Mingəçevirdə isə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Mingəçevir şəhər sakini Rafiq Səmədov idarə etdiyi "Mersedes" markalı avtomaşınla Heydər Əliyev prospektiylə Puşkin küçəsinin kəsişməsində hərəkətdə olarkən yolu keçmək istəyən Yevlax rayon sakini, 1958-ci il təvəlüdlü Arifə Babayevanı vurub.
gundemxeber.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Arifə Babayeva yüngül bədən xəsərətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə hadisəyə sürücü diqqətsizliyi səbəb olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?