Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda təhlükəsizlik qüvvələri ilə PKK-nın "Yurtsevər İnqilabçı Gənclik" hərəkatının qruplaşması arasında baş vermiş toqquşmalarda 1 nəfər həlak olub, 1 polis zabiti isə yaralanıb.
ANS TV-nin məlumatına görə, iğtişaşların Yenişəhər rayonuna da yayılması ilə əlaqədar təhlükəsizlik qüvvələri bir sıra yerlərdə giriş-çıxışı bağlayıb. İğtişaş törədənlərin saxlanılması üçün evlərdə reydlər təşkil olunub. Polisin keçirdiyi əməliyyatlara helikopterlər havadan dəstək olub. Artıq 2 gün davam edən toqquşmalarla əlaqədar yerli iş adamları ticarət obyektlərini, dükanlarını bağlamaq məcburiyyətində qalıb.
İstanbulda isə Gaziosmanpaşa adlandırılan yerdə naməlum şəxlər polis maşınına silahlı hücum edərək, 2 zabiti yaralayıb. İnsident gecə saatlarında polisin şübhəli maşını saxlamağa çalışan zaman baş verib. Xəstəxanaya çatdırılan polis zabitlərinin ayaq nayihəsindən güllə yarası aldığı deyilir.
Hadisədən sonra cinayət yerinə xeyli sayda polis və təcili tibbi yardım əməkdaşları axışıblar. Zabitlərin yerləşdiyi xəstəxana önündə gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?