GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Başa düşdüm ki, icra başçısı tərəfindən aldadılmışam”

“Başa düşdüm ki, icra başçısı tərəfindən aldadılmışam”

Tarix: 23-11-2015, 17:18 Bölmə :Ölkə Baxış: 0
“Başa düşdüm ki, icra başçısı tərəfindən aldadılmışam”

İş adamının icra başçısına qarşı qaldırdığı iddia məhkəmə tərəfindən niyə təmin edilməyib?

Eldar Əzizov Sumqayıt İcra başçısı postuna gətiriləndən sonra bır çox obyektlərin vətəndaşların əlindən alınmasına, sökülməsinə səbə olmuşdu. Artıq bununla bağlı bir neçə məhkəmə iddiaları da ortaya çıxıb. Eldar Əzizov vəzifəsindən kənarlaşdırıldırılsa da, bununla bağlı məhkəmə prosesləri davam edir. Cavabdeh isə Sumqayıt İcra Hakimiyyəti göstərilir.

Sumqayıt şəhər sakini Yusif Quliyev Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq, 2 sentyabr 2002-ci il tarixli, 218 nömrəli sərəncamla “Heydər Parkı” ərazisində faktiki istifadə etdiyi torpaq sahəsində kommersiya obyekti quraşdırılması məqsədilə ayrılmış 24 kvadrat metr torpaq sahəsindən istifadə etməsinə və oradakı əvvəlki iaşə obyektinin quraşdırılmasına yaradılmış maneə, məhdudiyyətlərin qadağan edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib. Yusif Quliyevin şikayəti Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində araşdırılıb.

Şikayətçi Yusif Quliyev qeyd edib ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 2 sentyabr 2002-ci il tarixli, 218 nömrəli sərəncamı ilə Sumqayıt şəhəri, “Heydər parkı” ərazisində istifadə etdiyi torpaq sahəsindən kommersiya obyekti quraşdırılması məqsədi ilə 24 kvadrat metr torpaq sahəsi onun adına sənədləşdirilib. Onun sözlərinə görə, qeyd edilən torpaq sahəsinin sxemi çəkilib və yerində ölçülərək ona təhvil verilib: “Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən “Heydər Parkı” ərazisində adına sənədləşdirilmiş 24 kvadrat metr torpaq sahəsinin inşaat pasportu da hazırlanıb və 21 mart 2004-cü il tarixdə qeydiyyatdan keçirilməklə mənə təqdim edilib. Həmin torpaq sahəsində yüngül konstruksiyadan iaşə obyekti quraşdırmışam, işlətdiyim müddətdə həmin obyektdə əsaslı təmir işləri aparmışam, yüngül plastik materialdan yeni qapı və pəncərə salmışam. Bütün bu işlərə ümumilikdə 10000 manatdan artıq vəsait xərcləmişəm”.

“Obyektim məhv edildi”

Şikayətçinin bildirdiyinə görə, 2011-ci ilin iyul ayında Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri əraziyə gələrək “Heydər parkı” ərazisində əsaslı abadlıq və təmir işlərinin aparılacağını, ərazidə bütün iaşə obyektlərinin sökülməli olduğunu bildiriblər, ona başqa yerdən torpaq sahəsi veriləcəyini vəd ediblər: “Nəticədə istifadə etdiyim iaşə obyekti sökülüb. Park ərazisində aparılan yenidənqurma və abadlıq işləri adı altında külli miqdarda vəsait xərclədiyim yeganə gəlir mənbəyi olan obyektimk bir an içərisində məhv edildi. Lakin nə başqa torpaq sahəsi ilə təmin edildim, nə də problemim hər hansı bir şəkildə öz həllini tapmadı. Halbuki yüngül konstruksiyadan quraşdırdığı obyektim söküldüyü halda, hazırda park ərazisində üç ədəd ikimərtəbəli iaşə obyektinin əsaslı tikintisi başa çatdırılıb. Eyni zamanda, bəzi obyekt sahibləri də başqa yerdən torpaq sahəsi ilə təmin ediliblər. Dəfələrlə bununla bağlı etdiyim müraciətlərə cavabdeh ya şablon cavablar verib, yaxud da, ümumiyyətlə cavablandırmayıb. Yalnız xeyli müddətdən sonra başa düşdüm ki, icra başçısı tərəfindən aldadılmışam. Nəticədə cavabdehin qanunsuz hərəkətləri ucbatından maddi cəhətdən böyük zərərə uğramışam. Həmin obyektdən hər ay ən azı 500 manat məbləğində gəlir əldə edirdim. Obyektin sökülməsi nəticəsində əldə etdiyim gəlirdən mərhum olmuşam. Göründüyü kimi, torpaq sahəsinin istifadəmə ayrılması barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının 2 sentyabr 2002-ci il tarixli, 218 nömrəli sərəncamı qüvvədə olduğu halda, torpaqdan istifadə etməyimə imkan verilməməsi və quraşdırdığım obyektin abadlıq adı altında sökülməsi qanunsuz olmaqla yanaşı böyük məbləğdə maddi zərərə də uğratmışam”.

“İcra başçısının ucbatından əmlakımdan məhrum olmuşam”

Yusif Quliyev həmçinin bildirib ki, bu səbəblər üzündən icra hakimiyyətinə qarşı məhkəmədə iddia qaldırmağı qərara alıb: “Çünki cavabdehə, digər müvafiq orqanlara həmin gündən hazıradək etdiyi müraciətlərə şablon cavablar verilməklə pozulmuş hüquqlarım bərpa

edilməyib. Beləliklə də, icra başçısının qanunsuz hərəkətləri ucbatından həm öz əmlakımdan, həm də torpağımdan mərhum olmuşam. İcra hakimiyyətinin istifadəmdə olan tikilini hər hansı məhkəmə qərarı olmadan sökməsi və sərəncam qüvvədə olduğu halda, torpaqdan istifadəsinə icazə verməməsi qüvvədə olan normativ hüquqi aktlara ziddir”.

“İddiaçının şikayəti əsassızdır”

Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi bildirib ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 218 nömrəli, 2 sentyabr 2002-ci il tarixli sərəncamı ilə Quliyev Yusif Fazil oğlunun “Heydər Parkı” ərazisində faktiki istifadə etdiyi torpaq sahəsində kommersiya obyekti quraşdırılmasına icazə verilib: “Həmin sərəncamın 5-ci bəndinə əsasən yerində quraşdırılan sahədə əsaslı tikintiyə icazə verilmədiyi və baş plana uyğun olaraq, tikinti aparılması lazım olarsa, quraşdırmanın ləğv olunacağı bildirilib. 2011-ci ildə bütün respublika ərazisində aparılan yenidənqurma və abadlıq işlərinə başlanılıb. İlk növbədə şəhərin mərkəzi küçə və meydanlarında, park və xiyabanlarında əsaslı təmir və abadlıq işləri görülüb. Sumqayıt şəhərinin əsas istirahət və mədəniyyət mərkəzlərindən biri olan “Heydər parkı” ərazisində də 2011-ci ildən abadlıq və yenidənqurma işlərinə başlanılıb. Həmin ərazidə əsaslı təmir işləri hazırda da aparılmaqdadır. Bu məqsədlə əvvəllər ayrı-ayrı vətəndaşların müvəqqəti istifadəsinə verilmiş, müasir standartlara cavab verməyən obyektlər ləğv edilib və bu barədə həmin obyektlərin istifadəçilərinə məlumat verilib. Yusif Quliyev iddia ərizəsində qeyd etdiyi kimi, onun istifadəsində olmuş yüngül konstruksiyadan inşa edilmiş müvəqqəti obyekt 2011-ci ildə ləğv edilib. Həmin vaxt Yusif Quliyev tərəfindən hər hansı bir şikayət və ya tələb irəli sürülməyib. İddiaçının istifadəsində olan obyekt yüngül konstruksiyadan ibarət olmaqla müvəqqəti xarakterli olub və bu barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 218 nömrəli, 2 sentyabr 2002-ci il tarixli sərəncamında da müvafiq qeyd aparılıb. İddiaçı qeyd olunan sərəncamla onun istifadəsinə verilmiş obyektin müvəqqəti xarakterli olduğunu sərəncam verildiyi andan bilib və həmin sərəncamda göstərilən

tələbi qəbul edilib. Belə olan halda, onun hazırkı iddia tələbi ilə çıxış etməsi tamamilə əsassız və qeyri-qanunidir”.

“İddiaçı 12 il müddətində həmin obyektdən istifadə edib”

Nümayəndənin fikrincə, Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır: “Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 66-cı maddəsini 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. İş materiallarından görünür ki, Yusif Quliyevin iddia etdiyi torpaq sahəsi üzərində hüquqları müəyyən edilməyib, yəni həmin torpaq sahəsinin iddiaçıya hansı hüquqla ayrılması qeyd olunmayıb. Eyni zamanda iddiaçı iddia etdiyi torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmayıb, ümumiyyətlə, hüquqlarını qeydiyyata aldırması üçün əsas olmayıb. Buna

görə də sərəncam müvəqqəti xarakterli olduğuna görə həmin sərəncamın 5-ci bəndində sahədə əsaslı tikintiyə icazə verilmədiyi göstərilib. İddiaçının guya ona maddi zərər vurulması ilə əlaqədar iddia ərizəsində göstərilənlərlə əlaqədar qeyd olunmalıdır ki, iddiaçı 12 il müddətində həmin obyektdən istifadə edib və gəlir əldə edib”.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində işə baxan hakim İsmayıl Quliyevin sədrliyi ilə keçirilən prosesin sonunda Yusif Quliyevin iddiası təmin edilməyib.

Yusif Quliyev qəbul edilmiş məhkəmə qətnaməsindən narazı qalaraq apelyasiya şikayəti verib. Onun şikayəti Sumqayıt Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Nazim Nəsibovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Yusif Quliyev Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarın ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi məsələsini qaldırıb. O, bildirib ki, məhkəmə işin hallarına düzgün qiymət verməyib, iş üçün əhəmiyyəti olan bütün faktiki halları, o cümlədən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 218 nömrəli, 2 sentyabr 2002-ci il tarixli sərəncamının hələ də qüvvədə olmasını araşdırmayıb və əsassız qərar qəbul edib. Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08

  • 
  • Eldar Əzizovun söküntü hazırlığı

    Eldar Əzizovun söküntü hazırlığı ...

    26-08-2013, 11:29

  • 
  • Heydər Əliyevin portretinin yandırılması Eldar Əzizovu bitirir - özəl

    Heydər Əliyevin portretinin yandırılması Eldar ...

    16-06-2015, 11:26

  • 
  • Eldar Əzizov indi də avtobus sürücülərindən pul çıxarır — 10 manata yubiley lövhələri satdırır

    Eldar Əzizov indi də avtobus sürücülərindən pul ...

    6-09-2014, 13:13

  • 
  • Eldar Əzizovun daha bir maxinasiyası üzə çıxır

    Eldar Əzizovun daha bir maxinasiyası üzə çıxır ...

    7-02-2013, 10:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (346)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu