Həmkarlar İttifaqlarının qururltayında İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi tərəfsizliyi pozmaq, siyasətə qarşımaq və siyasətdə tərəf olmaqdır
Dünən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi yerli və xarici neft şirkətlərində ölkənin əmək qanunvericiliynə əməl olunmasının səviyyəsinə dair mətbuat konfransı keçirib. Komitə sədri Mirvari Qəhrəmanlı İnsan Hüquqları üzrə Milli Fəaliyyət Proqramına əsasən əmək qanunvericiliyinin 3 maddəsi üzrə monitorinqin aparıldığını nəzərə çatdırıb. Qeyd edib ki, müxtəlif bəhanələr altında işçilərin kütləvi şəkildə işdən qovulıması halları davam edir. Bu məsələdə daha çox Əmək Məcəlləsindəki 63-cü maddəyə istinad edilir. Belə ki, bu maddə mülkiyyətçinin dəyişməsilə bağlıdır. Mülkiyyətçi dəyişən kimi yeni mülkiyyətçi artıq işləyən fəhələləri işdən qovur. Halbuki, Əmək Məcəlləsində belə addımın atılması nəzərdə tutulmur. Bununla yanaşı neft sənayesi sistemində tərəfsizliyin pozulduğu iddia edilib. Dövlət Neft Şirkətində hakim Yeni Azərbaycan Partiyasına məcburi üzv olmaq xətti davam etdirilir. İşçilərə ayrı-seçkilik münasibəti bəslənilir, hər hansı ixtisar prosesi olanda ilkin olaraq müxalif partiya üzvləri və bitərəflər işdən azad edilirlər. Ofis əməkdaşları ilə fəhlələrin maaşları arasında birincilərin xeyrinə böyük fərq yaranıb. Ofis əməkdaşları 1500 manata qədər maaş alırsa fəhlələrin maaşı 700 manatı keçmir. Bundan əlavə, fəhlələrin şənbə günü əvəzi ödənilmədən iməciliyə çıxarılması kimi orta əsrlərə məxsus ənənə davam edir. Buna etiraz edən fəhlələrə isə »xoşunuz gəlmirsə işdən gedə bilərsiniz» hədə- qorxusu gəlinir. Xarici şirkətlərdə təkcə əcnəbilərlə azərbaycanlılar arasında yox, burada işləyən azərbaycanlılar arasında da əmək haqlarının məbləğində ciddi fərqlər var. Digər tərəfdən, bəzi xarici şirkətlər müstəqil həmkarlar qurumları yaratmağa imkan vermirlər. Fəhlələrin maaşından hər ay 2% olmaqla müdafiə fonduna pul tutulması davam edir və bunun nə qədər davam edəcəyi bəlli deyil. Dövlət Əmək Müfəttişliyi müəssisələrdə əmək qanunvericiliyinə necə əməl olunmasına nəzarət etməməkdə ittiham edilib. 2012-ci ildə neft sənayesi sistemində 13 əməkçinin həyatını itirdiyi, 59 nəfərin isə xəsarət aldığı bildirilib. Neft şirkətləri xəsarət alan insanlara ödənişlər verməmək üçün belə faktları gizlətməkdə ittiham olunublar. Komitə kütləvi işdən azad olunma faktları ilə bağlı məhkəmə çəkişmələrini davam etdirir. Hazırda 61 məhkəmə davası gedir. 31 fakt üzrə məhkəmə prosesi başa çatıb. 29 fakt üzrə hələ davam edir. 31 işin 15-də Komitə məhkəməni udub. 3 hakimin barəsində Məhkəmə-Hüquq Şurasına şikayət edilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqlarının qururltayında İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi ciddi tənqid edilib. Tərəfsizliyi pozmaq, siyasətə qarşımaq və siyasətdə tərəf olmaq ittihamına məruz qoyulub. “Turan”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?