GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qərb mediası Azərbaycandakı seçkiləri niyə “unutdu”?

Qərb mediası Azərbaycandakı seçkiləri niyə “unutdu”?

Tarix: 6-11-2015, 02:06 Bölmə :Ölkə Baxış: 0
Qərb mediası Azərbaycandakı seçkiləri niyə “unutdu”?

Arif Əliyev: “Azərbaycanda heç ölkə daxilində seçkilərə ciddi maraq yox idi, o ki qaldı xaricdə olsun”; Zahid Oruc: “Öz maraqlarına, əlaqələrinin itirilməsinin ziyanını hesablayaraq belə etdilər”

Seçkilər geridə qalsa da, müzakirələr davam edir. Saxtakarlıq faktları, namizədlərin məhkəmə müraciətləri, bir-birini təbrik edən namizədlər... Və bu fonda diqqəti daha çox çəkən beynəlxalq medianın bu dəfə Azərbaycandakı seçkilərə gözlənilən diqqəti göstərməməsi oldu. Epizodik yazıları, xəbərləri nəzərə almasaq, ötən illərdəki ilə müqayisədə xarici media orqanları parlament seçkilərini yüksək səviyyədə işıqlandırmadı.

Təbii ki, bu məqamda ağla gələn ilk versiya artıq beynəlxalq medianın da beynəlxalq təşkilatlar kimi Azərbaycana əvvəlki marağının olmamasıdır. Ölkə əhalisinin böyük qismi kimi hadisələrə laqeyd olması, baş verənlərlə barışması və sair kimi detallar bu diqqətsizliyin səbəbləri kimi göstərilir. Amma ekspertlərin bu mənzərə ilə bağlı fərqli baxışları var.

Deputat Zahid Oruc bildirdi ki, ötən dövrlərdə də cəmiyyətə beynəlxalq media quruluşlarına fanatik münasibət göstərdikləri, bunun faydasız olması mesajını verməyə çalışıblar. Müsahibimizin sözlərinə görə, hər kəs CNN, BBC kimi dünya informasiya məkanını formalaşdıran nəhənglərin dəqiq, qərəzsizlik prinsiplərinə söykənərək fəaliyyət göstərdiyini düşünür: “Rəy bundan ibarətdir ki, onları siyasi mərkəzlərdən idarə olunmurlar. Sanki bunlar ədalət mücəssəməsi kimi hər kəsin üzərinə gedərək barışı, sülhü, bərqərar etmək istəyirlər. Biz bunun belə olmadığını cəmiyyətə çatdırmaq istəyəndə isə düşünürlər ki, guya bu, hakimiyyətin təbliğatıdır. Gerçəkdən də Avropa mətbuatı seçkilərlə bağlı siyasi sistemin, mübarizənin bu prosesdən kənarda qalan qüvvələrin tribunası olmamaq üçün güc nümayiş etdirdi. Epizodik informasiyaları nəzərə almasaq təbii ki. Biz bu dəfə beynəlxalq informasiya müqavimətini tanış olan üslubda, əsas artileriya hücumçularının dilindən Azərbaycan həyatının təhlil etməsini görmədik”.

Qərb mediası Azərbaycandakı seçkiləri niyə “unutdu”?

Müsahibimiz hesab edir ki, bunun iki səbəbi var. Bunlardan biri Qərb dairələrinin artıq bəzi həqiqətləri anlamasıdır: “Bunun iki səbəbi var. Qərb dairələri çox yaxşı dərk edirlər ki, Azərbaycan üzərinə edilən basqılar bölgənin itirilməsinə səbəb olacaq. Bölgəyə nəzər salaq. Bir tərəfdə Azərbaycan, o biri tərəfdə Ermənistan və Gürcüstan. Ermənistan Rusiyanın əlinə keçib, Gürcüstan isə Avropanın. Azərbaycana basqı etmək isə Cənubi Qafqaz bölgəsində güc itirmək deməkdir. Qərb və Qərb mətbuatı arıq Azərbaycana qədərindən artıq basqının ziyanlı olacağını bilir. Öz maraqlarına, əlaqələrinin itirilməsinin ziyanını hesablayaraq belə edir”.

Müsahibimiz hesab edir ki, hazırda Qərb ayrı-ayrı ölkələrin daxili həyatına demokratik ölçü vahidləri ilə qiymətləndirmədən kənarda dayanıb. Bu, geopolitik layihədir və məqsəd Rusiya əleyhinə bir kordon yaradılmasıdır. Z.Orucun fikrincə, Qərb mətbuatının susqunluğu da daxili faktorlardan daha çox xarici amillərlə bağlıdır: “Bu isə onu göstərir ki, Qərb mediası müstəqil deyil. Devid Kamerona, Barak Obamaya, Angela Merkelə gərək olanda bu mərkəzlərdən hazır tezislər ora axıdılır. Onlar da bunu yayıb, tirajayırlar. Bu ilki mənzərənin daha bir səbəbi də ölkə müxalifəti ilə bağlıdır. 2013-cü ildən sonra 2015-ə qədər müxalifət hakimiyyətin qarşısına bir modellə çıxa bilmədi. Kimlə çıxmalıydı? Müsavat bölünüb, AXCP-də vəziyyət neçə illərdir bəllidir. Təşkilatmış qüvvə yoxdur. Qərb mediası bu sifarişli yazılarla hökuməti vuranda müəyyən divident əldə etməlidir. Amma qarşısında o qüvvə yoxdur. Ona görə də qərb dairələri müxalifətçilik etməyə müəyyən dövr üçün ara verdilər. Amma geopolitika sürətlə dəyişir. Buna görə də gələcəkdə proseslərin əks istiqamətdə cərəyan etməyəcəyinə də təminat vermək olmaz”.

Qərb mediası Azərbaycandakı seçkiləri niyə “unutdu”?

Qərb mediası Azərbaycandakı seçkiləri niyə “unutdu”?

BÖLÜM: Media
YAYIM TARİXİ: 5 Noyabr 2015 19:54

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə dünya mətbuatının Azərbaycandakı seçkilərə böyük marağının olması barədə deyilənlər şərtidir. Müsahibimizin fikrincə, bu maraq heç zaman böyük olmayıb: “Sadəcə biz o xəbərləri seçirik, cəmləyirik. Bizə elə gəlir ki, bu diqqət böyükdür. Əslində isə Azərbaycan dünya xəritəsində elə də böyük ölkə deyil. Digər tərəfdən, Azərbaycanda heç ölkə daxilində seçkilərə ciddi maraq yox idi, o ki qaldı xaricdə olsun. Öz ətrafımdakı professional, intellektual insanlara nəzər salıb deyirəm ki, Türkiyədəki seçkilərə daha böyük maraq vardı, nəinki Azərbaycandakına. İnsanlar bu seçkinin cəmiyyətdə heç nə dəyişməyəcəyini, gələcəkdəki islahatlara təsiri olmayacağını bildikləri üçün bu cür etinasız oldular”.

A.Əliyev bildirdi ki, hazırda dünya mətbuatının daha ciddi gündəmi var. Onların rakirovka”lara, şərti dəyişmələrə diqqət yetirməsi ciddi görünməzdi: “Beynəlxalq media dünya siyasi mərkəzləri ilə bağlıdır. Onlar bu seçkilərdə müşahidəçilikdən, ciddi hərəkətlərdən imtina etdi.

Medianın da onlar kimi proseslərə ciddi yanaşmaması bu baxımdan təbiidir”.

Sevinc TELMANQIZI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

  • Parlament seçkiləri ilə əlaqədar 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçirilib

    Parlament seçkiləri ilə əlaqədar 210-dan çox ...

    23-01-2020, 11:41

  • 
  • “Bu, medianın seçkilərdə ən zəif iştirakıdır”

    “Bu, medianın seçkilərdə ən zəif iştirakıdır” ...

    11-10-2013, 11:04

  • 
  • Knesset üzvü: "Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub"

    Knesset üzvü: "Azərbaycanda parlament ...

    1-11-2015, 13:11

  • 
  • Eldar Namazov: “Cəmil Həsənli əlindən gələni artıqlaması ilə etdi”

    Eldar Namazov: “Cəmil Həsənli əlindən gələni ...

    7-10-2013, 11:59

  • 
  • Prezident Administrasiyası bəzi beynəlxalq təşkilatları seçki ilə bağlı saxta raportlar hazırlamaqda suçladı

    Prezident Administrasiyası bəzi beynəlxalq ...

    29-07-2013, 14:08

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu