GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Həbs edilən general yaxın qohumumdur”

“Həbs edilən general yaxın qohumumdur”

Tarix: 27-10-2015, 19:27 Bölmə :Ölkə Baxış: 0
“Həbs edilən general yaxın qohumumdur”

İsgəndər Həmidov: “Bəzi şəxslər və dairələr çalışdılar ki, Kəlbəcər seçki dairəsində seçkini İsgəndər Həmidov-Cavid Qurbanov qarşıdurmasına çevirsinlər”
Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri, Müsavat Partiyasının 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizədi, keçmiş daxili işlər naziri İsgəndər Həmidov seçki kampaniyasının gedişi, MTN-lə bağlı baş verənlər və digər aktual məsələlərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- İsgəndər bəy, seçki kampaniyası yekunlaşmaq üzrədir, bu günə qədər seçki kampaniyanız necə gedir?

- Bir-iki dəfə Bakıda seçicilərlə görüşümə polisin mane olmasını istisna etsək, seçki kampaniyamın normal, problemsiz getdiyini söyləyə bilərəm. Heç bir məhdudiyyət yoxdur, rayonları gəzib didərgin həyatını yaşamağa məhkum qoyulan kəlbəcərlilərlə görüşlər keçirirəm. Məni insanlar çox isti qarşılayır. Məcburi köçkün rayonlarından deputatlığa namizəd olmağın əlavə çətinlikləri var. Kəlbəcərli seçicilər ölkənin 60 rayonunda, 88 kəndində məskunlaşıblar. Təsəvvür edin ki, cəmi 65 min əhalisi, 42 min seçicisi olan bir rayondan deputatlığa namizədin seçicilərlə görüşü üçün cəmi iki yer ayrılıb. Həmin yerlər də Gəncədədir. Qalan 59 rayon və 88 kənddə məskunlaşan kəlbəcərlilərlə görüşlər keçirmək üçün faktiki olaraq yer ayrılmayıb. Müvafiq qurumlar təlimat qəbul ediblər ki, məcburi köçkün rayonlarından olan namizədlər seçicilərlə görüşlər keçirilməsinə yer ayrılması üçün görüş keçirmək istədiyi rayonların icra hakimiyyətinə müraciət eləməlidir. Deməli, mən 59 rayonun icra hakimiyyətlərinə müraciət etməliyəm. Bu isə əlavə vaxt itkisidir. Buna baxmayaraq, artıq demək olar ki, Qəbələdən başqa kəlbəcərlilərin məskunlaşdığı bütün rayonları əhatə edə, görüşlər keçirə bilmişik. Qəbələdə də bugünlərdə keçirəcəyik.

- Görüşlər zamanı nə müşahidə etdiniz?

- Bu seçki kampaniyasında Kəlbəcər əhalisinin çox ağır vəziyyətdə olduğunu daha dərindən öyrənə bildim. Camaatın acınacaqlı durumu qəlbimi parça-parça edir. Şamaxının Çuxuryurd kəndində məskunlaşan Kəlbəcər köçkünlərinin yaşadığı evi ev adlandırmaq mümkün deyil, yağış başlarından tökür. İnsan yaşayışı üçün zərrə qədər tələblərə cavab verməyən yataqxanalarda, yardımçı təsərrüfat binalarında, transformator ambarında həyatları çürüyən kəlbəcərlilər var. Bərdədə, Tərtərdə camaatın əlində olan torpaqları onlardan su qiymətinə almaq istəyiblər. Camaat satmaq istəməyəndə ərazinin suyunu, qazını, işığını kəsiblər ki, bezib ərazidən getsinlər. Deputat seçilməkdə məqsədim acınacaqlı həyata məhkum edilmiş kəlbəcərlilərin bu və digər problemlərini ciddi şəkildə qaldırmaqdır.

- İsgəndər bəy, indiyədək xeyli namizəd seçki mühitinin normal olmadığını əsas gətirib namizədliyini geri götürüb. Sizin belə bir fikriniz yoxdur?

