GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hakimiyyətin “qaçqınsız Bakı” layihəsi

Hakimiyyətin “qaçqınsız Bakı” layihəsi

Tarix: 11-03-2013, 10:14 Bölmə :Ölkə Baxış: 1 370
Hakimiyyətin “qaçqınsız Bakı” layihəsi

Məcburi köçkünlər yenidən qaçqın salınır

Son vaxtlar Bakı və Bakıətrafı ərazilərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesinə start verilib ki, məlum proses icyimaiyyətə məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması və dövlətin qaçqınlara qayğısı kimi təqdim edilməkdədir. Halbuki, məcburi köçkünlərin yerləşdirilməsi üçün yeni mənzillər doğrudan da tikilsə də, burada söhbət heç də qaçqınların mənzil şəraitini yaxşılaşdırmaq deyil, Bakını – “ağ adamlar şəhəri”ni məcburi köçkünlərdən təmizləmək, şəhərdaxili sıxlığı qaçqınların yenidən qaçqın salınması hesabına azaltmaqdır. Bununla bağlı qəzetimizi bilgiləndirən özəl mənbənin sözlərinə görə, hakimiyyət bu yöndə sistemli iş aparır ki, bunun nəticəsində yüzlələ qaçqın ailəsi Bakı şəhərini tərk etmək məcburiyyəti qarşısında qalıb.

Bakıdan rayonlara istiqamətlənən köç

Mənbənin sözlərinə görə, artıq bir neçə ildir ki, Bakıda məskunlaşan qaçqınların bir hissəsinin Füzulu, Ağdam və s rayonlardakı kəndlərdə məskunlaşdıırlması siyasəti yürüdülür: “Dövlətin Bakıda yaşayan köçkünlərin önəmli bir qismini yenidən cəbhəyanı rayonlara köçürməsi, həmin ərazilərdə müasir qəsəbələrin salınması qaçqınlara olan dövlət qayğısından irəli gəlmir. Hakimiyyət sadəcə olaraq, insanları heç bir məşğulluq imkanı olmayan ərazilərdə məskunlaşdırmaqla, sadəcə olaraq onları ölkə paytaxtından uzaqlaşdırmağa, Bakını “ağ adamlar”ın əyləncə və istirahət şəhəri kimi qoruyub saxlamağa çalışır. Ümumiyyətlə, siyasi hakimiyyət hesab edir ki, məcburi köçkünlər faydasız yük kimi ölkənin həm iqtisadi, həmn də ictiami-siyasi həyatında çoxlu problemlərə səbəb olur. Bu baxımdan indiki şəraitdə onların regionlarda məskunlaşdırılması yeganə çıxış yolu kimi dəyərləndirilməkdədir. Məhz bu baxımdan da hər il yüzlərlə köçkün ailəsinin Bakıdan rayonlara doğru yol aldığı müşahidə edilir. Öz hakimiyyətləri əlində əsir olan bu insanlar 15-20 ildir ki, məskunlaşdıqları, özlərinə isti bir yuva, sosial bir çevrə yaratdıqları yerdən yenidən qaçqın salınır ki, bu da ikiqat məhrumiyyət, ikiqat qaçqın həyatı dmeəkdir”.

“Bakı təmizlənməlidir!!

Bilgili qaynağın sözlərinə görə, hazırda Bakıda məskunlaşan digər məcburi köçkün ailələrinin də yaxın gələcəkdə ətraf əraizlərə köçürülməsi planlaşdırılır. Siyasi hakimiyyət hesab edir ki, Bakı təmizlənməli və ölkə paytaxtında yalnız siyasi elita təmsilçiləri yaşamalıdır: “Bu gün Bakıda müəyyən qədər məcburi köçkün ailəsi yaşasa da, onların da yaxın vaxtlarda rayonlara və ya ən yaxşı halda Bakıətrafı ərazilərə köçürülməsi reallaşacaq. Çünki hakimiyyət Bakını öz qaçqın vətəndaşlarından təmizləməkdə israrlıdır. Bu gün siyasi hakimiyyət sahibləri və iri məmurlar hesab edir ki, əslində Bakıda məcburi köçkünlərin mövcudluğu “lüzumsuz insan”sayını artırır. Qaçqınların görkəmindən yoxsulluq və məhrumiyyət yağan binaları da şəhərin estetik görünüşünü pozan tikiilər hesab edilir. Siyasi elitanın düşüncəsinə görə, Bakıda yalnız məmur ailələri və bir də onların qulluqçuları qalmalıdır. Qalan bütün şəxslər “ağ adamlar şəhəri”ni tərk etməli, özünə başqa yerdə yurd-yuva düzəltməlidir. Bu baxımdan hazırda Bakıda məskunlaşan digər məcburi köçkün ailələrinin də ətraf ərazilərə köçürülməsi planlaşdırılır”.

Hakimiyyət Binəqədi rayonunu da boşaldır

Mənbənin sözlərinə görə, “Qaçqınsız Bakı” layihəsinin son etabını həyata keçirən hakimiyyət yalnız ölkə paytaxtının mərkəzi küçələrinin deyil, Bakının bəzi iri rayonlarının da qaçqınlardan “təmizlənməsinə” can atır: “Son günlər baş verən proseslər göstərir ki, Bakının qaçqınlardan təmizlənməsi əməliyyatının miqyası əslində düşünüldüyündən daha genişdir. Belə ki, hakimiyyət yalnız şəhər mərkəzini deyil, Bakının əsas rayonlarının – xüsusilə də Binəqədi rayonu və ona tabe Biləcəri qəsəbəsinin də qaçqınlardan təmizlənməsini planlaşdırılır. Bunun üçün Binəqədi və Biləcəridə yaşayan məcburi köçkün ailələrinin mənzillə təminatı üçün Bakı ətrafında yeni binaların inşasına start verilib. Məcburi köçkünlərin daha çox Müşfiqabad qəsəbəsində məskunlaşdırılması gözlənilir ki, bu da hakimiyyətin sözün həqiqi mənasında ölkə paytaxtını “artıq adamlar”dan boşaltdığını təsdiqləyir. Çox güman ki, Müşfiqabad üzərində yoğunlaşacaq köç Müşfiqabad qəsəbəsinin adına da təsir göstərəcək, qəsəbə “qaçqın şəhəri” statusu alacaqdır. Hər halda, hazırda Müşfiqabadda məskunlaşan məcburi köçkünlər qəsəbəyə gələn qaçqınların sayı baxımından belə bir ehtimalın yüksək olduğu qənaətindədir. Onların fikrincə, yəqin ki, hakimiyyət proses başa çatandan sonra Müşfiqadabddakı qaçqınlara daha etibarləı nəzarət etmək üçün qəsəbənin dörd bir yanında qüllələr qaldıracaq, qəsəbədə yarıkarantin rejimi tətbiq edəcəklər. Bakı isə bugünə qədər olduğu kimi bundan sonra da xalqı ikinci dəfə didərgin salan məmurların zövq və əyləncə şəhəri olaraq qalacaqdır”.

İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənovun “qaçqınsız Bakı” planı

    Əli Həsənovun “qaçqınsız Bakı” planı ...

    25-03-2013, 10:38

  • 
  • Bakı rayonlarının İcra hakimiyyətlərindəki qaçqın şöbələri ləğv edilir

    Bakı rayonlarının İcra hakimiyyətlərindəki qaçqın ...

    16-01-2014, 16:05

  • 
  • Ağcabədidə məskunlaşan laçınlılar yolu bağladı - AKSİYA

    Ağcabədidə məskunlaşan laçınlılar yolu bağladı - ...

    30-01-2014, 17:23

  • 
  • Bərdədə əhali ayağa qalxdı - (VİDEO)

    Bərdədə əhali ayağa qalxdı - (VİDEO) ...

    27-08-2015, 14:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu