“Qanuni oğru”lar “Kaxa Qalski” ləqəbli Kaxaber Parpaliya ilə Buryatiyada iş adamı kimi tanınan, kriminal aləmlə bağılığı olduğu bildirilən “Sadıx” ləqəbli İlşat İvanovun adamlarının davasını əks etdirən görüntülər yayılıb. gundemxeber.az xəbər verir ki, hadisə Ulan-Udedə baş verib.
“Qanuni oğru” Taxinin həbsindən sonra bu bölgədə nüfuz savaşı gedir və tərəflər bir-birlərinə açıq hücumdan da çəkinmirlər.
Taxini himayəsi altında fəaliyyət göstərən Sadıxın adamları Buryatiyanı nəzarəti altına almaq istəyən Kaxa Qlaskinin adamlarına hücum edib. Davada təkcə yumruqlar işə düşməyib, həmçinin silahlar da “danışıb”.
Döyülənlərdən birini hətta küçədə soyunduraraq ölümcül döyüb, daha sonra isə üstünə su tökərək ayıltmağa çalışıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?