GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ​“Maqnitski qanunu” – sənəd nəyi əhatə edir, kimlərə təhlükədir?

​“Maqnitski qanunu” – sənəd nəyi əhatə edir, kimlərə təhlükədir?

Tarix: 13-09-2017, 12:36 Bölmə :Cəmiyyət / Hadisə Baxış: 397
​“Maqnitski qanunu” – sənəd nəyi əhatə edir, kimlərə təhlükədir?


Son günlər Azərbaycanın gündəmində ən çox müzakirə olunan məsələlərdən biri də ABŞ Konqresinin qəbul elədiyi “Maqnitski qanunu”nun Azərbaycana qarşı tətbiq olunma ehtimalıdır. Deputatların, dövlət rəsmilərinin tez-tez müzakirə etdiyi bu məsələ ilk növbədə ictimai rəydə də narahatlıq doğurur.

Bəs nədir bu akt? “Yeni Müsavat” Rusiyanın kabusuna çevrilən bu sənədlə bağlı bilinməyən detalları açıb.
2016-cı il dekabrın 9-da ABŞ Konqresi Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu (“Global Magnitsky Human Rights Accountability Act”) qəbul edib. Yeni qanun 2012-ci ildə qəbul edilmiş Maqnitski İnsan Haqları qanununun təsir dairəsini qloballaşdırır. Başqa sözlə, 2012-ci il tarixli qanun yalnız Rusiya vətəndaşlarına şamil edilə bilərdisə, dekabrın 9-da qəbul edilmiş qanun onun təsir dairəsini potensial olaraq hər bir ölkəyə yayır. Bu qanun Amerika prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza verilməsindən imtina etmək və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir. Qanun habelə kimlərə sanksiyalar qoyulması barədə qərar qəbul edərkən prezidenti QHT-lərin rəylərini nəzərə almağa yönəldir. Bu halda prezident sanksiyalarla hədəflənmiş fərdlərin adlarını açıqlamağa borcludur.
ABŞ-da mənzillənmiş “Freedom House” təşkilatı bu qanunun qəbulu ilə bağlı bəyanat verib. Təşkilatın prezident əvəzi Daniel Calingaert deyib ki, Birləşmiş Ştatların tarixində ilk dəfə olaraq insan haqları cinayətləri törədənlərdən haqq-hesab çəkən və gələcəkdə bu cür cinayətlərin törədilməsinin qarşısını ala biləcək qanunvericilik aktı qəbul edilib.
“Freedom House” Konqresi bu aktın qəbulu münasibətilə təbrik edib və prezidenti bu qanununu tez bir zamanda təsdiqləməyə çağırıb. Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununun həmtəşəbbüsçüləri olaraq senatorlar Con Makkeyn və Ben Kardinin, habelə konqresmen Kristofer Smitin adları çəkilir. Akta görə, Dövlət Departamentinə sanksiyalara məruz qalacaq xarici şəxslərlə bağlı təklifi dövlət katibinin Demokratiya, İnsan haqları və Əmək üzrə müavini təqdim edə bilər.
ABŞ prezidenti Konqres rəhbəri və müvafiq komitələrin yüksək çinli şəxsləri tərəfindən adları aldıqdan sonra həmin şəxslərin bu tipli işlərə cəlb olunub-olunmadığını araşdırmalı və sanksiya tətbiq edib-etməyəcəyi barədə qərarını siyahını təqdim edən tərəfə bildirməlidir.
ABŞ Senatı “Sergey Maqnitski aktı”nın Rusiya ilə yanaşı, digər ölkələrə də təsirini nəzərdə tutan qanun layihəsi qəbul edib. Bu barədə məlumat xarici işlər komitəsinin üzvü, təşəbbüsün müəllifi Ben Kardinin ofisindən verilib. Senatın dəstəklədiyi sənəd ABŞ prezidentinə korrupsiyada, məhkəmə hökmü olmadan edam həyata keçirməkdə, işgəncə verməkdə, hüquq müdafiəçilərinə və məmurların qanunsuz əməllərini ifşa edənlərə qarşı qanun pozuntularında günahkar olan şəxslərin siyahısını yeniləməyə və dərc etdirməyə səlahiyyət verir. Siyahıya düşən şəxslərə ABŞ vizası verilmir, bu şəxslər ABŞ ərazisində mülkə sahib ola bilməz, banklardakı hesabları isə dondurulacaq.
“Maqnitski aktı”nın hazırlanmasına səbəb 2009-cu ilin noyabr ayında Moskvada “BOZDUR” investisiya fondu və “Hermitage Capital Management”lə əməkdaşlıq etmiş və təşkilatdan vergi ödənişindən boyun qaçırmaqla yüzlərlə milyon rubl mənimsədiyi deyilən auditor Sergey Maqnitskinin ölümüdür. Auditorun ölümü Qərbdə də ictimai rezonans doğurub. Ardınca Amerika senatoru Bencamin Kardin “Maqnitski siyahısı”sını tətbiq edərək Rusiya məmurlarının adını bura daxil edib.
Xatırladaq ki, bir müddət öncə həmin qanunun müəlliflərindən biri olan ABŞ Helsinki Komissiyasının rəhbəri Kristofer Smit “Qlobal Maqnitski Aktı” qəbul ediləcəyi təqdirdə onun Azərbaycana tətbiqi məsələsini qaldıracaqlarını demişdi. Hələ 2014-cü ildə “Freedom House” təşkilatının rəhbəri Devid Kramer Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiqinə çağırıb. Azərbaycanda 100-dən artıq siyasi məhbusun olduğunu iddia edən Kramer təklif edib ki, Rusiyaya qarşı qüvvədə olan “Maqnitski aktı” Azərbaycana da tətbiq edilməlidir.
“Qlobal Maqnitski” adlı məlum qanunun müəllifi amerikalı konqresmen olub. Bu qanun layihəsi ötən ilin sonlarında digər nüfuzlu konqresmen Kristofer Smit tərəfindən irəli sürülüb. Xatırladaq ki, “Azərbaycan Demokratiya Aktı” layihəsi insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan azərbaycanlı dövlət məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. “Qlobal Maqnitski” qanunu isə bütün dünyada korrupsionerlərə və insan hüquqlarına pozanlara qarşı sanksiyaları, onların ABŞ-dakı mülkiyyətlərinin həbsini nəzərdə tutur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ “xarici despot və korrupsiyaçılara qənim qanunu” qəbul etdi

    ABŞ “xarici despot və korrupsiyaçılara qənim ...

    9-12-2016, 15:06

  • 
  • Rusiya-ABŞ münasibətləri pisləşir

    Rusiya-ABŞ münasibətləri pisləşir ...

    13-12-2012, 12:50

  • 
  • 50 min amerikali Putin hökumətinə qarşı

    50 min amerikali Putin hökumətinə qarşı ...

    26-12-2012, 13:03

  • 
  • Rusiyada ABŞ əleyhinə qanunlar

    Rusiyada ABŞ əleyhinə qanunlar ...

    27-12-2012, 08:43

  • 
  • “Freedom House” Azərbaycan hökumətinə qarşı sanksiyalara çağırır

    “Freedom House” Azərbaycan hökumətinə qarşı ...

    5-09-2014, 11:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu