədər məlumatlı şəxslərdir. Qeyd edək ki, mənbəmiz adıçəkilən şöbə müdirlərinin kimə "stavka" etməsi barədə də danışıb. Bu barədə növbəti yazımızda söhbət açacağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?