GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nar Mobilenin fırıldaqları üzə çıxdı

Nar Mobilenin fırıldaqları üzə çıxdı

Tarix: 28-02-2013, 11:15 Bölmə :Ölkə Baxış: 1 364
Nar Mobilenin fırıldaqları üzə çıxdı

Altmış altı qəpiyindən keçməyən “brend” –
“Azərfon” məhkəmədə biabır oldu
[/b]


Ötən günlərdən birində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində hakim Vəli Abdullayevin sədrliyi ilə “Azerfon” MMC-nin abunəçiyə qarşı yığılmış borcun ödənilməsi ilə bağlı iddiasına baxıldı. Məhkəmə prosesi zamanı üzə çıxan tükürpədici məqamlar özünü brend hesab edən bir şirkət üçün heç də ürəkaçan olmadı.
Çünki 21 mart 2007-ci ildən Nar Mobile ticarət nişanı ilə tanınan “Azerfon” MMC-nin ötən illərdə qazandığı bəzi uğurlar həqiqətdə öz əksini tapmadı. Belə ki, həmin ilin 31 dekabr və növbəti, 1 yanvar günü, həmçinin 2008-ci ilin 20, 21 və 22 mart Novruz bayramı günləri abunəçilərin danışıq haqqının tutulmayacağı haqqında televiziya ekranlarından səsləndirilən reklam rolikləri həqiqətlə üst-üstə düşmədi. Bundan əlavə hər yerdə altı manata (2007-ci ilə görə) satılan nömrə rəhbərlik tərəfindən pay olaraq verilmiş abunəçiyə 8 manatdan hesablanıb. Beləliklə, 50,66 (əlli manat 66 qəpik) manat yığılmış borc və 10 manat dövlət rüsumu məhkəmə yolu ilə abunəçidən tələb olundu.
Burada abunəçinin kim olub-olmadığının heç bir əhəmiyyəti yoxdur. Çünki əldə etdiyimiz məlumata görə belə abunəçilər yüzlərlədir. “Azerfon” MMC qazanmağın asan yolunu tapıb. Məhkəmələrə müraciət edir və məhkəmələr dərhal borcun ödənməsi üçün Məhkəmə Əmri çıxardır.
Hazırda haqqında bəhs etdiyimiz məsələ ilə bağlı da belə olmuşdu. 30 oktyabr 2012-ci ildə borcun ödənməsi üçün məcburi qaydada Məhkəmə Əmri çıxarılmışdı və Elşad adlı icraçı təcili ödəniş tələb edirdi. Abunəçinin etirazından sonra məhkəmə işi iddia icraat formasına keçirdi və araşdırmağa başladı.
Qeyd edək ki, “Azerfon” MMC Azərbaycanda fəaliyyətə başlayan birinci mobil operator deyil. Odur ki, digər mobil operatorların buraxdığı səhvlər burada istisna olmalıdır. İkincisi, nəzərə alsaq ki, Bilayn mobil operatorunu işə salan mütəxəssislər bu operatorun iş mexanizmini hazırlayıblar, onda ideal səviyyəli iş ortaya qoyulmalı idi. Amma...
Son olaraq araşdırılıb ortaya çıxarılan məlumatlar “Azerfon” rəhbərinin ötən illər ərzində işçilərin əksəriyyətinin işdən azad olunması haqqında göstərişlərinə istinadən fikir yürütmək mümkündür ki, burada işlər heç də ürəkaçan olmayıb. Çünki heç bir rəhbər yaxşı, qüsursuz işləyən işçisini işindən kənarlaşdırmaz. Bu şirkətin aşağı eşalonunda təmsil olunan texniki işçilərin də tikan üstündə oturduğunu nəzərə alsaq yaxın gələcəkdə başqa qüsurların da üzə çıxa biləcəyini əminliklə söyləyə bilərik.
Ədalət naminə bildirmək lazımdır ki, bütün bunlara baxmayaraq Nar Mobile sevilən mobil operatordur və günü-gündən abunəçilərin sayı artmaqdadır. Tez-tez sürprizli kompaniyalar keçirir. Sonuncu kompaniya 30 dəqiqə pulsuz danışıq vaxtının verilməsidir. İnanmaq istəmirik ki, bu otuz dəqiqələr də nə vaxtsa abunəçilərə borc olaraq yüklənə və məhkəmələr vasitəsilə ödənişi reallaşdırıla.
“Azerfon” MMC-nin yüksəlməkdə olan nüfuzu nəzərə alınaraq məhkəmə zalında borcun bağışlanması və yaxud müəyyən hissəsindən keçilməsi barədə təkliflər səsləndirildi. Elan olunan fasilə zamanı şirkətin nümayəndəsi Bakı şəhəri, Heydər Əliyev prospekti 106 A ünvanında yerləşən baş ofislə əlaqə saxlasa da rəhbərlik 66 qəpiyindən belə keçmədi.
İşi diqqətlə araşdıran hakim haqqın şirkət tərəfində olsa da ədalətin abunəçi tərəfində olduğunu bidirərək iddianı rədd etdi. Beləliklə, Kəpəz Rayon Məhkəməsində ədalət zəfər çaldı. İnanmaq istərdik ki, Nar Mobile mobil operatoru yarıtmaz işçilərini mükəmməl mütəxəssislərlə əvəzləyəcək və yüksəlməkdə olan nüfuzunu qoruyub saxlayacaq.

[b]Ə.Azəri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Nar Mobile”də biabırçılıq-TƏFSİLAT

    “Nar Mobile”də biabırçılıq-TƏFSİLAT ...

    7-04-2016, 14:12

  • 
  • Təqvimdə dövlət bayramları ilə bağlı yenə dəyişikliklər olacaq

    Təqvimdə dövlət bayramları ilə bağlı yenə ...

    12-12-2013, 14:23

  • 
  • Göyçayda Nar bayramı keçirilib

    Göyçayda Nar bayramı keçirilib ...

    7-11-2015, 18:50

  • 
  • Qazaxda danışıq kartları bahalaşıb?

    Qazaxda danışıq kartları bahalaşıb? ...

    29-01-2014, 13:02

  • 
  • Vahid Mürsəliyev 1 dekabr 2015-ci tarixindən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edildi

    Vahid Mürsəliyev 1 dekabr 2015-ci tarixindən ...

    3-12-2015, 00:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu