Araşdırmamız nəticəsində o da bəlli oldu ki, barın daxilində narazı müştəriləri “yola gətirmək” üçün vətəndaşlara cəza vermək məqsədilə nəzərdə tutulan xüsusi otaq var və “baş administrator otağı” adlandırılna məlum otaqda “borclu olduğu” pulu verməyən şəxslərə divan tutulur. Barın içində cəza məqsədi üçün nəzərdə tutulan otaq sözün həqiqi mənasında həbsxanalardakı karsı xatırladır. Bununla bağlı redaksiyamızı bilgiləndirən özəl mənbə bu barədə aşağıdakıları söyləyir: “Administrator və onun ətrafındakı qoçular pul vermək istəməyən və ya bu pulu vermək iqtidarında olmayan şəxsləri həmin otağa gətirərək əvvəlcə ona psixoloji yöndə təzyiq göstərməyə çalışırlar. Belə ki, “borclunu” birdən-birə 8-10 nəfər əhatəyə alır və ona martini içkisi üçün tələb olunan pulun ödənməli olduğunu bildirir. Dəstə üzvləri vətəndaşa hiss etdirirlər ki, o ya bu pulu verməli, ya da ən ağır şəkildə cəzalanmağa hazır olmalıdır. Buna görə də vətəndaşların bir çoxu dost və ya qohumlarına zəng edərək məlum məbləği “Mango” Ticarət Mərkəzinin yaxnına gətirməyi xahiş edir, bir çoxu isə öz telefon və bahalı əşyasını barda qoyaraq evə yollanmalı olur”.
Martini, yoxsa adi Coco-cola?
Mənbənin məlumatına görə, barda martini adına müştərinin yanındakı fahişəyə təqdim edilən içki heç də martini deyil, adi coco-cola olur: “Fahişənin martini tələbi əsasında masaya gətirilən içki heç də həqiqi martini olmur. Bu, 2 litri 90 qəpiyə olan adi coco-cola, və ya pepsidir. Sadəcə, daha sonra vətəndaşdan külli miqdarda vəsait almaq üçün bu içki bahalı martini şərabı kimi təqdim edilir. Beləliklə də, bar sahibləri dəyəri 2 manat olan içkiyə görə vətəndaşdan 120-150 manat məbləğində vəsait alır. Təbii, bir çox həqiqət kimi “martini və coco-cola” reallığını da müştəri yalnız sonradan başa düşür. Lakin bunu isbatlamaq, həqiqəti ortaya çıxartmaq imkanı olmur”. Bilgili qaynağın sözlərinə görə, barda özlərini administrator kimi təqdim edən şəxslər martini kimi təqdim etdikləri colanın bahalığına haqq qazandırmaq üçün barda dəyəri bir neçə yüz manat olan içkilərin olduğunu xatırladır: “Etirazçı müştəriyə bildirilir ki, əslində bir qədəh martini üçün 40 manat çox ucuz qiymətdir. Çünki barda qədəhi 400-500 manat olan içkilər var ki, bara gələn pullu müştərilər bundan istifadə edir. Buna görə də administratorlar müştəriyə “belə xırda məbləğə görə baş ağrıtmamağı” tövsiyyə edir. Habelə, müştəriyə bildirilir ki, o şükr etməlidir ki, fahişə 400-500 manatlıq içkidən sifariş etməyib, yoxsa indi o, paltarlarını belə satmağa məcbur olacaqdı”.
“Kişi” və fahişə ittifaqı
Məlumatlı qaynağın sözlərinə görə, müştəriyə qurulan martini tələsinin arxasında fahişə ilə barda çalışan “kişilər” arasındakı iş birliyi dayanır: “Təbii ki, aldadıldığını başa düşən müştərilər bar administratorunu fahişələrlə iş birliyində ittiham edir. Lakin administratorlar iddia edir ki, onlar sözügedən qadını tanımır və onunla hər hansı bir şəkildə əlaqələri yoxdur. Dəstə üzvləri müştəridən borclu olduğu pulu ödəməyi tələb edir və bildirir ki, əgər qadın onu aldadıbsa, o zaman həmin qadınla müstəqil şəkildə haqq-hesab çəkə bilər. Şübhəsiz, mövcud vəziyyətdə əli heç hara çatmayan vətəndaşın tələb olunan pulu ödəməkdən başqa yolu qalmır. Müştəri yola salındıqdan sonra isə barın çoxsaylı xırda otaqlarından birinə çəkilən fahişə üzə çıxır və dəstə üzvləri arasında pul bölgüsü aparılır. Mövcud qaydaya görə, qadınlara müştəridən alınan pulun üçdə bir hissəsi verilir. Məsələn, əgər qadın “öz kanalları ilə” kimisə bara gətirib ondan “martini əməliyyatı” sayəsində barı 120 manat məbləğində “qabağa salıbsa”, o zaman həmin pulda 40 manat fahişəyə verilir. Qalan 80 manat isə dəstənin digər üzvləri arasında bölüşdürülür. Pulun bu şəkildə bölüşdürülməsinə səbəb isə barı icarəyə götürən şəxslərin öz üstlərinə daha çox məsuliyyət almaları ilə bağlıdır. Dəstə liderləri fahişələri 3/1 bölgüsünə razı salmaq üçün bildirir ki, vətəndaşların aldadılması prosesi bar daxilində baş verdiyi üçün onlar məkan sahibi olaraq daha çox onlar məsuliyyət daşıyır. Yəni sabah hansısa hüquq-mühafizə orqanının əməkdaşı izə düşərsə, o zaman qaçıb gedən fahişələrdən fərqli olaraq bar icarədarını asanlıqla tapacaq və o zaman bütün suallara cavab vermək məhz onların üzərində qalacaq”.
Sərfəli əməkdaşlıq
Mənbənin sözlərinə görə, əslində “Mafiya” barını işlədən kişilərlə bu şəkildə əməkdaşlıq fahişələrə də sərf edir: “Vətəndaşların bu şəkildə qarət edilməsi nə qədər ağır qanun pozuntusu olsa da, bar icarədarları ilə bu şəkildə əməkdaşlıq əslində həm fahişələrə, həm də bar işlədənlərinə sərf edir. Belə ki, hər iki tərəf cəmi bir neçə dəqiqə ərzində heç bir zəhmət çəkmədən 50-100 manat məbləğində pul qazanır ki, bu da Azərbaycan reallığında kifayət qədər fantastik rəqəmdir. Məhz bu səbəbdən də fahişələr bar icarədarlarının tapşırıqlarını həvəslə yerinə yetirir, internetdə öz toruna saldıqları müştərilərlə yanaşı, axşam saatlarında bara gələn digər müştəriləri də “martini əməliyyatı”na cəlb edirlər. Beləliklə də, fahişə və “kişi” əməkdaşlığı sözün həqiqi mənasında mayasız biznes əlaqəsinə çevrilir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?