Dünyanın böyük güclərinə meydan oxuyub Bütöv Azərbaycan həqiqətlərini diqtə edən LİDERin müavinləri bunca cılız olmamalıydı! rrƏslində bu yazını çoxdan yazmaq istəyirdim. Hər zaman da qarşımı bircə səbəb kəsib: deyəcəklər ki, “bunu da öyrədiblər”, “bu da belə satıldı”, nə bilim daha nələr… Amma indi daha bu səbəb də keçərli deyil. Çünki bunu deyəcək kəslərin özlərinin eyni baxışla “öyrədilməsi” və “satılması” zaman-zaman gözümüzün önündə baş verib. Bəs niyə indi? Sualının isə çox sadə bir cavabı var: son bir ay içində haqlarında bəhs etmək istədiyim iki partiya sədri yaxın dostum olan iki siyasi fəal haqda bolşevik düşüncəsi ilə repressiv qərara imza atıb. Söhbət ötən ayın sonlarında, parlament seçkilərinə bir neçə gün qalmış Samir Əsədlinin Milli Şuradan xaric edilməsi və bu günlərdə Oqtay Gülalıyrvin KXCP sədri müavinliyindən kənarlaşdırılmasından gedir. Bu iki hadisənin arxasında duran siyasi şəxslər
– Əli Kərimli və Mirmahmud Mirəlioğlu (bu və bundan sonrakı fikirləri onların necə qəbul nesimietməsinin demokratik düşüncə tərzlərinin və tənqidə dözümlülük dərəcəsinin öhdəsinə buraxıram) əslində Azərbaycan siyasi səhnəsinin hər zaman iki barışmaz obrazı kimi yadda qalıblar və AXCP sədrinin müavinləri olmaqdan başqa onları birləşdirən hər hansı bir ortaq siyasi fakt yadıma gəlmir. Həm Mirmahmud bəy, həm də Əli bəy Əbülfəz Elçibəyin müvinləri olublar və bu Böyük Türk Savaşçısının dünyasını dəyişməsindən sonra onun siyasi varisliyi, AXC adına sahiblik uğrunda mübarizə aparıblar. Bu gündə əslində eyni dava gedir və adamlar fərqində deyillər ki, bu mübarizədə hər iki tərəf qələbə haqqını mənəvi baxımdan itiriblər! Lütfən kimsə əsəbləşib leksikonunun bəzi xoşagəlməzliklərini mənə ünvanlamasın. Güzgünü onun göstərdiyinə görə sındırmaq axmaqlıqdır… İndi isə gəlin həm də bu yazıya səbəb olan hər iki olayın təfərrüatlarına varaq. Son illərin ən fəal gənci və öz həmyaşıdları arasından siyasi düşüncəsi, enerjisi, bacarığı ilə fərqlənərək önə çıxan Samir Əsədli parlament seçkilərində iştirakına görə Milli Şuradan kənarlaşdırılıb (yeri gəlmişkən, kimsə “əşşi bunun Əli Kərimliyə nə aidiyyatı var, qərarı Koordinasiya Şurası verib” deyə ittihama tələsməsin. “Milli Şura artıq xeyli vaxtdır ki, Əli Kərimlinin altqurumuna çevrilib” fikri o qədər aydın və dəqiqdir ki, bununla bağlı mübahisə açmağı belə lüzum görmürəm). Həbsxana həyatı, hətta övladının belə şərlənərək cəzalandırılması müqabilində də əqidəsindən dönməyən Oqtay Gülalıyev isə Milli Şuradakı fəaliyyətinə görə KXCP sədrinin müavinliyindən azad edilib. Həm də qərar açıq və nümayişkəranə şəkildə Mirmahmud Mirəlioğlu tərəfindən partiyanın ali toplantısında elan edilib. Göründüyü kimi ilk baxışda səbəblər fərqlidir. Amma bu fərqlilik aldadıcıdır. Əslində hər iki hal üçün səbəb eynidir: nə Əli Kərimli, nə də Mirmahmud Mirəlioğlu ətrafında kənar fikri qəbul etmir, “bizim kimi düşünməyən bizdən deyil” prinsipi siyasətimizin bu iki antoqonist şəxsinin devizi hesab edilə bilər. Daha bir bənzərlik də maraq doğurur. Əslində həm Samir Əsədli, həm də Oqtay Gülalıyev onlara qarşı çıxarılan qərarda səbəb kimi göstərilən fəaliyyətlərinin Birincilərin ürəyincə olmadığını biliblər. Əli bəy parlament seçkilərində iştiraka radikal münasibətini və bunun Milli Şura üçün yolverilməzliyini dəfələrlə ifadə etmişdi. Elə Mirmahmud bəy də KXCP Ali Məclisinin iclasında Gülalıyevə Milli Şura ilə bağlı dəfələrlə xəbərdarlıq etdiyini və “iki yoldan birini seçməyi” məsləhət gördüyünü bildirib. Demək, həm Samir bəy, həm də Oqtay bəy “yuxarılar”ın xoşuna gəlmədiklərinin fərqində olublar, amma öz fikirlərindən daşınmayıblar… və elə buradaca Yanılmıramsa, zaman 1999-cu il idi. AXCP-də “Yurd”-“Klassiklər” davasının qızğın vaxtları idi. İndi unutduğum səbəbdən (görünür önəmli səbəb deyilmiş) AXCP Ali Məclisi sədr müavini Fazil Qəzənfəroğluya töhmət vermişdi. O zaman da Fazil bəy addımının Əli Kərimliyə yaxın qrupun tam hökmran olduğu Rəyasət Heyətinin qəzəbinə tuş gələcəyini hesablamışdı, amma düz bildiyini də etmişdi (eyni ilə Samir Əsədli və Oqtay Gülalıyev kimi). O vaxt baş vermiş hadisəyə AXCP Sədrinin çox unikal münasibəti olmuşdu. Əbülfəz Elçibəy F.Qəzənfəroğlunun addımını qol vuran futbolçunun köynəyini çıxarmasına bənzədib demişdi: “O futbolçu bilir ki, hakim onu cəzalandıracaq, sar kart göstərəcək. Amma bunu edir. Belə insanları cəza, qadağa ilə buxovlamaq olmaz. İstənilən cəzanı göz önünə alıb ürəyinin diqtə etdiyini edəcək. Demək cəza yol deyil”. Dəyərli Cəbhəçi dostlarım və elə Əli bəylə Mirmahmud bəy də bu olayı xatırlayarlar yəqin. Mütləq xatırlayarlar. Yaxşı bəs, Bəy bütün bunları kimə, nə üçün deyirdi? Əgər bu və buna bənzər olaylardan dərs götürülməyəcəkdisə adamlar müavinlikdə niyə oturmuşdular? Bu gün hansı Elçibəyçilikdən danışılır? Elçibəyçilik ilin müəyyən günlərində Fəxri Xiyabana getməkdən, tədbirlərdə Bəyin şəklini divardan asmaqdan ibarətdir? Bu düşüncənin nəticəsi bilirsizmi nədir? Əslində bu nəticənin ən ağır zərbəsi elə o müavinlərə, Elçibəydən sonra AXCP adı uğrunda çarpışanlara dəyib. Bir ətrafınıza baxın: 2000-ci ilin 23 avqustunda yanınızda olanlardan kim qalıb indi? Hanı AXCP-nin böyük bir qismini ətrafında toplayan Mirmahmud Mirəlioğlu xarizması? Əli Məsimli, Zəlimxan Məmmədli, Fazil Qəzənfəroğlu, Əli Mustafayev, Arzu Səmədov və bölgələrdə icra başçılarından da çox gücə malık Ayvazalı bəy, Aydın bəy, Ədalət bəy və digər bəylər hanı Mirmahmud Mirəlioğlu? Hanı intelektli kadrlar ordusunun kapitanı kimi tanınan Əli Kərimli komandası? Qüdrət Həsənquliyev, Fuad Mustafayev, Asim Mollazadə, Qulamhüseny Əlibəyli, Cəmil Həsənli və yüzlərlə sıravi cəbhəçilər hanı Əli Kərimli? Axı bu qədər insan haqsız, yalnız Siz ikiniz haqlı ola bilməz. Guya hardasa, hansısa məqamda baş əyib deyə partiyadan dışlanan Zəlimxan Məmmədli axı bu gün Avropa Oyunlarında çəkilən selfiləri görür axı? “Separatizm”də, “partiya dağıdıcılığı”nda ittiham olunaraq Müsavata dışlanan cəbhəçilərə bu gün hakimiyyətlə dialoqun uğurlu nəticələri haqda nə deyilə bilər? 2013-cü ildə sonadək KXCP-nin prezidentliyə namizədinin öz namizədliyini geri götürməməsi gizli məntiq idi, yoxsa naməlum məntiq? Parlament seçkilərində partiya sədrinin namizədliyinin belə qeydə alınmamasının məsuliyyəti kimin üzərinə düşür görəsən? Cəmi bir il öncə Milli Şuranın ən düzgün yol olması haqda danışan Mirmahmud Mirəlioğlu bu gün həmin qurumda fəaliyyətinə görə ən çəkili müavinini azad etməklə partiyaya hansı gələcək vəd edir?… Əli Kərimli bütün məqamlarda və zamanlarda yalnız özünün haqlı olduğunu necə düşünə bilir. Baxın, 1995-ci ildə Kərimli parlament seçkilərində iştirakı təbliğ edir və buna qarşı çıxan AXCP Gənclər Komitəsini qurumun sədrini partiyadan xaric etməklə cəzalandırır. 2000-ci ildə bütün müxalifət parlamenti baykot etdiyi halda Əli Kərimli və ətrafı mandatı qəbul edir və yenə də əsaslandırılır ki, o haqlıdır. 2005-ci ildə Əli Kərimliyə mandat verilmir deyə parlamentdə oturanlar xəyanətkar elan olunur… və s. və i. a. İndi də bu “bizim kimi düşünməyən bizdən deyil” bolşevizminin qurbanı Samir Əsədli olur… Yenə də sən demə hamı yanlış düşünüb və yeganə haqlı, məntiqli mövqedə Əli Kərimli durubmuş… Bax belə, dəyərli bəylər! Hakimiyyətinin devrilməsində xidmətləri olan Etibar Məmmədovu, Lalə Şövkət Hacıyevanı bir blokda birləşdirən İDEOLOQun müavinləri bunca dağıdıcı və bunca fərdiyyətçi olmamalıydı! Dörd illik Kələki sürgünü və əzabından sonra Bakıya Milli Barış şüarı ilə dönən SİYASƏTÇİnin müavinləri bunca qərəzli olmamalıydı. Ən yaxın ətrafının xəyanətləri və siyasi fəndlərinə rəğmən dünyanın böyük güclərinə meydan oxuyub Bütöv Azərbaycan həqiqətlərini diqtə edən LİDERin müavinləri bunca cılız olmamalıydı! Olmamalıydı, amma olubsa demək heç nə öyrənməyiblər. Öyrənməyiblərsə MÜƏLLİMin nə qələminə, nə də “kafi” qiymətinə belə iddia etməyə dəyməz…
P.S. Bütün bunlardan sonra Razi Nurullayev AXCP sədri kimi rəsmən tanınacaqsa, kimsə moizə oxumasın. Hər kəs haqq etdiyi aqibəti yaşayır…
Nəsimi Şərəfxanlı, Cumhuriyyet.az saytının baş redaktoru
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?