Siyəzəndə həbslər bu gün də davam etdirilib. Bu haqda “Basta”ya məlumat verən mənbə qeyd edib ki, əslində Siyəzəndə həbs olunanların sayı yüzdən artıqdır: “Polis və prokurorlugun bəyanatında 55 nəfərin saxlandığı deyilsə də, tutulanların sayı 100-dən artıqdır. Tutulanların bir qismi Bakıya aparılıb. Onlara qarşı cinayət işi açılacağı deyilir”.
Qeyd edək ki, dünən Müsavatın Siyəzən təşkilatının sədr müavini Aydın Səfərli də saxlanılıb. Onun indi harada saxlandığı dəqiq bilinmir.
Siyəzəndəki mənbənin məlumatına görə, Aydın Səfərli aksiyanın dinc müstəvisində keçməsi və qarşıdurmanın aradan qaldırılması üçün səy göstərirmiş.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?