Bakı Metropoliteninin stansiyalarında "Azadlıq", "Yeni Müsavat", “Bizim Yol” və “Gündəm” qəzetlərinin satışına qadağa qoyulub.
Virtualaz.orq “Yeni Müsavat”dan aldığı məlumata əsasən bildirir ki, qadağa qeyri-rəsmidir. Onun kimdən gəldiyi və səbəbi də dəqiq bəlli deyil.
Azadliq.info isə yazıb ki, Bakı Metropoliten İdarəsinin rəisi Tağı Əhmədovla əlaqə saxlayan qəzetçilər öyrəniblər ki, o, hazırda ölkədə deyil, Tiflisdədir. T.Əhmədov bildirib ki, qəzetlərin stansiyalarda satışına qadağa qoyulması barədə heç bir göstəriş verməyib və gələn həftənin birinci günü Bakıya qayıtdıqdan sonra bu məsələni araşdıracaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?