GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ziya Məmmədov onu gözləyən təhlükədən qurtuldumu?

Ziya Məmmədov onu gözləyən təhlükədən qurtuldumu?

Tarix: 2-11-2015, 14:37 Bölmə :Ölkə Baxış: 0
Ziya Məmmədov onu gözləyən təhlükədən qurtuldumu?

Yazırdınız ki, qaçıb?!-deyə jurnalistlərə "şaka yapan" nəqliyyat nazirinin dövlət nəzarətinin son dərəcə qaynar "ütüsündən" cəzasız çıxacağı mümkün görünmür.

...Ondan başlayaq ki, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ziya Məmmədov gözə dəymədi. Bunun tək bir səbəbini nazirin məzuniyyətdə olması ilə əlaqələndirmək düzgün deyil. Çünki,məlumata görə, sözügedən müşavirədə iştirak etmiş nazirlərdən və komitə sədrlərindən məzuniyyətdə olanları da vardı. Ziya Məmmədovun bu müşavirəyə dəvət

olunmaması isə onun üçün əlbəttə ki, ciddi siqnal demək idi. Digər tərəfdən, ölkə rəhbəri nəqliyyat sektorunda hökm sürən neqativlərin ünvanını nişan verdiyi müşavirədə Ziya Məmmədovun iştirakı onun özü üçün olduqca vacib idi. Bütün bu prosesləri diqqətlə izlədikcə nəticəyə gəlmək olar ki, nəqliyyat nazirinin dövlət rəhbərliyi ilə həqiqətən problemi olub, bu problem hələ bir müddət çətin ki, sovuşsun. "Yazırdınız ki, qaçıb?!" Ziya Məmmədovun bir neçə gün öncə Neftçalada vətəndaşların qəbulunu keçirərkən jurnalistlərlə "zarafatlaşması" əslində nəqliyyat nazirinin mətbuatdan gileyinin özünəməxsus göstəricisi idi. Nazir bu gileyinə bir balaca xoş aura "qatışdırıb", sözünü dedi. Lakin əslinə qalsa, jurnalistlərin yazdıqlarından gileylənməyə heç kəsin haqqı da yoxdu. Çünki, söz-söhbətlərin və şayiələrin yaranmasında əsas rolu elə Ziya müəllimin yaxın ətrafı oynayıb. Belə ki, nazirin qaçması barədə yayılan xəbərlərin heç biri uzun

müddət təkzib olunmayıb.Üstəlik, Ziya Məmmədovun yoxluğunda Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətlərinin alınaraq digər qurumlara verilməsi barədə qərarlara nazirin özü də heç bir rəsmi reaksiya vermədi.Belə vəziyyətdə jurnalistlər neyləməliydi ki? Amma hər halda, hesab edirik ki, Ziya Məmmədovun məzuniyyətdən sonrakı davranışları istər-istəməz əvvəlkilərdən xeyli dərəcədə fərqli çıxıb. Nəqliyyat naziri özünü elə göstərmək istəyirdi ki, sanki, hər şey yerindədir və onun rəhbərlik etdiyi qurumla bağlı elə bir ciddi hadisə baş verməyib. Halbuki, bu gün səlahiyyətlərinin əsas hissəsini itirmiş Ziya Məmmədov dolayısı ilə portfelsiz nazir təsiri bağışlayır. Nə isə, belə məsələləri bir kənara qoyuruq ki, bizi nəqliyyat nazirinin ətrafında baş verən proseslərə münasibətdə tendensioz mövqe sərgiləməkdə suçlamasınlar. Ona görə də söhbətimizi ölkənin nəqliyyat infrastrukturunun formalaşmasında görülən

işlərin keyfiyyət problemi üzərində qurmaqla davam etdiririk. Yol-nəqliyyat infrastrukturunun keyfiyyət problemi Avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri işlərinin daha da genişləndirilməsi əvəzinə, bu sahəyə qoyulan dövlət kapitalının həcmi xeyli artıb. Nəticədə Azərbaycan dünyada ən bahalı yollara malik ölkə kimi reytinqlərin top 10-luqlarında, özü də ilk sıralarda özünə yer "tapıb". Halbuki, davamlı inkişaf etmiş yol infrastrukturuna malik əksər ölkələrin 10 kilometr yola xərclədiyini bizim Ziya müəllimin "yol"çuları vur-tut 1 kilometrə xərcləyə bilib. 10 km. yolun xərcləri 1 km. yola yerləşdirilirsə, heç olmasa keyfiyyət amilinə diqqət yetirilməliydi. Bizimkilər bu işdə də bir qədər "irəli" gedə biliblər. Yəni, kəmiyyət artdıqca, keyfiyyət azalıb. Bu tərs mütənasiblik yollarımızın azalan ömründə, artan deqradasiyalarında, ilbəil dağılan asfalt-beton örtüklərində sanki gözünün yaşını tökə-tökə

kömək istəyir. Statistikaya nəzər salın: ölkədə işlək avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 km. təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 18902, 2013-cü ildə isə 19000 km-ya çatdırılıb.Son illər ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi, o cümlədən, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 ədəd asfalt beton zavod istifadəyə verilib. 2003-2013-cü illər ərzində respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 km olub. Bu dövrdə ümumi istifadədə olan avtomobil yollarında 222 yeni körpü və yol ötürücüsü tikilib. İndi isə müqayisə aparaq. Son 12 ildə dövlət büdcəsindən yollara təxminən 8-9 milyard manat ayrılıb. Xarici banklar və kredit təşkilatlarının verdikləri kreditlərlə birlikdə həmin illərdə ölkənin yollarına ayrılan vəsaitlər 10 milyardı üstələyir. Bilrsinizmi bu nə deməkdir? Bu,

regionumuzun Gürcüstan və Ermənistan kimi ölkələrinin azı 3-4 illik büdcəsi deməkdir. Bu qədər vəsaitlə yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 km-dən azı ikiqat artıq olmalıydı. Ölkəmizin ən ucqar kəndlərində belə yollara asfalt çəkmək, ən keçilməz dağ çaylarından yüzlərlə körpü tikmək mümkün idi.Bəs, bu mümkünləri namümkün edən nə oldu? Cavab çox sadədir: nəqlyyat sektorunu başına almış özbaşınalıq. Ziya Məmmədovun ölkənin nəqliyyat sisteminə xərclədiyi vəsaitlərlə görülən işlər arasında ciddi və kəskin disproporsiyanın mövcudluğu söylədiklərimizin tədiqi kimi qəbul edilməlidir. Ziya Məmmədov yolların və körpülərin keyfiyyət problemi ilə bağlı istənilən fikri həmişə ağrılı qəbul edib. Hətta bəzi hallarda tənqid söyləyənlərin ünvanına kəskin fikirlər də səsləndirib. Nazir görün, nə deyirdi: "Bakıda tikilən körpülərin keyfiyyətsiz olduğunu söyləyənlərin özləri

keyfiyyətsizdir. Bu körpülər ictimaiyyətin gözü qarşısında inşa olunur. Rəsmi şəkildə bir daha bəyan edirəm ki, körpülər dünya standartlarına uyğun tikilir və bütün texniki parametrlər, memarlıq üslubları qorunur". İndi isə, Ziya Məmmədovun yaddaşını təzələmək üçün ona bir neçə xatırlatma ünvanlayırıq. 2007-ci ildə metronun "20 Yanvar" stansiyası yaxınlığında inşa edilən körpünün açılışından 2 ay keçməmiş altındakı yeraltı keçiddə çat yarandı. Oxşar vəziyyət Ziya Bünyadov prospektindəki yol ötürücüsünün də istifadəyə verilməsindən az sonra yaranmışdı.Bu gün, Bakıda istifadədə olan körpü, yol ötürücüləri və tunellərin demək olar ki, hər birində keyfiyyət problemi yer alır. Halbuki, Ziya müəllim deyirdi: "Körpüləri yenidən inşa edəndə əksər hallarda nəqliyyat intensivliyini, bölgələri nəzərə alaraq təxminən 50-100 ilə bunları kökləyirik və dörd cərgəli körpülər inşa edirik".Hələ o vaxtlar nəqliyyat nazirinin inşa etdiyi körpülərin heç "yetkinlik" yaşına

çatmamış bir əsrlik qozbelə çevrildiyindən danışanların cavabını aqressiv surətdə verməsində bir çaşqınlıq gizlənirdi. Bu çaşqınlığın səbəbi oydu ki, milyardlarla manat vəsaitin yatırıldığı keyfiyyətsiz nəqliyyat infrastrukturunun boynuna yazılan maxinasiyalar üzə çıxa bilərdi. Bu isə Ziya Məmmədovun pafoslu təntənələrinə çox ciddi zərbə vurmuş olardı. Daha bir korrupsiya mənbəyi-avtovağzal biznesi Ölkədə fəaliyyət göstərən avtovağzallar şəbəkəsinin idarə edilməsi prosesində yer alan korrupsiya uzun illər birbaşa nəqliyyat nazirinin yaxın çevrəsinin adına bağlanıb. Söhbət özəl avtovağzallar qanunsuz fəaliyyət göstərməsindən gedir.Yadınızdadırsa, bu faktı vaxtilə Nəqliyyat Nazirliyinin rəsmiləri də etiraf etmək məcburiyyətində qalmışdı. Lakin məsələni özləri üçün sərfəli məcraya daşımağa çalışmışdılar.2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişaf proqramının yekunlarına həsr olunan müşavirədə nəqliyyat

naziri Ziya Məmmədov hesabat xarakterli çıxışında ölkənin yol-nəqliyyat kompleksi üzrə layihələrin həyata keçirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunduğunu söyləmişdi. Nazir həmçinin bldirmişdi ki, "Bərdə, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Qax, Quba, Yevlax, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar, Ucar və Tovuz avtovağzalları yenidən qurulub. Daşkəsən, Horadiz və Gəncədə isə yeni avtovağzalların tikintisi aparılır". Burda qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirilməsinə ciddi ehtiyac var. Belə ki, cənab nazir hesabatında ölkənin 11 rayonunda tikintisi gerçəkləşdirilmiş avtovağzalların hansı quruma məxsus olduğunu dəqiqləşdirməmişdi.Məsələ ondadır ki, avtovağzallar şəbəkəsinin büdcə vəsaitləri hesabına istifadəyə verildiyini israr edən nazir rayonlardakı avtovağzalların ayrı-ayrı şəxslərin nəzarətində olmasının səbəblərini də

aydınlaşdırmağa borcluydu.Həmin şəxslərin konkret kiminlə hesablaşdığı isə onsuz da heç kəsə sirr deyildi. Bəs, bu gün sürüşmə zonasında,gözümüzün qabağında yerlə-yeksan olma təhlükəsi ilə üzləşmiş Bakı Beynəlxalq Avtovağzal Kompleksinin acınacaqlı durumu necə, kimin boynuna yazılsın, Ziya Məmmədov? Sizin "ZQAN"ın "tərifli" sənət əsəri kimi təqdim edilən obyektin tikintisində yol verilmiş ciddi səhv və pozuntuların əziyyətini niyə sadə vətəndaşlarımız çəkməlidir? Nəqliyyat Nazirliyinin "cəngavər”ləri necə oldu? Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında dövlət başçısının 20 iyul 2011-ci il tarixli 472 saylı Fərmanı ilə təsdiq edilmiş əsasnaməyə nəzər salanda, bu qurumun üzərinə qoyulmuş konkret vəzifələrin öhdəsindən gələ bilməməsinə təəssüflənirsən. Doğrudan da, Xidmətin rəhbərliyi əlində cəmləşdirdiyi hüquq və nəzarət funksiyalarının sınırlarını çox erkən aşmağa başladı. O gün olmurdu ki, nəqliyyat qoçuları ilə nəqliyyat vasitələrinin sürücüləri arasında biabırçı insidentlər baş verməsin. Axı Xidmətə səlahiyyət verilməmişdi ki, əməkdaşlarına nəqliyyat vasitələrinin nömrələrini açmaq, rüşvət tələb etmək, hətta vətəndaşların şəxsiyyətini aşağılayan hərəkətlərə yol vermək kimi biabırçı tapşırıqlar versin. Lakin bu da son deyildi. Bu gün, o "təəssübkeşləri”ndən bir xəbər-ətər yoxdur. Ziya Məmmədov isə sanki heç nə baş verməyibmiş kimi, bu gün öz sabiq "qoçularının" əməllərinin hesabını verməyə tələsmir. Neyləmək olar, zaman ən yaxşı hakimdir.Son onillikdə Azərbaycan nəqliyyat sistemində Ziya Məmmədov amilinin rolu və yeri ilə bağlı cəmiyyətimizdə kifayət qədər aydın təsəvvür formalaşıb. Bu baxımdan, "Yazırdınız ki, qaçıb?!"-deyə jurnalistlərlə "zarafatlaşan" nəqliyyat nazirinin dövlət

nəzarətinin son dərəcə qaynar "ütüsündən" cəzasız çıxacağı inandırıcı görünmür.

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əliyev Ziya Məmmədova olan etimadını itirib

    Əliyev Ziya Məmmədova olan etimadını itirib ...

    6-11-2015, 14:30

  • 
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • Nəqliyyat Nazirliyində Ziya Məmmədovsuz TOPLANTI

    Nəqliyyat Nazirliyində Ziya Məmmədovsuz TOPLANTI ...

    19-10-2015, 12:15

  • 
  • Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin yeni vəzifəsi nə olacaq?

    Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin ...

    17-08-2015, 16:18

  • 
  • Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... - Atası ilə əlaqədar problemlərlə bağlı...

    Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... ...

    28-09-2015, 12:50


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu