“Reaksiya” zəhərlənən şagirdlərdən birinin nənəsi olan Sürəyya Məcidova ilə əlaqə saxlayıb. Onun bildirdiyinə görə hadisə zamanı 5 şagird zəhərlənib. Şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Lakin şagird ölümü ilə bağlı iddia həqiqəti əks etdirmir.
***
14:17
Siyəzəndəki 6 saylı liseyə polis qaz bombası atıb. Hadisə zamanı 6 uşaq zəhərlənib.
Rayon sakinlərinin “Reaksiya”ya verdiyi məlumata görə, uşaqların vəziyyəti ağırdır. Mənbə bildirir ki, zəhərlənənlərdən biri 2 saylı orta məktəbin direktor müavini Sürəyya Məcidovanın nəvəsidir. Həmçinin başqa bir məlumatda uşaqlardan üçünün artıq öldüyü bildirilir. Hazırda əməkdaşlarımız xəbəri dəqiqləşdirməyə çalışır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?