Moskva polisi şəhərin Vernadski küçəsində yerləşən kafedə “qanuni oğru”ların görüşünü yarımçıq kəsib. AzNews.az Rursiya mətbuatına istinadən xəbər verir ki, görüşdə 64 yaşlı “Petroviç Kazaxıstanski” ləqəbli Viktor Rıjenkov və 54 yaşlı Otari Totoşiya iştirak edib.
Axtarış zamanı Rıjenkovdan 7 qr heroin, Totoçiyadan isə Vladimir Qrebinşikov adına saxta pasport tapılıb.
Saxlanan “qanuni oğru”lar kriminal aləmdə “köhnə qvardiya”nın nümayəndəsi hesab edilir. Yaşlarına baxmayaraq onlar kriminal aləmdəki fəallıqları və nüfuzları ilə seçildikləri üçün hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?