Milli Məclis seçkilərində 123 saylı Kəlbəcər seçki dairəsindən namizəd olan sabiq daxili işlər naziri İsgəndər Həmidov təbliğat və təşviqat zamanı qarşılaşdığı seçicilərin problemləri barəsində Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova və Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədova müraciət edib.
Etatist.com-un xəbərinə görə, müraciətdə deyilir:
1) Bərdə rayonunda “Dördyol” deyilən ərazidə salınmış 149 evdən ibarət qəsəbədə azı 45 evin divarlarında yaranmış iri çatlar ucbatından qəzalı vəziyyətə düşmüş evlərin sakinləri xeyli müddətdir ki, hər an vahimə, təlaş və gərginlik şəraitində olduqlarını, üz tutduqları müxtəlif aidiyyatı orqanlardan isə faktiki olaraq heç bir köməkdarlıq olunmadığını bildirdilər.
2) Yenə Bərdə rayonunda məskunlaşmış bir qrup Kəlbəcər qaçqınları yaşadıqları ərazidəki torpaq sahəsini əllərindən almaq məqsədilə hansısa yuxarı instansiya tərəfindən göstəriş verildiyini və bu məqsədlə əraziyə gələn suyun, qazın, işığın qəsdən kəsilməsi, digər formalarda təsir olunduğunndan böyük narazılıqla danışdılar.
3) Şamaxı rayonunun Çuxuryurd qəsəbəsində köhnə binada məskunlaşmış 12 ailə də bərbad vəziyyətdə yaşamaqdadırlar. Yağışlı havalarda isə bacadan daman yağış sularının yaratdığı acınacaqlı mənzərəyə ürəkağrısı ilə baxmamaq mümkün deyil.
4) Gəncə şəhərində “Alüminium” zavodu yaxınlığında salınmış yeni qəsəbədə isə sakinlər iqtisadi çətinliklər bir yana, bir yandan da əraziyə yaxın yerdə zibil tullantıları üçün ayrılmış sahədə vaxtaşırı yandırılan hər növ tullantılardan ibarət zibil topalarının atmosferə yaydığı yoluxucu xəstəliklər mənbəyindən, üfunət və qoxulardan təngə gəldiklərini bildirirdilər.
Onu da bildirim ki, yuxarıda sadalananlarla bağlı sakinlər tezliklə heç bir tədbirlər görülməyəcəyi təqdirdə müxtəlif formalı etiraz aksiyaları keçirmək planlarının olduqlarını qeyd etdilər.
Qeyd edək ki, sabiq nazir öz müraciətində prezidentin “Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” ilə bağlı imzaladığı qərarlara uyğun şəkildə əməli iş görülməsini xahiş və tələb etdiyini bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?