GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Füzuli Ələkbərov korrupsiya başında

Füzuli Ələkbərov korrupsiya başında

Tarix: 5-03-2013, 11:43 Bölmə :Ölkə Baxış: 740
Füzuli Ələkbərov korrupsiya başında

İlqar Məmmədov və Tofiq Yoqublu isə həbsdə

52 QHT rəhbəri İ.Məmmədov və T.Yaqublunun azad edilməsini tələb etdi

Azərbaycanın 52 vətəndaş cəmiyyəti təşkilatının rəhbərləri Respublikaçı Alternativ hərəkatının rəhbəri İlqar Məmmədovun və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun həbsi ilə əlaqədar birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir:
“Biz vətəndaş cəmiyyətinin nümayəndələri olaraq Respublikaçı Alternativ Hərəkatının sədri, Prezidentliyə namizəd İlqar Məmmədovun və “Yeni Müsavat” qəzetinin yazarı Tofiq Yaqublunun düz bir ay bundan öncə baş verən həbsini siyasi sifariş hesab edərək Azərbaycan hakimiyyətindən onları dərhal azad edilməsini tələb edirik.
İlqar Məmmədov və Tofiq Yaqublu barəsində fevralın 4-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddələri ilə ittiham edilirlər. Tərəfimizdən aparılan ilkin araşdırmalar onu göstərdi ki, İ. Məmmədov və T. Yaqublu İsmayıllıya etiraz aksiyaları başlayandan bir gün sonra gediblər. Məhz hadisələrin ilk günü, yəni 23 yanvardan 24 yanvara keçən gecə İsmayıllıda etirazçılar yüksək vəzifəli məmurların ailə üzvlərinə məxsus otel və bir neçə bahalı avtomobil yandırmışdılar. İlqar Məmmədov və Tofiq Yaqublu İsmayıllıya yalnız yanvarın 24-ü günorta radələrində gələrək rayon mərkəzində 2 saata yaxın olub, insanlarla jurnalistlərin yanında ünsiyyətdə olmuş və etirazların səbəbləri ilə maraqlanmışlar. Onlar orda olarkən heç bir qanun pozuntusuna yol verməmiş əksinə T. Yaqublu bir jurnalist kimi öz peşə borcunu yerinə yetirib, İ. Məmmədov isə bir ictimai-siyasi xadim olaraq etirazların səbəblərini yerli əhalinin özündən eşitmək istəyib.
Hüquq mühafizə orqanları və hakimiyyət ilk öncə İsmayıllıda olan etirazı adi yol nəqliyyat hadisəsinin üstündə şişirdilmiş münaqişə kimi qələmə verdilər, daha bir neçə gün sonra etirazların əsl səbəblərini ört basdır etmək məqsədi ilə tələsik və məsuliyyətsiz hadisələrin təşkilatçılığını müxalifətin üzərinə atıb. Halbuki yol nəqliyyat hadisəsini törədən məmur övladı yerli əhalinin məmur özbaşınalığı ilə dolmuş səbir kasasını daşırdı.
Araşdırmalarımız bir daha göstərdi ki, İsmayıllı camaatının etirazlarına səbəb İsmayıllının İcra başçısı Nizami Ələkbərovun yaxın qohumlarının törətdikləri yol nəqliyyat hadisəsi zamanı yerli əhalini təhqir etmələri olub. Məhz bu səbəbdən etirazçılar icra başçısının qardaşı, Sosial müdafiə naziri Fizuli Ələkbərovun oğluna məxsus oteli yandırdılar və icra başçısının istefasını tələb etdilər. İsmayıllı hadisələrinin məhz məmur özbaşınalığı ucbatından baş verdiyini prezident İlham Əliyevin son çıxışından və o çıxışdan sonra baş verən hadisələrdən də aydın görmək olur. Belə ki, İ. Əliyev nazirlər və yüksək vəzifəli məmurlarla görüşdə məmur övladlarının özbaşınalıqlarından, məmurların regionlarda sahibkarları incitməsindən hiddətlənərək onları bu hərəkətlərə son qoymağa çağırıb. Əliyev həmçinin bildirib ki, bu hərəkətləri edən məmur övladları həbs olunacaq və onların valideynləri tutduqları yüksək vəzifələrdən azad olunacaqlar. Məhz həmin çıxışdan bir neçə gün sonra prezident öz Fərmanı ilə İsmayıllının icra başçısı Nizami Ələkbərovu tutduğu vəzifədən azad etdi. Bu bir daha göstərir ki, hadisələr məmurların regiondakı özbaşınalıqları ucbatından baş verib və hüquq-mühafizə orqanlarının hadisələrin təşkilini İ. Məmmədov və T. Yaqublunun üstünə yıxması absurddur. Hazırda dövlətin müvafiq qurumları tərəfindən nazir Fizuli Ələkbərovun və onun qardaşı İsmayıllının sabiq icra başçısı Nizami Ələkbərovun İsmayıllı rayonunda çoxsaylı biznes obyektləri (əsasən daşınmaz əmlak, tikinti və torpaq sahələri) aşkarlanıb və həmin obyektlər siyahıya alınaraq onların qanuni yollarla əldə olunub-olunmadığı araşdırılır. Bəzi obyektlər o cümlədən ilk gündə yandırılan “Çıraq” oteli də dövlət qurumları tərəfindən sökülüb. İcra başçısının vəzifədən azad olunması, onun ailəsinə məxsus şübhəli yollarla qurub-yaratdığı əmlaklarının sökülməsi dolayı yolla göstərdi ki, hadisələrin səbəbkarı məmurlar idi, mərkəzi hökumət isə bu addımları yerli əhalini tam sakitləşdirmək və vəziyyəti stabilləşdirmək məqsədi ilə atıb.
Beləliklə, prezident seçkiləri keçiriləcək bir ildə prezidentliyə potensial namizəd olan İ. Məmmədovu, eləcə də ölkənin aparıcı müxalifət qəzetinin tanınmış yazarı T. Yaqublunun həbsi seçki ilində müxalifət düşərgəsinin qorxudulmasına yönəlib və hakimiyyətin bu addımı seçkilərin azad və ədalətli keçiriləcəyinə indidən haqlı şübhələr doğurur.
Məhz bu baxımdan biz Azərbaycan hakimiyyətini seçki ilində xüsusi önəm daşıyan ifadə və sərbəst toplaşmaq azadlığı sahəsində siyasi iradə nümayiş etdirərək, liberal islahatlar keçirməyə, İlqar Məmmədov və Tofiq Yaqublu, həmçinin həbsdə olan digər jurnalist və siyasi məhbusları dərhal azad etməyə çağırırıq. Hesab edirik ki, Azərbaycan 2014-cü ildə Avropa Şurasında 6 ay sədrlik edəcək və 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarını qəbul edəcək ölkə kimi Avropa dəyərlərinə sadiqlik nümayiş etdirməli və 2013-cü ildə keçiriləcək prezident seçkilərinin azad və ədalətli şəraitdə keçirilməsini təmin etməlidir.
Biz həmçinin ATƏT və Avropa Şurasını Azərbaycanda baş verən son hadisələri yaxından izləməyə, Azərbaycan iqtidarına insan haqları sahəsində öhdəliklərə əməl etmək ilə bağlı çağırışlar etməyə və digər zəruri ölçülər görməyə çağırırıq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tofiq Yaqublu və İlqar Məmmədovun məhkəməsi təxirə salındı

    Tofiq Yaqublu və İlqar Məmmədovun məhkəməsi ...

    26-02-2016, 12:03

  • 
  • Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir

    Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir ...

    25-09-2014, 15:55

  • 
  • Hakimiyyət siyasi repressiyalara başladı

    Hakimiyyət siyasi repressiyalara başladı ...

    5-02-2013, 10:33

  • 
  • Avropa Məhkəməsi Tofiq Yaqublunun azad edilməsi barədə qərar verdi

    Avropa Məhkəməsi Tofiq Yaqublunun azad edilməsi ...

    5-11-2015, 19:01

  • 
  • İctimai Palata həbslərlə bağlı bəyanat yaydı

    İctimai Palata həbslərlə bağlı bəyanat yaydı ...

    5-02-2013, 10:35


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (268)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu