GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Vaşinqtondan qayıdan Cəmil Həsənli ABŞ-ın sanksiya hazırlığı barədə nələr dedi?

Vaşinqtondan qayıdan Cəmil Həsənli ABŞ-ın sanksiya hazırlığı barədə nələr dedi?

Tarix: 24-12-2015, 22:20 Bölmə :Ölkə Baxış: 0
Vaşinqtondan qayıdan Cəmil Həsənli ABŞ-ın sanksiya hazırlığı barədə nələr dedi?

«Kimsə Konqresdə bu qanun layihəsinin qarşısını almaq üçün lobbiçilərə ümid bəsləyirsə, səhv edir»

«Azərbaycan hakimiyyətinin öz xalqı ilə zor dilində danışması, əhalini susdurmaq cəhdləri ABŞ-dakı dostlarını da məyus edib»

Milli Şurasının sədri, professor Cəmil Həsənli ABŞ-dan səfərdən qayıdıb. Azərbaycan hökumətinin repressiv siyasətinə qarşı ABŞ-da hazırlanan “Azərbaycan Demokratiya Aktı” layihəsinin açıqlanması da Cəmil Həsənlinin Vaşinqtona səfərinə təsadüf etdi. Milli Şuranın sədri ilə söhbətimizdə bu mövzu ilə yanaşı, ölkənin gündəmini zəbt etmiş digər məsələlərə də toxunduq:

– Vaşinqton səfəriniz necə keçdi?

– Üç həftəlik səfərim kifayət qədər səmərəli keçdi. Bu müddətdə Vilson mərkəzində, Corc Vaşinqton, Corctaun universitetlərində bir sıra mühüm tədbirlər və görüşlər oldu. Xüsusən dekabrın 8-də keçirilən 2015-ci il üzrə Ion Ratiu Demokratiya mükafatının təqdimatı ilə bağlı seminar diqqətəlayiq idi. Həmin gün keçirilən “Çağdaş Azərbaycanın üzləşdiyi siyasi sınaqlar” adlı tədbir böyük marağa səbəb oldu. Iki hissədən ibarət bu tədbirdə ABŞ-ın Azərbaycandakı sabiq səfirləriÿRiçard Morninqstar və Riçard Kozlariç, Kennan Institutunun əməkdaşları, ABŞ-ın Belarus və Gürcüstandakı keçmiş səfiri Kennet Yalovitz, Corc Vaşinqton Universitetinin Avropa, Rusiya və Avrasiya Institutunun direktoru Kori Velt, Massaçusets Universitetinin tarix professoru Odri Alştadt və Vilson Mərkəzinin dövlət siyasəti proqramının direktoru Kristian Ostermanın çıxışları müstəsna dərəcədə maraqlı oldu. Tədbirdə təxminən 40 dəqiqə çıxış imkanım oldu, daha çox iştirakçıların suallarına cavab verməyə çalışdım. Səfirlər, xüsusilə Moninqstar və Kozlariç çox məzmunlu danışdılar. Siyasi məhbus məsələsi, Azərbaycanda demokratiyanın böhranı ilə bağlı öz həyəcanlarını ifadə etdilər.

Vaşinqtondan qayıdan Cəmil Həsənli ABŞ-ın sanksiya hazırlığı barədə nələr dedi?

Yeri gəlmişkən, həm mən, həm də səfirlər ABŞ administrasiyasının Azərbaycana münasibətdə insan haqları ilə bağlı siyasətini kəskin tənqid etdik. Siyasi məhbus məsələsinin belə dözülməz həddə gəlib çıxmasının bir səbəbi də Qərbin, o cümlədən ABŞ-ın öz prinsiplərindən geri çəkilməsilə izah edildi. Bu tədbir ölkəmizdə siyasi məhbus problemi və demokratiyanın taleyi baxımından bir növ həyəcan siqnalı idi. Bu həyəcanı mən bir gün sonra Corc Vaşinqton Unuversitetinin Elliot məktəbində Dünya Gənc Siyasi liderləri ilə görüşdə də ifadə etməyə çalışdım. Həmin gün Leyla Yunus həbsdən buraxılmışdı və bunu “böyük qələbə” kimi təqdim etmək cəhdləri var idi.

Kerri Əliyevə təşəkkürünə görə istehza obyektinə çevrildi

– Kimlər tərəfindən?

– Daha çox Azərbaycan səfirliyi və ona bağlı olan lobbi qrupları tərəfindən. Onlar ayrı-ayrı Konqress üzvləri və senatorlarla əlaqəyə girib, Leyla xanımın “azadlığa çıxmasını” sakit diplomatiyanın, bağlı qapılar arxasında aparılan danışıqların uğuru kimi təqdim etməyə çalışırdılar. Buna görə onlar Azərbaycan hakimiyyətinə təşəkkür etməyi məqsədəuyğun hesab edirdilər. Lakin bu cəhdlərinə baxmayaraq, Konqress üzvləri və senatorlardan “təşəkkür” qoparmaq mümkün olmadı. Dövlət katibi Con Kerrinin Leyla Yunusun buraxılmasına görə Ilham Əliyevə ünvanladığı təşəkkür isə Amerikada insan haqları təşkilatları və bəzi siyasi dairələr tərəfindən ciddi etirazla, hətta istehza ilə qarşılandı. Axı necə ola bilər ki, heç bir hüquqi əsas olmadan 60 yaşlı qadını həbs edəsən, təcridxanada ona işgəncə verəsən, təhqirlərə məruz qoyub şəxsiyyətini alçaldasan, ölümcül vəziyyətə salıb, 18 aylıq məşəqqətdən sonra cəzanın qalan hissəsini evində çəkməyə buraxasan, əvəzində də təşəkkür alasan?! Bu, Kerridən daha çox, Dövlət Departamentində bu siyasəti yürüdənlərin, ABŞ-ın Azərbaycandakı səfirliyinin məsələyə yanlış münasibətinin nəticəsi idi. Leyla Yunus və digər siyasi məhbusların əksəriyyəti ABŞ-ın, Qərbin Azərbaycandakı agentləri, “5-ci dəstəsi” kimi saxta ittihamlara məruz qalıblar, buna görə təhqir olunublar. Hətta, Baş prokurorun birinci müavini Rüstəm Usubov onlardan ABŞ-a casusluq etmələri barədə izahatlar tələb edib. Belə bir vəziyyətdə Leyla Yunus və digər siyasi məhbuslar Vaşinqtondan, eləcə də Avropa paytaxtlarından yetərincə müdafiə görmədi. Bir tərəfdən bağlı qapılar arxasında siyasi məhbus məsələsini çözmək istəkləri iflasa uğradı, digər tərəfdən isə ABŞ-ın və Qərbin demokratiya, insan haqları ilə bağlı dəyərləri gözdən salındı.

Vaşinqtondan qayıdan Cəmil Həsənli ABŞ-ın sanksiya hazırlığı barədə nələr dedi?

“Azərbaycan Demokratiya Aktı” layihəsinin erməni lobbosi ilə heç bir əlaqəsi yoxdur

– Görünür, Helsinki Komissiyasının məlum qanun layihəsi də bu zərurətdən irəli gəlib…

– Əlbəttə. Azərbaycan hakimiyyətinin siyasi məhbusların sıralarını genişləndirmək, günahsız insanları həbsdə saxlamaq siyasəti, seçki saxtakarlığı, korrupsiya, monopoliyanın geniş xarakter alması, öz xalqını qorxu altında saxlamaq cəhdləri, ölkədə demokratiya böhranı kritik həddə çatıb. Belə inadkarlıq Qərbdə, xüsusilə ABŞ-da, hətta Azərbaycanın dostlarını da düşünməyə vadar edib. Konqresin Helsinki Komissiyasının rəhbəri Kris Smitin dekabrın 16-da irəli sürdüyü “Azərbaycan Demokratiya Aktı” adlı qanun layihəsi heç şübhəsiz ki, narahatlığın ifadəsidir. Bu layihə demokratiya və insan haqları ilə bağlı tək Azərbaycanda yaranmış dözülməz vəziyyətin ifadəsi deyil, eyni zamanda Birləşmiş Ştatların son illər ölkəmizdə itirdiyi dəyər və prinsiplərin xilas edilməsi cəhdidir. Respublikaçı konqresmen Smit kifayət qədər təcrübəli siyasətçidir, onun ABŞ qanunverici orqanında 35 illik zəngin təcrübəsi var. Uzun müddət təhlükəsizlik və Avropa ilə əməkdaşlıq komissiyasına rəhbərlik edib, Çin, Bosniya, Vyetnam, Polşa, Uqanda, Belarus və digər narahat ölkələrlə bağlı Konqresdə qəbul edilən qanunların müəllifi olub. Bu gün Azərbaycan rəhbərliyi Smitin irəli sürdüyü qanun layihəsində acınacaqlı vəziyyətdən çıxış yolu aramaq əvəzinə, ona “ermənipərəst” damğası vurmaqla, özünü təmizə çıxarmaq istəyir. Halbuki, cənab Kris Smit 2004-cü ildə “Belarus Demokratiya Aktı”nın müəllifi olub, həmin qanuna əsasən, Aleksandr Lukaşenko hökumətinin 200 rəsmisinə Amerikaya gəlmək qadağan olunub. Məhz bu Aktın təsiri altında Lukaşenko siyasi məhbusları sonuncu nəfərinə qədər azad etməyə məcbur oldu.

Kris Smit son illərdə Rusiya və insan hüquqlarını pozan digər rejimlərə qarşı tətbiq edilən “Qlobal Maqnitski Aktı”nın qəbulunda da mühüm rol oynayıb. Məgər bunlar da ermənipərəstlikdən irəli gəlib?

Yeri gəlmişkən, bir neçə gün əvvəl tətbiq dairəsi genişləndirilən “Maqnitski Aktı” insan hüquqlarını pozan Ermənistan rəsmilərinə də tətbiq edilə bilər. Çünki bu akta əsasən hər ölkə üzərində ayrıca təhlil aparılacaq, bu qanuna uyğun olaraq, insan haqlarını pozan vəzifəli şəxslərin ABŞ-a gəlişi qadağan ediləcək.

Məlumdur ki, “ermənipərəstlik” kartı Azərbaycan hakimiyyəti üçün həm daxildə, həm də ölkədən kənarda reallıqlardan yayınmaq, repressiya yolu ilə öz xalqını qorxu altında saxlamaq, vəziyyəti ört-basdır etmək, opponentlərinə qarşı qaralama kampaniyası aparmaq üçün bir vasitəyə çevrilib.

Nəzərə alsaq ki, lobbi qruplarına xərclənən böyük vəsaitlər hesabına Konqresdə formalaşdırılan Azərbaycan dostluq qrupunun bir sıra üzvləri eyni zamanda, həm də Ermənistanla dotluq qrupunun üzvləridir, onda bu ermənipərəstliyin kriteriyası, onun meyarı nədən ibarətdir? Əminliklə deyirəm ki, “Azərbaycan Demokratiya Aktı” layihəsinin erməni lobbisi ilə heç bir əlaqəsi yoxdur. Konqresmen Smit öz ölkəsində təmiz adam, çirkli lobbi pullarından uzaq dayanan siyasətçi kimi tanınır, insan haqları sahəsində prinsipial mövqeyi ilə seçilir.

Bu layihə Azərbaycan xalqına yox, ölkəni talayanlara qarşıdır

– Sizcə vəziyyətdən çıxış yolu nədədir?

– Çıxış yolu ilk növbədə vəziyyəti düzgün qiymətləndirmək, hakimiyyətin ölkəni hansı acınacaqlı duruma gətirib çıxardığının fərqində olmasıdır. Hər gün, hər həftə adam tutmaqla cəmiyyəti, xalqı qorxu altında saxlamaq, insanlarda xof yaratmaq, vətəndaş cəmiyyətini dağıtmaq, müxalif fikrə qarşı dövlətin imkanların işə salmaq, əhalinin seçki hüququnu mənimsəmək, günahsız insanlara qarşı suç quraşdırmaq siyasəti daimi davam edə bilməz. Repressiv metodlar hesabına xalqı məzlumlaşdırmaq, öz xalqına zülm etməklə orta əsr qaydalarını bərqərar etmək illüziyadır. Xalqın fundamental hüquqları ilə hesablaşmaq, onun ləyaqətli yaşam haqqını qəbul etmək zamanın hökmüdür. “Azərbaycan Demokratiya Aktı” da məhz bununları nəzərdə tutur.

Vaşinqtondan qayıdan Cəmil Həsənli ABŞ-ın sanksiya hazırlığı barədə nələr dedi?

Yeri gəlmişkən, Azərbaycan rəsmiləri nahaq düşünürlər ki, layihə ancaq Kris Smitlə bağlıdır. Layihə bütövlükdə Helsinki Komissiyasında hazırlanıb və onu 9 respublikaçı, 9 demokrat üzvlər, Dövlət Departamenti və Pentaqonun hərəsindən bir nümayəndə müdafiə edir. Bir sıra Konqres və Senat üzvləri qanun layihəsinə öz dəstəklərini ifadə ediblər. Onların bəziləri Azərbaycanla dostluq qrupunun üzvləridir. Azərbaycan hakimiyyətinin öz xalqı ilə zor dilində danışması, əhalini susdurmaq cəhdləri onun dostlarını belə, məyus edib. Indi Amerikada çoxları soruşur ki, öz xalqına qənim kəsilən, demokratik təsisatları dağıdan, vətəndaşlarının seçim haqqını mənimsəyən, korrupsiyası özündən böyük olan bu kiçik keçmiş Sovet respublikası açıq şəkildə ABŞ-ın dəyərlərini aşağılaya, azad səsləri boğa, mətbuatı çökdürə bilir, əvəzində də ABŞ-ın strateji müttəfiqliyinə iddia edir, hələ üstəlik ABŞ-ı öz səhvlərindən nəticə çıxarmağa da səsləyir?

Hakimiyyət tərəfindən hazırdı layihəni Azərbaycan xalqına qarşı yönəlmiş Akt kimi təqdim etmək cəhdləri var. Halbuki, bu layihə xalqa qarşı deyil, onu qorxu altında saxlayan rejimə, milli maraqları korrupsiya bataqlığına yuvarlandırmış, ölkənin sərvətlərini talamış bir qrup vəzifəli şəxsə qarşı yönəlib. Bütüövlükdə sənəd Azərbaycan hakimiyyətini öz xalqına hörmət etmək çağırışı üzərndə qurulub.

Nəzərə almaq lazımdır Konqresin Helsinki Komissiyasının ATƏT-ə təsiri böyükdür və qanun layihəsinin ATƏT-in gündəliyinə gəlməsi ehtimalı da istisna edilmir.

Kimsə qanun layihəsinin qarşısını almaq üçün lobbiçilərə ümid bəsləyirsə, səhvə yol verir. Konqresdə respublikaçı çoxluq səsverməni uğurla başa çatdıra bilər. Bunun qarşısını almaq üçün Azərbaycan hakimiyyətinin imkanları elə də böyük deyil.

Manat ac qarına uzağa üzə bilməz

– Son vaxtlar ölkəmizdə bir-birinin ardınca ağrılı hadisələr baş verir. Nardaran əməliyyatında 7 nəfər həyatını itirdi, “Günəşli” faciəsində 30-dan çox insan həlak oldu. Dekabrın 21-də manat ətrafında baş verənlər isə cəmiyyəti şoka saldı. Sizcə bütün bunlar nə ilə bağlıdır?

– İlk növbədə idarəçilikdə buraxılan səhvlər, məmur səhlənkarlığı, ölkənin taleyinə biganə münasibətlə bağlıdır. 10 ay ərzində manat iki dəfə ucuzlaşdı, qiymətlər durmadan artır, əhali çıxılmaz vəziyyətə düşüb. Hakimiyyət ölkədəki maliyyə böhranını beynəlxalq amillərlə izah etməyə çalışsa da, əslində, xeyli subyektiv səbəblər var. Valyuta ehtiyatlarını heç bir proqnoz olmadan bazarda xərcləmək uzun davam edə bilməz. Manatın arxasında neftdən başqa bir şey dayanmır, neftin qiyməti də günü-gündən ucuzlaşır. İndi kiminsə öz evində ucadan danışmasına qoyulan cərimələr hesabına büdcəyə pul yığmaq, sadəcə, gülüncdür. Manatı üzməyə adətkərdə etməyin də perspektivi yoxdur. Çünki bunun üçün lazım olan infrastruktur formalaşdırılmayıb. Ac qarına – arxasında maddi istehsal olmadan onun uzağa üzə biləcəyi inandırıcı deyil.

Əhali hələ fevral ayında baş verən devalvasiyanın yaralarını sağalda bilməmişdi. İnsanlar ümidsiz vəziyyətə düşüb. Müəssisələr sürətlə bağlanır, işsizlik artır, vergi ödəyicilərinin sayı durmadan azalır. Hakim rejimin isə monopoliyadan imtina etmək fikri hiss edilmir. Bu gün Azərbaycanda bahalaşmanın əsas səbəbi monopoliyadır. Vergi və gömrük orqanları ənənəvi rüşvətindən qalmır. Yerli istehsal yox dərəcəsindədir. Xaricdən alınan məhsulları qablaşdırmaq hələ istehsal demək deyil.

Belə vəziyyətin yaranması vaxtında neft gəlirlərindən səmərəli istifadə edilməməsi, qeyri-istehsal sahələrinə yönəldilməsi, xalqın ehtiyaclarını nəzərə almadan Avropa Oyunları kimi statusu bəlli olmayan idman yarışlarına böyük vəsaitlərin xərclənməsi və sair bədxərcliklə bağlıdır.

– Bir neçə gün əvvəl MTN işi ilə bağlı mərkəzi fiqurlardan biri sayılan Ilqar Əliyevin həbsxanada özünü asması haqda yəqin ki, eşitmisiz…

– İlqar Əliyev əslində MTN işi yox, MTN-nin cinayətlərilə bağlı mərkəzi fiqur idi. MTN-nin Antiterror Mərkəzinin rəis müavini kimi, onun əsas hədəfi müxalifət partiyaları, vətəndaş cəmiyyəti idi. Hakimiyyətin idarə olunan cəmiyyət yaratmaq planı birbaşa onun vasitəsilə həyata keçirilirdi. Çoxlu sirlər bilirdi, müxalifətdəki agentura şəbəkəsi bilavasitə ona bağlı idi. Onu məhkəməyə çıxarmaq çox təhlükəli ola bilərdi. Onun özünü asmasında müəmmalı məqamlar çoxdur. Mən hüquqşünas deyiləm. Amma həmin informasiyanı verənlərə bir mələfə versən, görəsən, həmin kamerada insanın özünü asmasının mümkünlüyünü ictimaiyyətə nümayiş etdirə bilərlərmi? Onunla eyni kamerada qalan kim olub? Bu intihar MTN-nin, onun timsalında dövlət qurumunun törətdiyi cinayətlərin gizlədilməsini özündə ehtiva edə bilər. Hər halda, müəmmalar çoxdur.

Xəyal Şahinoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli ABŞ-a getdi

    Cəmil Həsənli ABŞ-a getdi ...

    12-11-2013, 11:23

  • 
  • Cəmil Həsənli rəsmi Vaşinqtonla danışıqları davam etdirir

    Cəmil Həsənli rəsmi Vaşinqtonla danışıqları davam ...

    18-11-2013, 16:21

  • 
  • Cəmil Həsənli mühafizədən imtina etdi

    Cəmil Həsənli mühafizədən imtina etdi ...

    28-12-2013, 13:01

  • 
  • Cəmil Həsənli və qızı istintaqa çağırıldı

    Cəmil Həsənli və qızı istintaqa çağırıldı ...

    3-10-2014, 16:03

  • 
  • Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri sədr isə İbrahimbəyov oldu - Yenilənib

    Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri ...

    3-12-2013, 22:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu