GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ziya Məmmədov ölkədən 17 ton dollar çıxarıb; Nazirin pul yüklü gəmisinə müdhiş əməliyyat

Ziya Məmmədov ölkədən 17 ton dollar çıxarıb; Nazirin pul yüklü gəmisinə müdhiş əməliyyat

Tarix: 12-11-2015, 16:20 Bölmə :Ölkə Baxış: 0
Ziya Məmmədov ölkədən 17 ton dollar çıxarıb; Nazirin pul yüklü gəmisinə müdhiş əməliyyat

Nəqliyyat naziri Ziya Məmmədovun ətrafında yaranmış mübhəmlik hələ də davam edir. Z.Məmmədov ötən ayın 20-dən üzə çıxsa da, oktyabrın 23-də Neftçala rayonunda PA-nın tərtib etdiyi qrafik üzrə yerli sakinlərlə görüşsə də onun barəsində söz-söhbət tam səngiməyib. Nəqliyyat nazirinin Neftçalada jurnalistləri nəzərdə tutaraq zarafatla dediyi "bəs yazırdız ki, qaçıb” replikası da onun ətrafında yaranmış informasiya burulğanını azaltmadı.

MTN-dəki məlum hadisələrdən sonra Z.Məmmədovun görünməsi medianın diqqətindən yayınmadı. Mətbuat analitikləri onun karyerasının sönməməsində "MTN işi”nin ciddi rol oynadığı qənaətindədirlər. Analitiklərin fikirlərini ümumiləşdirərək belə yazmaq olar ki, Eldar Mahmudovun "vurulması” Ziya Məmmədovu, sözün siyasi mənasında, ipdən alıb. İddialara görə, nəqliyyat naziri haqda mənfi yüklü informasiyaları dövlətin ən yuxarıdakı instansiyasına məhz E.Mahmudov ötürürmüş. Lakin bu fikir də mübahisəlidir. Ona görə ki, "ən yuxarıdakılar”ın informasiya təminatı yalnız MTN-in üzərinə düşmür. Dövlətin siyasi sükanı arxasında əyləşmiş şəxslərin məlumat kanalları bir neçə olur.

E.Mahmudovun həmkarı haqda yalan-doğru ötürdüyü xəbərlər güman ki, bir neçə instansiyadan yoxlanıb. MTN-in nəqliyyat naziri barəsində hazırladığı dosyedə doğru informasiyalar da olmamış deyil. 13 il nazir işləyəsən, amma bütün fəaliyyətin şəffaf ola. Hardasa yanlış yapmayasan - heç inandırıcı görünmür.

İşin maraqlı tərəfi budur ki, ictimaiyyət Z.Məmmədovun işdən çıxarılacağını, hətta həbs olunacağını gözləyərkən, ayrı bir nazirin vəzifədən çıxarılması haqda prezident sərəncamı verildi. Siyasət də futbol kimidi: bəzən 90-cı dəqiqədə hesab dəyişir, məğlub qalib olur, qalib isə məyus...

Ziya Məmmədov ölkədən 17 ton dollar çıxarıb; Nazirin pul yüklü gəmisinə müdhiş əməliyyat

Bizim yazının qəhrəmanı nə qədər qalibdi, bunu söyləmək yəqin tez olar. Yerindən tərpədilən daşlar hələ yerinə tam oturmayıb. Ölkə prezidenti şahmat taxtasının arxasından tam çəkilməyib. Proses davam edir...

Ziya Məmmədov ölkədən 17 ton dollar çıxarıb; Nazirin pul yüklü gəmisinə müdhiş əməliyyat

Həm də Z.Məmmədovu birmənalı qalib elan etmək də mümkünsüzdü. O, son aylar çox zəiflədildi. Nəqliyyat Nazirliyinə aid xeyli qurum müstəqil təşkilata çevrildi, bir neçə sahə Z.Məmmədovun nəzarətindən və tabeçiliyindən çıxarıldı. Artıq cənab Məmmədovu mətbuat "portfelsiz nazir” kimi təqdim edir.

Belə bir vəziyyətdə Z.Məmmədov barəsində növbəti bir xəbər yayılıb. Nazirin küllü miqdarda valyutasının müsadirə olunduğu haqda "Yeni Müsavat”a mötəbər mənbə tərəfindən məlumat daxil olub. İddia edilir ki, bu yaxınlarda Z.Məmmədova qarşı kritik əməliyyat keçirilib. Xəbərdə bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) nazirimizin 17 ton (!) dollar yüklənmiş gəmisini saxlayıb. Deyilənə görə, əməliyyat Xəzərin Rusiyaya aid bölümündə baş tutub. 17 ton dollarlıq yük aparan gəmi Dağıstan istiqamətinə üzürmüş. Bildirilir ki, qaçaqmal daşıdığına görə, gəmi RTX-ninradarlarına düşüb. Hazırda gəminin harda saxlanıldığı haqda dəqiq bilgi verilmir.

Ziya Məmmədov ölkədən 17 ton dollar çıxarıb; Nazirin pul yüklü gəmisinə müdhiş əməliyyat

Z.Məmmədov çapında adam təminat almadan, təhlükəsizlik tədbirləri görmədən bu qədər riskə getməzdi. Adətən bu cür daşımalar öncədən razılaşdırılır. Nəzərə alsaq ki, nəqliyyat nazirimizin Kremllə münasibətləri həmişə yaxşı olub. Bəs ona qarşı bu əməliyyatın arxasında nə dayana bilər? Moskva nəyin qisasını alır? Bunun sırf reketlik, yoxsa siyasi sanksiya olduğunu söyləmək çətindir.

Ziya Məmmədov ölkədən 17 ton dollar çıxarıb; Nazirin pul yüklü gəmisinə müdhiş əməliyyat

Xatırladaq ki, 2013-cü ilin avqustunda oxşar hadisə olmuşdu. FTX qaçaqmal neft daşıyan "Naftalan” adlı Azərbaycana məxsus tankeri saxlamışdı. Həmin tanker Rusiya tərəfindən müsadirə olunub.

Mövzu ilə bağlı qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.

"YM”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əliyev Ziya Məmmədova olan etimadını itirib

    Əliyev Ziya Məmmədova olan etimadını itirib ...

    6-11-2015, 14:30

  • 
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... - Atası ilə əlaqədar problemlərlə bağlı...

    Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... ...

    28-09-2015, 12:50

  • 
  • Ziya Məmmədovun qardaşı vəfat etdi - Yenilənib

    Ziya Məmmədovun qardaşı vəfat etdi - Yenilənib ...

    15-09-2016, 16:50

  • 
  • Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin yeni vəzifəsi nə olacaq?

    Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin ...

    17-08-2015, 16:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (372)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu