gundemxeber.az xəbər verir ki, Fransanın xarici işlər nazirinin oğlu dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə saxlanılıb.
Fransada yayımlanan BFM kanalına açıqlamasında Fransanın xarici işlər nazirinin oğlu Tomas Fabiusun vəkili, müvəkillinin saxlanıldığı xəbərini təsdiqləyib, ancaq bu barədə əlavə şərh verməyib. Nazir Loran Fabiusun böyük oğlu olan Tomas Fabius haqqında uzun müddətdir ki, maliyyə cinayətkarlığı ilə mübarizə idarəsinin polisləri tərəfindən araşdırmalar aparılır.
Tomas Fabius, 2012-ci ildə Parisdə 7 milyon avro dəyərində bir binanın satışında vergidən yayınmaya yol verdiyinə görə ittiham edilir. Fransız polisi 2013-cü ildə Tomas Fabiusun şübhəli bank hesabları ilə bağlı istintaqa başlamışdı. Bu ilin oktyabr ayında isə Fransız məbuatında, Tomas Fabiusun ABŞ-da qarşılıqsız çek yazdığı iddiaları yer almışdı. Həftəlik yayımlanan Le Poynt jurnalı, Fransız nazirin oğlunun ABŞ-dakı qumarxanalara böyük məbləğdə borcu olduğunu və yazdığı qarşılıqsız çeklər ucbatından ABŞ məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilə biləcəyini gündəmə gətirmişdi. Jurnal Tomas Fabiusun Nevada ştatındakı üç qumarxanaya 3 milyon dollar borcu olduğunu iddia etmişdi. Nazirin oğlunun qumara düşkünlüyünün Fransada da yaxşı bilindiyini qeyd edən jurnal, Tomasın Monte Karlodakı qumarxanaya da 2012-ci ildə 1,9 milyon avro borcu yarandığını irəli sürmüşdü.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?