- Şayiə buraxdılar ki, guya kimsə mənə pul verib və mən seçkidən yarımçıq çəkilmişəm, seçkidən sonra kimlərisə təbrik edəcəyəm və sair. Mən özümü və seçicilərimi təbrik edə bilərəm. Çünki seçilən mən olacağam. Məzahir Pənahovun qutusundan kim çıxacaq, onu bilmirəm. Amma camaatın seçdiyi şəxs mən olacağam. Buna əminəm.
- 123 saylı Kəlbəcər seçki dairəsi hakimiyyət üçün önəmli dairələrdən biridir. Bu amil sizi narahat edirmi? İndiyədək hansısa müdaxilələrlə qarşılaşmısınız?

“Dilqəm və Şahbaz məsələsini tamamilə kənara qoymaq, unutmaq, xalqa unutdurmaq göstərişi verilib”


- Öncə deyim ki, bəzi şəxslər və dairələr çalışdılar ki, Kəlbəcər seçki dairəsində seçkini İsgəndər Həmidov-Cavid Qurbanov qarşıdurmasına çevirsinlər. Mən qətiyyən bunun tərəfdarı deyiləm. Yaxşı haldır ki, seçkidə hakimiyyətdən olan opponentim Cavid Qurbanov da buna getmədi. Bizim dairədən 10 nəfərin namizədliyi qeydə alınmışdı. Bir neçəsi artıq namizədliyini geri götürüb. Heç kim bir-biri ilə qarşıdurmaya getməyib və getmir. Normal seçki mübarizəsi aparırıq. Kəlbəcərlilərin bir əxlaqı var və o əxlaq imkan vermir ki, biz seçkini qarşıdurmaya, düşmənçiliyə çevirək və bir-birimizin arxasınca danışaq. Seçkidə bir-birinin rəqibi olmağı adi hal sayırıq. Cavid Qurbanov tərəfindən mənim seçki kampaniyama heç bir problem yaradılmayıb, heç bir maneə yoxdur. Hətta Cavid Qurbanovun seçicilərlə görüşündə kimsə yarınmaq fikrinə düşüb mənim arxamca danışmaq istəyib, Cavid Qurbanov deyib ki, belə lazım deyil, biz bura özümüzü təbliğ eləməyə gəlmişik. Bilirsiniz ki, Cavid Qurbanov tanınan bir nəslin nümayəndəsidir, Aşıq Şəmşirin nəvəsi, Qənbər müəllimin oğludur. Yəni hamımız bir-birimizi yaxşı tanıyırıq. Odur ki, nəzərə alırıq ki, seçki kampaniyası gəlib keçəndir, amma həmyerlilik, el-oba məsələsi daim qalır. Maddi resurslara gəldikdə isə təbii ki, mənim maddi imkanlarımın olmaması seçki kampaniyamda problemdir. Halal olsun doğma kəlbəcərlilərimə ki, bizə münasibətlərində maddi imkan məsələsini önə çıxarmırlar.

- Oktyabrın 27-də həmyerliləriniz Dilqəm Əsgərovla Şahbaz Quliyevin üzərində separatçı Dağlıq Qarabağ rejiminin qondarma məhkəmə qurmasından bir il ötür. Düz bir il öncə Dilqəm və Şahbaza qarşı bütün dünyanın gözü qarşısında qondarma məhkəmə quruldu və onlara çox ağıq cəza kəsildi. Azərbaycan dövlət və cəmiyyət olaraq Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması, ən azından “məhkəmə prosesi”nin pozulması üçün gərəkən bütün addımları ata bildimi?

- Dəfələrlə bəyan etmişəm ki, Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunmasının yolu bir neçə iri çəkili ermənini ələ keçirib onlarla dəyişməkdir. Hətta bunun üçün dövlət mənə sanksiya verərsə, erməni ələ keçirib gətirmək məsələsini həll etməyə hazır olduğumu da bəyan etmişəm. Təəssüf ki, Azərbaycan hakimiyyəti Dilqəmlə Şahbazı azad etmək məsələsində gərəkənlərin hamısını etmədi. Artıq onların barəsində mediada da demək olar ki, heç nə yazılmır, heç bir iş aparılmır. Sanki hansısa qaranlıq əlin işarəsi ilə Dilqəm və Şahbaz məsələsini tamamilə kənara qoymaq, unutmaq, xalqa unutdurmaq göstərişi verilib. Azərbaycan dövləti hər iki qəhrəman soydaşımızın azadlığına nail ola bilərdi. Sadəcə, bu iş üçün lazım olan addımlar atılmalı idi. Biz Dilqəmə və Şahbaza minnətdar olmalıyıq ki, onlar hər cür işgəncəyə rəğmən Azərbaycan dövlətinin əleyhinə bir cümlə belə ifadə vermədilər. Onlara separatçı “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyinə əfv üçün müraciət yazmaları da təklif edildi. Ancaq hər ikisi Azərbaycanın maraqlarını öz həyatlarından üstün tutdular və “Dağlıq Qarabağ” adında respublika olmadığını bəyan etdilər. Bu, hər kişinin bacara biləcəyi iş deyildi, ancaq qəhrəman qardaşlarımız bunu bacardılar. Dilqəmlə Şahbazın dözümü, iradəsi, vətənə sadiqliyi, qorxmazlığı tarixdə az-az təkrarlanan fenomendir. Bunu bir örnək kimi gənclərə, yeniyetmələrə məktəblərdə təbliğ, tədris etmək lazımdır. Hər kəs onlarla fəxr etməlidir. Mən Dilqəm və Şahbaz kimi kişilərlə həmyerli, soydaş, əmioğlu olmağımla fəxr edirəm.

- İsgəndər bəy, Milli Təhlükəsizlik Nazirliyi, sabiq nazir Eldar Mahmudovla bağlı baş verənləri, hər halda, izləyirsiniz. Eldar Mahmudovun vaxtilə “OBXSS” işlədiyi və milli təhlükəsizlik naziri olandan sonra həmin sistemi bu vacib struktura tətbiq etdiyi bir sıra insanlar tərəfindən bildirilir. Qeyd olunur ki, belə bir şəxs MTN kimi vacib struktura rəhbər qoyulmamalı idi. Siz də SSRİ dövründə “OBXSS” işləmisiniz. Bu iddialara münasibətiniz necədir? Eldar Mahmudovla şəxsən tanışlığınız olub?

- Milli Təhlükəsizlik Nazirliyinin bir çox adamlarının iş adamlarını taladığı, reketçiliklə məşğul olduğu, ölkədə biznesi çökdürdüyü barədə şəxsən mən hələ 4-5 il öncə mediaya müsahibələrimdə fikirlər bildirmişdim. Hətta bir dəfə bəyan etmişdim ki, Milli Təhlükəsizlik Nazirliyini elə vəziyyətə gətiriblər ki, dönüb olub Millətə Təhlükə Nazirliyi. Bunları mən boşuna demirdim. Biz də sistem işçisi olmuşuq, az-çox təcrübəmiz və məlumatlarımız var. Təəssüf ki, dəfələrlə edilən xəbərdarlıqlara vaxtında məhəl qoyulmadı. İndi görünür, Eldar Mahmudov hardasa siyasi hakimiyyətin birbaşa marağına zidd hərəkətə yol verib, ona görə də cəzalandırıldı. Bu addım illər öncə atılmalı idi. Gözləmək lazım deyildi ki, 11 il keçsin. O ki qaldı Eldar Mahmudovun “OBXSS”, keçmiş polis zabiti olması məsələsinə və məlum işləmək mexanizminə onun keçmişinin təsir göstərməsi barədə iddialara, əvvəla, DİN orqanlarında çox peşəkar, qanunlara hörmət edən insanlar işləyir və kiminsə korrupsioner olmasında, qanunları ayaqlar altına atmasında keçmişdə polis olması rol oynamır. İkincisi, “OBXSS” deyilən orqan SSRİ dönəmində idi və sənədlərlə işləyirdi, reketliklə məşğul deyildi. Eldar Mahmudov “OBXSS”-də işləməyib. Eldar Mahmudov DİN-də əvvəl İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə, sonra isə Narkobiznesə Qarşı Mübarizə İdarəsində işləyib. Şəxsən tanışlığa gəlincə, onunla tanışlığım olmayıb.

- Onun bu posta təyinatına münasibətiniz necə olub?

- Eldar Mahmudov nazir təyin olunandan sonra da bildirmişdim ki, MTN strukturu ilə DİN strukturu ayrı-ayrı şeylərdir. MTN dövlətin bel sütunudur. Əgər dövlətin bel sütunu bu qədər çirkab işlərə bulaşırsa, dövlət hələ ayaq üstə qala bilibsə, böyük işdir. Hesab edirəm ki, həbslər daha yuxarılara doğru aparılmalıdır. Lakin artıq belə sezilir ki, yenə də həmişəki əsas fiqurlar qıraqda qalır, orta və aşağı ranqlı fiqurlar həbsə atılır. Azərbaycanı iqtisadi, siyasi fəlakətlərdən xilas etmək üçün ilk növbədə ölkədə inhisarçılıq, gömrükdə rüşvətxorluq aradan qaldırılmalıdır. Bunlar edilmədiyi halda gündə 50 dənə fərman olsa da müsbət dəyişiklik mümkün olmayacaq. Soyğunçuluq gömrük, vergi orqanlarında və digər strukturlarda da dəhşətli həddədir. Adını çəkdiyim orqanların da rəhbərliyi vəzifədən uzaqlaşdırılmalıdır, məhkəmə qarşısına çıxarılmalıdır. Onlar MTN-çilərdən də pis hala düşməlidirlər. Bunlar olmayacaqsa, təkcə MTN-lə bağlı tədbirlərlə problemləri həll etmək mümkün deyil.

- Yayılan məlumatlara görə, dediyiniz o cəzalandırma dalğası artıq Vergilər Nazirliyi strukturuna və digər qurumlara da çatıb. Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi, general-mayor Vidadi Məmmədovun vəzifəsindən azad edildiyi və saxlanılaraq “MTN işi”nin istintaqına cəlb edildiyi məlumatı yayılıb. Vidadi Məmmədovun sizinlə qohum olduğu haqda məlumatlar da var.Bu, düzdürmü?

- Bəli. Dediyiniz general Vidadi Məmmədovla qohumluğumuz var. Vidadi Məmmədov mənim əmim qızının həyat yoldaşıdır. Lakin düz 22 ildir mənə salam vermirdi. Oğlu da MTN-də işləyir. Vidadi Məmmədov əslən Göyçə mahalındandır. Kim qanunları pozubsa, cinayət edibsə, istər mənim qohumum olsun, istər hansısa nazirin qohumu olsun, fərq etməz, mütləq cəzasını almalıdır. Vəzifəli adamların qohumları cinayət edirsə, onlara cəza bir az da sərt olmalıdır.

Etibar SEYİDAĞA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İsgəndər Həmidov seçim qarşısında - özəl

    İsgəndər Həmidov seçim qarşısında - özəl ...

    29-10-2015, 16:49

  • 
  • MSK İsgəndər Həmidovun şikayətinə baxdı

    MSK İsgəndər Həmidovun şikayətinə baxdı ...

    16-10-2015, 17:15

  • 
  • İsgəndər Həmidov da Milli Şuradan imtina etdi

    İsgəndər Həmidov da Milli Şuradan imtina etdi ...

    10-01-2014, 18:15

  • 
  • İsgəndər Həmidov sərbəst buraxıldı

    İsgəndər Həmidov sərbəst buraxıldı ...

    29-05-2013, 19:08

  • 
  • Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib

    Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat ...

    26-02-2020, 09:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (423)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu