GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "İqbal Ağazadə mənə böhtan atıb" - Ümid sədrinin sabiq müavini MTN-ə müraciət etdi

"İqbal Ağazadə mənə böhtan atıb" - Ümid sədrinin sabiq müavini MTN-ə müraciət etdi

Tarix: 23-11-2015, 17:57 Bölmə :Ölkə Baxış: 0
"İqbal Ağazadə mənə böhtan atıb" - Ümid sədrinin sabiq müavini MTN-ə müraciət etdi

Ümid Partiyası sədrinin keçmiş müavini Könül Quliyevanın Avropa.info-ya müsahibəsi

- Könül xanım, seçkidən sonra ictimai-siyasi fəaliyyətinizdə bir durğunluq hiss edilməkdədir. Bu nə ilə bağlıdır? Seçki nəticələri sizi də, deyəsən, məyus edib?

- Təbii ki, seçki prosesində daha aktiv olmaq üçün səbəb var idi. Çünki seçkidə iştirak edirdim və seçici ilə, cəmiyyətlə aktiv təmasımız olmalıydı. İndi isə hansısa böyük bir siyasi kampaniya olmadığı üçün mən də daha çox öz cari işlərimlə məşğulam. Həm də təhsilimlə əlaqədar bəzi hazırlıqlarım var. Ətraflı münasibət ifadə etməsəm də, ictimai-siyasi vəziyyəti izləyirəm və nə baş verdiyinin fərqindəyəm. O ki qaldı seçkilərin nəticəsinə görə məyus olmağıma, bu qətiyyən belə deyil. Mən seçkidə iştirak edən çox nadir namizədlərdən idim ki, seçkiyə baxışlarımda hər hansı irosionallıq yox idi. Sosial şəbəkədə fikirlərimi açıq bəyan etmişdim ki, mən qətiyyən seçilmək eyforiyasında deyiləm. Seçkinin necə yekunlaşacağını öncədən təsəvvür edirdim. Əsas hədəfim həm özümü sınamaq, həm də həmyerlilərimi daha yaxşı tanımaq idi. Sadə insanların, idarəetmədə təmsil olunan şəxslərin, dostların və qohumların yanaşmasını yaxından öyrənə bildim. Yəqin ki, bu barədə nə vaxrsa geniş danışacam. Seçki prosesində qarşıma qoyduğum hədəflərimə tam nail olduğumu söyləyə bilərəm. O müddət ərzində yaxşıları da, pisləri də tanımaq imkanım oldu. Nə etmək, necə etmək, hansı resursların gərəkdiyini daha yaxşı aydınlaşdırdım. Fürsətdən istifadə edib mənə dəstək olan hər kəsə bir daha təşəkkür edirəm.

- Əvvəllər ölkə gündəmində daha fəal idiniz. Bu Ümid Partiyasındakı statusunuzla bağlı idi, yoxsa seçkilərə hazırlıq məqsədi daşıyırdı?
- Ölkədə mövcud olan ictimai-siyasi proseslərə hal-hazırda bilərəkdən münasibət bildirmirəm. Mən Ümid Partiyasında siyasi vəzifə daşıyanda qərargahda oturub işimi bitmiş hesab etmirdim. Demək olar, elə bir siyasi hadisə olmayıb ki, ona münasibət bildirməyim. Qadınların partiyaya fəal cəlb edilməsi istiqamətində çox proqramlar həyata keçirmişəm. Regionlarda səfərlərdə olurdum, ayda bir neçə dəfə qadınların iştirakı ilə maraqlı diskussiyalar, müşavirələr, sorğular və digər tədbirlər keçirirdim. Aclıq aksiyalarından tutmuş, əsgər ölümlərinə etiraz məqsədilə təşkil olunan kütləvi aksiyalara qədər hər bir təşəbbüsə qoşulmuşam və iştirak etmişəm. Yeri gəlmişkən deyim ki, bu fəaliyyətimin heç biri partiya sədri tərəfindən planlaşdırılmırdı. Bunu öz təşəbbüsümlə edirdim ki, partiyanın qadınlarla bağlı siyasi kursunu cəmiyyətə təqdim edərkən etimadlı münasibət olsun. Olduğum yerdə öz işimi məsuliyyətlə və yüksək peşəkarlıqla icra etmişəm. Təsadüfi deyil ki, cəmiyyət məni siyasi fəaliyyətimə görə heç vaxt qınamayıb, əksinə daha çox rəğbətlə xatırlayırlar. Bu gündə cəmiyyətin nüfuzlu, savadlı, əqidəli və prinsipial insanlarının dəstəyini hiss edirəm.

- Siz də bir müddət öncə MTN-də başınıza gətirilənlərdən yazmışdınız. Bu məsələlərə hansısa aydınlıq gəldimi?
- Bəli, keçən ilin may ayının 29-da məni MTN əməkdaşları qanunsuz olaraq evimdən götürüb nazirliyin binasına gətirdilər. Guya hansısa MTN geniralına zəng edib şantaj etmişəm deyə, istintaqda sorğu-sual etməlidirlər. Bu barədə geniş yazı yazdığım üçün o məsələnin detallarına yenidən qayıtmaq istəmirəm. Amma MTN-in yüksək vəzifəli əməkdaşlarının qanunazidd davranışlarını oxuduqca məndə də belə bir fikir formalaşıb ki, bu hadisəyə bir aydınlıq gətirilməlidir. Mən fəal siyasi fəaliyyətlə məşğul olan bir qadın kimi heç vaxt hüquqa zidd əməl törətməmişəm. Belə olduğu halda, başıma bu işin gəlməsindən və sonradan aldığın mənəvi-psixoloji zərbələrdən uzun müddət özümə gələ bilmədim. İndi fürsətdən istifadə edib MTN işi ilə bağlı istintaqın rəhbərliyinə müraciət edir və xahiş edirəm, Ümid Partiyasının rəhbərliyində təmsil olunan qadınların hansı səbəbdən bu idarəyə aparılmasına bir aydınlıq gətirsinlər. Mən media vasitəsilə istintaqdan xahiş edirəm ki, bizim həmin vaxt hər hansı cinayətimiz olubsa, haqqımızda qanuni ölçü götürülsün. Şəxsən mənim törətdiyim cinayət faktı olubsa, mütləq bu araşdırılsın və tədbir görülsün. Yox, əgər bu işin arxasında da kiminsə şantaj edilməsi, rüşvət alınması və ya digər səbəblər dayanırsa bu da aydınlaşsın. Belə bir qanunsuz və rüsvayçı hadisəni həmin vaxt ictimailəşdirməyimə mane olan İqbal Ağazadə iddia edirdi ki guya öz əlaqələrindən istifadə edib, məsələni aydınlaşdıracaq. Lakin o, sonradan partiyada mənə qarşı kampaniya başlatdı ki, guya mən MTN əməkdaşları ilə əlbir olmuşam və bu oyunu qurmuşuq. Mənə qarşı atılan bu çirkin böhtandan sonra partiya sıralarından istefa verməli oldum. Bir daha hüquq-mühafizə orqanlarının rəhbərliyinə, istintaqa rəhbərlik edən şəxslərə media vasitəsilə müraciət edirəm ki, bu işi araşdırsınlar. İ. Ağazadə o zaman mənə imkan vermədi ki, bu olayı dərhal ictimailəşdirim. Özü isə deputatlığından istifadə edib bu məsələni guya “araşdırandan” sonra mənə böhtan atmaqla bu işi bağladıqlarını düşündülər. Haqq ədalət indi öz yerini tapmaq ərəfəsindədir. Mən cinayət etmişəmsə, xahiş edirəm, haqqımda ölçü görürülsün. MTN əməkdaşları ilə hansısa açıq və gizli əlaqəm olubsa, bunu mütləq cəmiyyətə açıqlasınlar. İqbal Ağazadənin mənə böhtan atmaqla bu işi müvəqqəti də olsa ört-basdır etməsinin səbəbini istintaqdan araşdırmağı xahiş edirəm.

- Bununla bağlı istintaq orqanlarına rəsmi müraciət etməyi düşünürsünüzmü?
- Qanunvericiliyə görə bu dediklərim də rəsmi araşdırma aparmaq üçün yetərlidir. Hüquqşünaslarla da məsləhətləşəcəm və zərurət olarsa, o zaman rəsmi məktubla da müraciət edəcəm.

- Seçki öncəsi siyasətdə yeni olan qadınların fəallığı xeyli artmışdı. Lakin indi bunun müşahidə edilməməsinin səbəbləri nədir?
- Siyasi fəaliyyətlə məşğul olmaq istəyən xeyli istedadlı gənc qadınlar var. Amma, indiki şəraitdə bunu reallaşdırmaq, müsbət nəticə almaq elə də asan deyil. Siyasət təkcə o deyil ki, seçkidə bir dairədən namizəd olmaq iddiası ortaya qoyasan. Bəzənib-düzənib gözəl şəkillər çəkdirməklə, bir-iki bəlağətli müsahibə verməklə işini bitmiş hesab edəsən. Bununla siyasətçi olmaq olmaz. Siyasətçi olmaq istəyən qadınlar gərək ölkədə mövcud olan ictimai-siyasi hadisələrə adekvat münasibət bildirsin, həqiqəti deməkdən çəkinməsin, lazım gəldikdə prosesin ən qaynar nöqtəsinə atılsınlar. Təəssüf ki, indi belə qadınların sayı barmaqla göstəriləcək qədərdir. Heç qadınları bu gün aktiv olmamaqda qınamaq da olmaz. Vəziyyət elədir ki, hardasa qadın passivliyini anlamaq olur. O ki qaldı seçki öncəsi qadınların mövsümi fəallığına, bunu da anlamaq lazımdır. Bu imkandan hərə bir cür istifadə etməyə, yararlanmağa çalışır. Siyasətçi olmaq təkcə seçkidə iştirakla məhdudlaşmır. Gərək sən cəmiyyəti hiss edə, onun arzularının ifadəçisi ola biləsən. Bunu indiki dövrdə etmək üçün qol çırmayıb siyasətə atılan qadınlar yox səviyyəsindədir. Seçkidən seçkiyə üzə çıxan qadınlar siyasətə qədəm qoymamış səhnədən çəkiləcəklər. Onların çoxunun siyasi fəaliyyət potensialı yüksək deyil.

- Planlarınız nədir? Yenidən aktiv siyasi fəaliyyət göstərmək niyyətiniz varmı?
- Planlarım çoxdur, amma onları reallaşdırmaq imkanlarım azdır. Bəzən xeylı ideyalarımızı maddi imkansızlıq üzündən təxirə salmalı oluruq. Bizim millət olaraq bu gün ən böyük milli bəlamız budur ki, təşəbbüskar deyilik. Hansı yolla əldə etməsindən asılı olmayaraq imkanlı şəxslərin heç biri sosial, ictimai və milli təşəbbüslərə dəstək vermir. Diqqət edin, vəzifəsindən kənarlaşdırılan bu qədər milyonçu məmurların hansı biri cəmiyyətin irəli getməsində bir təşəbbüsə iynənin ucu qədər dəstək verib. İndi yalnız o şəxslərə dəstək verilir ki, onlar hansısa formada “donorun” işinə yarayır. Yan-yana on milyonlarla dəyərində villalar tikdirən şəxslər bir gün vəzifədən atılanda məlum olur ki, bu adamlar tarixin zibilliyi üçün yaranıbmış. Təəssüf ki, hələ də ölkəmizdə millət və dövlət üçün heç bir ictimai-sosial təşəbbüslərə, planlara dəstək verən yoxdur.

O ki qaldı aktiv siyasi fəaliyyətə bunun da çətinlikləri var. Siyasi fəaliyyət üçün münbit şərait olmasa da uğurla fəaliyyət göstərənlər az deyil. Ən çətin şərtlər altında siyasi fəaliyyətə davam etmək böyük igidlikdir. Ya mövcud partiyalarda siyasi vəzifə daşımalısan, ya da özün yeni partiya yaratmalısan. Yeni partiya yaratmaq, yeni ideyalarla, yeni komanda ilə meydana çıxmaq normal maliyyə tələb etdiyi üçün istedadlı insanların çoxu buna cəhd etmir. Mövcud partiyalarda isə vəziyyət elədir ki, peşəkarcasına siyasəti davam etdirmək partiya sədrlərinin yanaşmasına bağlıdır. Eləsi var ki, maddi imkanı yoxdur, lakin apardığı ardıcıl siyasətlə ayaqdadır. Eləsi var ki, pulu var amma təşkilatlanmaq strategiyası yoxdur. Sadəcə partiya adını üzərinə götürüb vaxt öldürməklə məşğuldurlar. Ölkəmizin ictimai-siyasi mühitinin bu durumda olmasında özünü siyasi partiya sədri adlandıran hər kəsin az və ya çox məsuliyyəti var. Şəxsən mən partiya sədri olsaydım, hər gün cəmiyyətə yeni impuls verən addımlar atardım. Cəmiyyətdə varlığı ilə yoxluğu bilinməyən o qədər partiya var ki adını saymaqla qurtarmır. Bunun cəmiyyətə nə faydası? Bu cür passiv partiyalardansa, hətta rəsmi qeydiyyatı olmayan bir QHT daha faydalıdır. Bir qədər sərt səslənsə də, bu gün partiya kimi 4-5 qurum cəmiyyətdə görünür. Qalanları kiminsə orbitində üzən peyklərdir. Aktiv siyasi fəaliyyətlə bağlı bəzi düşündüklərim olsa da hələlik qərarsızam.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ümid Partiyası 90 saylı Ağdaş seçki dairəsində baş vermiş qanunsuzluqlarla bağlı Baş Prokurorluğa və DİN-ə müraciət etdi

    Ümid Partiyası 90 saylı Ağdaş seçki dairəsində ...

    12-05-2016, 23:04

  • 
  • Niyaməddin Orduxanlı 4-cü dəfə qalib gəldi

    Niyaməddin Orduxanlı 4-cü dəfə qalib gəldi ...

    25-12-2014, 00:39

  • 
  • “Müsavat rəhbərliyi ilə görüşdüm, mənə dəstək vermədilər”- Sərdər Cəlaloğlu

    “Müsavat rəhbərliyi ilə görüşdüm, mənə dəstək ...

    3-04-2018, 13:12

  • 
  • MÜAVİNİNDƏN İQBAL AĞAZADƏNİN ƏLEYHİNƏ İFADƏ ALIBLAR! – “Ümid” sədrinə qarşı kompromat yığılır! (ŞOK)

    MÜAVİNİNDƏN İQBAL AĞAZADƏNİN ƏLEYHİNƏ İFADƏ ...

    3-11-2014, 22:14

  • 
  • Boykot çağırışına kimlər qoşulacaq? - Müxalifət partiyalarından təpki

    Boykot çağırışına kimlər qoşulacaq? - Müxalifət ...

    17-09-2015, 16:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu