Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə A. Mütəllibovun yaşadığı binada foyenin satılması haqda müraciəti ilə bağlı tədbirlər görülüb.
Müraciətin yoxlanılmasının nəticələrinə əsasən, Azərbaycan Respublikasının Prokurorluğu Qurban Xəlilov küçəsi 5-də yerləşən "Tapet Oil Gas Co LTD"nin əmlakına həbs qoyulması üçün tədbirlər görülməsinə təşəbbüs edib.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmlaka həbs qoyulması barədə məsələ məhkəmə qaydasında həll edilir.
Xatırladaq, virtualaz.org dünən Q.Xəlilov küçəsi 5-də yaşayan sabiq prezident A.Mütəllibovun, jurnalist Şahin Hacıyevin və başqa sakinlərin dövlət orqanlarının binanın foyesinə qanunsuz mülk kağızı vermələri barədə yazı dərc etmişdi./virtualaz.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?