4 il cəza alan Şamaxı sakini hakimlərdən haqq-ədalət istədi
Sumqayıt Apelyasiya Məhkəməsində əvvələr dəfələrlə məhkumluq həyatı yaşayan Şamaxı rayon sakini, 1975-ci il təvəllüdlü Səhid Mədətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Səhid Mədətov 2 iyul 2013-cü il tarixdə, saat 16.00-da Şamaxı rayonunun Qəleybuğurd kəndində yaşadığı evdə anası Yasəmən Mədətovadan pul istəyib və onu rahat ailəsi ilə yaşamasına imkan vermədiyi üçün aralarında
mübahisə yaranıb. Mübahisə zamanı Səhid Mədətov 79 yaşlı anasını xüsusi amansızlıqla döyərək, ona çoxsaylı xəsarətlər yetirib.
Səhid Mədətov Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib və Şamaxı Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Səhid Mədətov apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib. O, bildirib ki, onun barəsində birinci instansiya məhkəməsi tərəfindən ağır cəza təyin edilib. O, işinə yenidən baxılmasını, haqq-ədalət naminə ona ədalətli cəza verilməsini xahiş edib.
Apelyasiya şikayətini araşdıran məhkəmə heyəti Səhid Mədətovun işi üzrə qərar elan edib. Qərara görə, Səhid Mədətovun apelyasiya şikayəti təmin edilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?